Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Köçəryanın şansı yoxdur” – “Paşinyan əminliklə qələbə qazanacaq”

Tarix 19.06.21, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanda seçkini izləyən bir sıra təhlilçilər hesab edirlər ki, Nikol Paşinyanın 17 iyun mitinqindəki izdiham, onun seçkidə daha çox irəli çıxacağını ehtimal etməyə əsas verir.

Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla 10 noyabr atəşkəs sazişini imzalayıb və əsas rəqibi, keçmiş Prezident Robert Köçəryandan fərqli olaraq, hələ ki, müharibə çağırışları etmir.

Ermənistanda ictimai fəal İşxan Verdyan bildirib ki, son mitinq Paşinyanın nüfuzlu olduğunu göstərdi: “Köçəryanın şansı yoxdur. Əgər Paşinyanın mitinq videolarına baxsanız, görərsiniz ki, ora inqilab dövründən daha çox adam gəlmişdi. Bu o deməkdir ki, onu hakimiyyətə gətirənlərdən daha çox tərəfdarı var. Əgər hansısa fors major olmasa, Nikol Paşinyan əminliklə qələbə qazanacaq”.

ABŞ-ın Cənubi Kaliforniya Universitetinin erməniləri araşdırma institutunun baş tədqiqatçısı Emil Sanamyan iyunun 20-də keçiriləcək parlament seçkilərini Ermənistan üçün tarixi əhəmiyyətli hesab edir, çünki Ermənistan sonuncu Qarabağ müharibəsindən uduzmuş çıxıb, bu isə Paşinyan hakimiyətinə inamı sual altına qoyub. “Təəssüf ki, Ermənistanda rəy sorğusu və exit-poll o qədər də çox deyil, amma mövcud olanlar əsasında demək olar ki, iştirakçıların heç biri 50 faizdən artıq səs toplaya bilməyəcək və nə Paşinyan, nə də Köçəryan parlamentdə mütləq üstünlük əldə edə bilməyəcək. Odur ki, digər partiyaların nə qədər səs yığması və fraksiyaların formalaşması mühüm addım olacaq. Hazırda Serj Sarkisyanın bloku və Qagik Sarukyanın partiyası daha yüksək şanslı görünür və ola bilsin ki, onlar Koçaryanla koalisiya qursunlar və ona Baş nazir olmaqda kömək etsinlər”.

Emil Sanamyan deyir ki, Paşinyan məğlub olarsa, onun bunu qəbul edib-etməyəcəyi də sualdır, əgər məğlub olarsa, ya gərək türməyə getsin, ya da mühacirətə.

İrəvanda Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan deyir ki, son aylar Köçəryanın nüfuzu artıb: “Köçəryanın nüfuzu sürpriz şəkildə iki səbəbdən artdı. Birincisi, Ermənistan Azərbaycan sərhədindəki qarşıdurma, ikincisi Paşinyan hakimiyyətinin zəifliyi. Bu iki amil Köçəryanı populyarlaşdırdı. Amma məncə, yenə də seçkidə irəli çıxmaq üçün, bu, yetərli olmayacaq. Köçəryan üçün çox gecdir”.

Ermənistandakı seçkidə 21 partiya və dörd siyasi alyans mübarizə aparır. Ən ciddi mübarizənin Paşinyanın Vətəndaş Müqaviləsi və keçmiş Prezident Robert Köçəryanın Erməni Alyansı arasında gedəcəyi gözlənilir. Keçən il Qarabağ müharibəsində uduzduqdan sonra Paşinyana qarşı etirazlar başladı, o da istefa verib erkən seçki çağırmağa məcbur oldu. (azadliq.org)



Xəbərin oxunma sayı : 739




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap