Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şirvanda baş qaldıran müxalifətdir yoxsa qaraguruh ?

Tarix 24.09.17, 0:16

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda söz azadlığının kifayət qədər qorunduğu heç kimə sirr deyil. Qəbul olunan qanunlar, ölkəmizin qoşulduğu beynəlxalq təşkilatların qoyduğu tələblər tam şəkildə həyata keçirilir.

Həm kütləvi informasiya vasitələrində, həm də sosial şəbəkərdə jurnalistlər, sıravi vətəndaşlar öz fikirlərini azad şəkildə bildirir, istənilən mövzu ilə bağlı mövqelərini ortaya qoyurlar. Bəziləri isə ifrata yol verir, söz azadlığını təhqirlə, təhdidlə səhv salır.
Məsələn, ötən gün Şirvan şəhər sakinlərindən birinin söz azadlığından istifadə edərək “gurultulu” bir statusu diqqətimizi çəkdi. Həsən Həsənov adlı Şirvan sakini son statusunda Ümumilli Liderdən sitat gətirərək, onun KVN-çilərlə söhbətinin viedosunu yayıb və Heydər Əliyevin "Cəmiyyətdə olan əyrilikləri və bəzi məmurları təkcə inzibati yolla deyil, həm də satira ilə cəzalandırmaq lazımdır" ifadəsini paylaşıb, dövlət məmurları haqqında mənfi fikirlər yazıb. 
Bu yerdə qeyd edək ki, Ümumilli Lider Heydər Əliyev hər zaman günahı olan məmurları Həsən Həsənovun dediyi kimi, həm yumorla, həm də daha sərt qərarlarla cəzalandırıb.
Ancaq "Heydər Əliyev siyasətini daim dəstəkləyirəm" deyən Həsən Həsənov ölkənin baş nazirinin Ərdoğan və başqa bir şəxslər olmasını yazmaqla bərabər, həm də hakim komandanın bütün üzvülərini yumoristik üslübdan kənara çıxaraq təhqir prizması ilə tənqid etməsi başqa məsələlərdən xəbər verir. 

Birincisi, özünü daim Heydər Əliyev siyasətinin tərəfdarı kimi qələmə verən bu şəxsin Ümumilli Liderin komandasını bütövlükdə tərəzinin bir gözünə qoyması, hamısı haqqında mənfi imic formalaşdırmağa çalışması onun başqa niyyətindən xəbər verir. 

İkinci, Həsən Həsənovun tənqidi statusunun altından hökümət və dövlət nümayəndələri haqında təhqiramız şərhlərin yazılmasına “qəhrəman”ımızın susuqunluq nümayiş etdirməsi onun "Ümumilli Liderimizin siyasətini dəstəkləyirəm" sözlərində heç də səmimi olmamasının göstəricisidir. Əgər belə olmasaydı Həsən Həsənov  bu statusunun altında  Başqırdıstandan olan bir nəfərin Ümumimilli Lider haqqında təhqiramiz və söyüş dolsusu şərhinə anındaca reaksia verərdi. Əksinə  bu üzdəniraq  şərhin  dostları tərəfindən bəyənilməsinə  göz yuman “qəhrəmanımız” ın biganə münasibətindən belə düşünmək olar ki, Heydər Əliyev haqqında yazılan  söyüş  və təhqiramiz  şərh onun diqtəsi ilə yazılıb. (Ədəb qaydalarına uyğun olaraq  biz o şərhləri vermirik amma həmin matreallar və şərhlər redaksiyada saxlanılır). Maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, hər hansı bir media orqanında və yaxud sosial şəbəkədə Şirvan şəhəri ilə bağlı yazılan yazılara, statuslara  anında reaksiya verən şəhər İcra Hakimiyyətinin məsul işçiləri nədənsə Həsən Həsənovun bu məkirli statusunu  və  altındakı təhqiramiz şərhləri görməməzlikdən gəlirlər. Halbuki, Həsən Həsənovun "Facebook" sosial şəbəkəsindəki dostluğunda  Şirvan İcra Hakimiyyətinin 50-dən çox işçisi var. Görünür İcra Hakimiyyətinin bəzi məsul işçiləri hakimiyyət  və dövlət məmurları haqqında təhqiramiz  status yazan həmyerlilərinin sözlərinə göz yumduqları kimi, hətta Ümumilli Lider haqqında yazılmış təhqiramiz ifadələrə belə reaksiya vermirlər. 

Üçüncüsü, təhqiramiz statusunda öz yerli Şirvan şivəsini belə lağa qoymaqla Həsən Həsənov çörəyini yediyi, pul qazandığı şəhərini, onun sakinlərini başqa rayonlar arasında gülüş obyektinə çevirir.
Həsən Həsənovun yazdığı statusun kiçik bir çevrə tərəfindən qısa müddət ərzində təhqiramiz şərhlərlə doldurulması onların “qəhrəman”ımız  tərəfindən qəsdən yönləndirilməsini deməyə əsas verir. Əgər belə olmasaydi hər hansı bir dövlət məmurundan  şikayət i olan Həsən Həsənov öz problemini qabartmaq üçün kütləvi informasiya vasitələrinə müraciət  edərdi. 

Həsən Həsənovla bağlı apardığımız kiçik araşdırma zamanı bizə məlum olan sığorta və biznes fırıldaqları, eləcədə Şirvan şəhərində onun biznesinə “krişalıq” edən dövlət məmuru haqqında növbəti sayımızda oxucularımıza məlumat  verəcəyik.

Qarşı tərəfin münasibətini verməyə hazırıq.






Xəbərin oxunma sayı : 1456




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap