Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şirvanda evə basqın edərək qadını öldürən 2 qardaş həbs edildi – Təfərrüat

Tarix 09.03.21, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


Şirvanda evə basqın edərək qadını öldürən 2 qardaş həbs edilib.

Şirvan şəhər Prokurorluğundan verilən məlumata görə, 5 fevral 2021-ci il tarixdə saat 13.00 radələrində Şirvan şəhər polis şöbəsindən şəhər prokurorluğuna Şirvan şəhəri, Naxçıvan küçəsi, ev 157  ünvanında yaşayan 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızının əllərinin, ayaqlarının və ağız nahiyəsinin yapışqan lentlə (skoç)  bağlı vəziyyətdə meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibbi ekspertiza  təyin edilib və digər zəruri təxirəsalınmaz  istintaq hərəkətləri yerinə yetirilib.

Aparılan  əməliyyat-istintaq tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusilə ağır cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Əhədov Elçin Ötərxan oğlu 25 fevral 2021-ci il tarixdə, qardaşı, 1985-ci il təvəllüdlü Əhədov Arif Ötərxan oğlu isə bir gün sonra tutularaq istintaqa cəlb edilib.

Həmçinin, aparılan istintaqla həmin cinayətin törədilməsinə hazırlıqda iştirak etməsinə və sonradan xüsusilə ağır cinayəti bilib bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməməsinə əsaslı şübhələr müəyyən edildiyindən Şirvan sakini, 1993-cü il təvəllüdlü Seyfullayev Surxay Elman oğlu da tutularaq istintaqa cəlb olunub.

Əhədov Elçinin yaşadığı ünvana axtarış-istintaq hərəkəti həyata keçirilərkən evdən yapışqanlı lent (skoç), Durna Dadaşovanın mənzilində olan müşahidə kamerasının yaddaş aparatı (DVR) və digər əşyalar maddi sübut əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Elçin Əhədov, qardaşı Arif Əhədov və Surxay Seyfullayev fakt üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib/APA.



Xəbərin oxunma sayı : 844




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap