Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şirvanda Mərdan Camalovun adamları həbs oluna bilər – Taleh Ağayev və İlham Səfərovun günahları...

Tarix 10.01.20, 15:34

Font ölçüsü : - / +
bitmap-img6


Bir müddət əvvəl həbs edilən Şirvan şəhər İcra Hakimiyyətinin Kommunal Təsərrüfati İdarəsinin rəisi Aqil Vəliyevin işi ilə bağlı Şirvanda yeni həbslər keçirilə bilər. 

Bu barədə AzFakt.com-a Şirvandan daxil olan məlumatda bildirirlir ki, 46 saylı Şirvan Şəhər DSK-nın sədri Taleh Ağayev və və Şirvan Olimpiya Kompleksinin müdiri İlham Səfərov Aqil Vəliyevə açılan cinayət işi ilə bağlı həbs edilə bilərlər. Hər iki vəzifəli şəxsin Aqil Vəliyyevlə ortaq çalışdıqları bildirirlir. 

Qeyd edək ki, Aqil Vəliyev ötən ay Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Hazırda həbsdə olan Aqil Vəliyevdən 300-dən artıq plastik kart götürülüb. Elə həmin plastik kartlara görə 46 saylı Şirvan Şəhər DSK-nın sədri Taleh Ağayevin və və Şirvan Olimpiya Kompleksinin müdiri İlham Səfərovun dindirildiyi iddia olunur. 

Şirvandan AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, istintaqın bankomatlarda apardığı araşdırma zamanı Aqil Vəliyevdən sübut kimi götürülən plastik kartlardan Taleh Ağayevin və İlham Səfərovun pul çıxarmaları aşkarlanıb və hər ikisinin fotosu bankomat tərəfdən çəkilib.

Xatırladaq ki, Şirvan şəhər İcra Hakimiyyətinin Kommunal Təsərrüfati İdarəsinin rəisi Aqil Vəliyev birinci dəfə dekabrın ilk günlərində iş otağında saxlanılıb və ondan 300-dən artıq plastik kart götürülüb. İdarə müdiri Bakıya aparılıb, lakin bir gün sonra işinin başına qayıdıb.

Mətbuatın yazdığına görə Aqil Vəliyevin həbsdən azad olunmasında Şirvanının keçmiş başçısı Mərdan Camalovun rolu olub. Açılan cinayət işi birbaşa Mərdan Camalova qarşı yönələ biləcəyi ehtimalı üzərindən hərəkətə keçən Camalov Aqil Vəliyevin azad olunmasına nail ola bilib. Lakin dekabrın 11-də yenidən Şirvan şəhər İcra Hakimiyyətinin Kommunal Təsərrüfati İdarəsinin rəisi Aqil Vəliyev saxlanılıb və Bakıya aparılaraq haqqında həbs qəti imkan tədbiri seçilib.

Şirvandan əldə etdiyimiz məlumata görə Aqil Vəliyev, Taleh Ağayev və İlham Səfərov Şirvanın sabiq başçısı, hazırda Zərdab rayon İcra Hakimiyyətinin başçısı olan Mərdan Camalovun “qara kassaları” hesab olunublar. Mənbə iddia edir ki, Şirvanda Mərdan Camalovun bütün qanunsuz işlərini “makler” rolunu oynayan bu “üçlük” həyata keçirib. Qeyd edək ki, bu məlumat bir neçə mənbə tərəfindən təsdiqlənib.

Taleh Ağayevə və İlham Səfərova cinayət işi açılarsa, Mərdan Camalovun da həbs oluna biləcəyini vurğulayan mənbələrdən biri qeyd edib ki, hazırda Aqil Vəliyevin uzun müddət susmayacağını bilən Mərdan Camalov bütün imkanları ilə onun həbsdən qurtarmağa çalışır. “Bunun üzərinə Taleh Ağayev və İlham Səfərov da həbs olunsa, onda Mərdan Camalovun aqibətinin necə olacağını təsəvvür eləmək elə də çətin deyil”, deyə mənbə bildirib.

Qeyd edək ki, hazırda Taleh Ağayev növbədənkənar parlament seçkiləri ilə bağlı ciddi məşğuldur və Mərdan Camalov onun qarşısında qardaşı oğlunun seçilməsini xüsusi olaraq tapşırdığı vurğulanır. 

Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Şirvan şəhər Bələdiyyəsinə seçilən İlham Səfərov isə özünü artıq bələdiyyə sədri kimi aparılır. Maraqlıdır ki, adı qeyri-rəsmi olsa da korrupsiya cinayətində keçən İlham Səfərov artıq özünü bələdiyə sədri elan edib. Şirvandan aldığımız məlumatda bildirilir ki, İlham Səfərov artıq dükan yerləri satmaq üçün müxtəlif şəxslərdən “beh” almaqdadır. Mənbə bildirir ki, İlham Səfərov hələ də bütün “təlimatları”  Mərdan Camalovdan alır.

Maraqlıdır ki, İlham Səfərov Şirvanda alovlu amipçi kimi tanınır. O, 90-cı illərdə ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətə qarşı amansız mübarizlərdən hesab olunur...

Bu yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

AzFakt.com



Xəbərin oxunma sayı : 928




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap