Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şirkətlər bu il “Yelo Bank” dan 5 mln. manatdan çox depoziti geri çəkib - HESABAT

Tarix 26.04.23, 23:07

Font ölçüsü : - / +
bitmap-img6


“Yelo Bank” 2023-cü ilin birinci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

AzFakt.com bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin ilk 3 ayında “Yelo Bank” 4 milyon 123 min manat xalis mənfəət əldə edib. Bu göstərici ötən ilin ilk 3 ayı ilə müqayisədə 12 dəfə və ya 3 milyon 778 min manat çoxdur.

Hesabat dövründə bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 38.4% artaraq 25 milyon 544 min manat təşkil edib. Bankın faiz xərcləri 49% artaraq 9 milyon 775 min manat olub. Nəticədə bankın xalis faiz gəlirləri 15 milyon 769 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 32.5% çoxdur.

Bankın qeyri-faiz gəliri 72% artaraq 2 milyon 270 min manat, qeyri-faiz xərcləri isə 21.7% artaraq 16 milyon 662 min manat təşkil edib.

Bu dövrdə bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 12.9% artaraq 639 milyon 757 min manata bərabər olub. Eyni dövrdə bankın depozit portfeli 576 milyon 840 min manat təşkil edib. O cümlədən fiziki şəxslərin depozitləri 445 milyon 651 min manata(2.2% çox), hüquqi şəxslərin depozitləri isə 131 milyon 189 min manata(3.8% az) bərabər olub.

Hesabat dövründə “Yelo Bank”ın aktivlərinin həcmi 2022-ci ilin sonu ilə müqayisədə 1% və ya 8 milyon 826 min manat artaraq 830 milyon 361 min manat, cəmi öhdəliklərinin həcmi isə 0.5% və ya 4 milyon 331 min artaraq 749 milyon 597 min manat təşkil edib.

2023-cü il aprel ayının 1-nə bankın cəmi kapitalının həcmi 80 milyon 764 min manata bərabər olub ki, bu göstərici ötən ilin sonu ilə müqayisədə 5.9% manat çoxdur./APA



Xəbərin oxunma sayı : 1051




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap