Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çinlilər dünyanı heyrətə gətirəcək yeni layihə hazırladılar: Üzən şəhər yaradılır

Tarix 28.10.18, 23:27

Font ölçüsü : - / +
bitmap-img6


Hər dəfə hazırladıqları və həyata keçirdikləri layihələrlə, yeniliklərlə dünyanı təəccübləndirən çinlilər bu dəfə də yeniliyə imza atıb. 

Pierpaolo Lazzarini adlı bir çinli memar tərəfindən hazırlanan üzən şəhər proyektinin reallaşması üçün lazım olan proses başlayıb. Layihə lazımi alıcı kütləsi topladıqdan sonra dərhal həyata keçiriləcək. “Wayland” adı verilən bu layihə bir çox piramida görüntülü üzən hissələrdən ibarət olacaq. Fərqli ölçülərdə inşa ediləcək bu piramidaların hər birində yaşayış üçün lazım olan hər bir şey təmin ediləcək. Ən böyük piramidanın hündürlüyü 30 metr olacaq. Piramidalarda yaşayış evləri, otellər, kino zalı, futbol zalı, ticarət mərkəzləri və s. bu kimi insanların istifadə etdiyi bütün detallar nəzərə alınıb.

Piramidalar karbon lifi, şüşə lifi və poladdan hazırlanacaq. İçərisində sualtı yataq otaqları da planlaşdırılan bu piramidalar xüsusi mühərriklərlə idarə olunacaq. Piramidalar arasındakı daşınma vasitəsi kimi də katerlərdən istifadə olunacaq. İnşa ediləcək hər bir piramidanın damında yerləşdirilən günəş panellərindən də elektrik enerjisi əldə olunacaq.

Olduqca bahalı bir layihə olan “Wayland” piramidalarının ən kiçiyini hazırlamaq üçün 350 min avroya ehtiyac var. Layihənin memarının açıqlamasına görə, evlərə öncədən alıcı tapıb müəyyən avanslar alaraq piramidaların hazırlanması nəzərdə tutulub. Piramidaların hazırlanması başa çatdıqda burada yerləşəcək otellərdə qalmağın bir gecəlik qiyməti də açıqlanıb.

Bu piramidalarda istirahət etmək istəyənlər bir gecə üçün 1000 avro ödəməli olacaq. Bu şəhərdə mülk alan hər bir şəxsə “Wayland” platforması vətəndaşlığı da veriləcək. Artıq bu layihənin həyata keçməsi üçün bir neçə sponsor da ortaya çıxıb. Layihənin başa gətirilməsi üçün müəyyən məbləği ödəməyə hazır olan sponsorlar bu şəhərdə asanlıqla vətəndaşlıq almaq və mülk sahibi olmaq şanslarını əldə edəcək.

Hazırlanan layihədəki piramidalar tarixi Misir ehramlarını xatırladır. Hazırlanacaq olan piramida şəhər 3 min kvadratmetrlik ərazini əhatə edəcək.

Layihənin müəllifi buranın dənizə və azadlığa düşkün olan insanların məskəni olacağını vurğulayır.(musavat.com)



Xəbərin oxunma sayı : 283




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap