Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Kölgədə qalmış güclü adam” – Suriyalı miqrant oğlunun Venesuela prezidenti olma ehtimalı - Təhlil

Tarix 31.08.17, 3:55

Font ölçüsü : - / +
bitmap-img6


“Əş-Şərq əl-Əvsat” (Böyük Britaniya)


Bəlkə də "şübhə" bir vaxtlar zəngin neft ehtiyatları olan Latın Amerikası ölkəsində – Venesuelada mövcud vəziyyətin ən dəqiq təsviri üçün istifadə ediləcək yeganə sözdür. İndi bu ölkə iqtisadi və siyasi böhran içində çapalayır, nəticəni isə proqnozlaşdırmaq çətindir.

1999-cu ilə qədər Venesuela sağçı və mərkəzçi siyasi qanadlar tərəfindən idarə olunurdu, lakin bu sistem "21-ci əsrin sosializmi"ni meydana gətirdiyi mərhum lider Uqo Çaves tərəfindən devrilib. Onun ardınca iqtidara gələn Nikolas Maduro yeni sistemi qüvvədə saxlayıb və hazırda o, Cənubi Amerikanın müasir tarixindəki ən pis iqtisadi və sosial böhranlardan biri ilə üzləşib.

Bir çoxları artıq gələcək Venesuela prezidentinin Tariq əl-Ayssaminin – iqtidar komandasında ikinci şəxsin olacağı gümanındadır. Maduronun Suriya əsilli potensial varisi diqqəti özündə cəmləşdirərək, "kölgədə olan güclü adam" kimi təsvir edilir.

Sosialist Maduro vətəndaşları hökumətə qarşı gündəlik etirazlara səsləyən müxalifətlə çarpışır. Ancaq mövcud lider Konstitusiyanı yenidən yazma hüququna sahib olan Təsis Məclisinin işə başlaması ilə problemlərindən qaçmağa çalışır. Aydındır ki, Maduro bu məclisin formalaşması yolu ilə müxalifətin idarə etdiyi parlamenti zəiflətməyə çalışır. Liberal sağ müxalifətin nəzarətindəki parlament bəzi qonşu ölkələr, daha da vacibi ABŞ və Avropa Birliyi tərəfindən dəstəklənir.

İqtisadi böhran ərzaq və tibb sahəsində böyük çətinliyə gətirib çıxarıb və müşahidəçilərin uzun müddət həll edilməcəyinə inandığı siyasi böhran əsnasında gələcək dumanlı görünür. Solçuların hakimiyyətdə güclənmək istədiyi dövrdə, aylar ərzində baş vermiş etirazların yüksəlişini nəzərə alınmaqla, müxalifətlə danışıqlar mümkün olmayacaq. Müxalifətin özü bir sıra məsələlər üzərində bölünür, ancaq Maduronun hakimiyyətini devirmək istəyi ilə hələ də birləşir.

Dəyişiklik variantları


Bütün bunlara baxmayaraq, bir çox müşahidəçinin rəyincə, Venesuelada dəyişiklik variantları mümkündür. Hökumətlə müxalifətin rəqabətinə son qoyan orta səviyyəli real danışıqlar prosesi ola bilər. Bu, keçid hökumətinin yaradılması və ya kabinetin və idarəetmə sisteminin “təmiri” ilə mümkündür.

Silahlı qüvvələr isə, ölkədəki hər hansı bir dəyişikliyin əsas komponentidir. 1999-cu ildə sosialist üsyanına rəhbərlik edən Çaves də ordu zabiti idi. Bu gün bir çox fəal və təqaüdçü zabit hökumətdə vəzifələr tutur.

Vitse-prezident və daxili işlər naziri əl-Ayssami Maduronun əvəzi edə biləcək "Çaves məktəbinin qeyri-hərbçi məzunları"ndan biridir.

Venesuelanın müdafiə və təhlükəsizlik şuralarına rəhbərlik edən Ayssami etiraz və narahatlıqlar qarşısında milli müdafiə və daxili təhlükəsizliyin qorunub saxlanmasına görə məsuliyyət daşıyır. O sözügedən Cənubi Amerika ölkəsində hakimiyyət piramidasında ikinci adamdır.

Buna baxmayaraq, ABŞ və venesuelalı analitiklər və tədqiqatçılar, "sağ qanaddan" olan şərhçilər Ayssamini “çirkli pullar”ın yuyulması, korrupsiyaya, terrorizmi dəstəkləməyə qədər hər cür ittihamlarla ləkələmə kampaniyasını dayandırmırlar. Bütün bunlar Ayssaminin inkar etdiyini və Vaşinqtonun Karakasdaki sol sistemə qarşı yürütdüyü siyasi savaşın ayrılmaz bir parçası olduğunu düşünmək olar.


Profil


Tariq Zeydan əl-Ayssami 1974-cü il noyabrın 12-də Venesuelanın qərbində, Merida şəhərində anadan olub. Suriyanın Sueyda bölgəsindən gələn dəruzi miqrant ailəsinin oğludur. Zeydan "Karlos" Əmin əl-Ayssami və livanlı Maddahın ailəsində o, beş uşaq arasında böyüyüb, indi evli və iki övlad atasıdır.

Gənclik dövründə Ayssami Venesuelada yerli BƏƏS sosialist partiyasının üzvü olub. 1992-ci ilin fevral ayında uğursuz çevriliş zamanı Çavesin tərəfdarı idi.

O, BƏƏS Partiyasının İraq şöbəsinin rəhbəri Şibli Ayssaminin yaxın qohumudur.


Radikal tələbə fəaliyyəti

Tariq əl-Ayssami Meridadakı And Universitetində (ULA) hüquq və kriminologiya sahəsində təhsil alıb. Tələbə olsa da, keçmiş təhsil naziri Adan Çaveslə (2007-2008-ci illər) və gələcək prezident Uqo Çaveslə – böyük qardaşla tanış edib. Böyük Çavez tərəfindən təsirlənərək, tezliklə ona çox yaxınlaşıb və inqilabi hərəkatlardan ilhamlanan sosialist tələbə qruplarında aktiv fəaliyyət göstərib.

ABŞ-ın İraqı 2003-cü ildə işğal etməsindən bir neçə gün sonra Tariq və atası Zeydan İraq xalqı ilə həmrəyliklərini ifadə etmək üçün İraqın Venesueladakı səfirinin mətbuat konfransında iştirak ediblər. Həmin il Tariq əl-Ayssaminin Uqo Çavez ilə əlaqəsinin başlanğıcı olub.

Ayssami aspiranturada təhsil alarkən, Çaves “Beşinci Respublika Hərəkatı”na dəstək verməyə başlayıb. O, təhsilini bitirəndən sonra Çavezlə əlaqələrini gücləndirməyə davam edib və təhsil aldığı universitetin bir çox məzunu mərhum lideri rəhbərliyi altında hökumət vəzifələrinə təyin olunub.

Ayssami 1999-cu ilin uğurundan sonra 2013-cü ilədək sürətli siyasi yüksəliş keçirib. 2005-ci ildə o, parlamentə seçilib, 2007-ci ildə daxili işlər nazirinin təhlükəsizlik üzrə müavini təyin edilib.

Onun əsas siyasi sıçrayışı 2008-ci ildə baş verib: Çaves onu daxili işlər və müdafiə naziri təyin edib. 2012-ci ildə Araqua əyalətinin qubernatoru seçildikdən sonra belə Ayssami bu iki vəzifəsini qoruyub.

Çavesin ölümündən və Maduronun 2013-cü ildə hakimiyyətə gəlişindən sonra Ayssami siyasi həyatın əsas fiqurlarından birinə çevrilib və 2017-ci ilin yanvarında vitse-prezident seçilib.

Konstitusiya Venesuela prezidentinə təhlükəsizlik orqanlarına rəhbərlik etməsinə icazə vermir. Lakin Ayssami bu hüquqa malik olaraq müdafiə və təhlükəsizlik şuralarına, milli təhlükəsizlik və müdafiə nazirliklərinə rəhbərlik edir. 

Təqsirlər və inkar

Siyasi yüksəlişlə yanaşı, Qərbli kəşfiyyatı, siyasi və iqtisadi dairələr Ayssamini qarşı hər cür ittihamlarla topa tutur. Azad Cəmiyyət üçün Təhlükəsizlik Mərkəzinin direktoru Cozef Umir Aissami və birinci xanım Siliya Floresi Venesuela hökumətində böyük cinayət təşkilata rəhbərlik etməkdə suçlayır.

Umirin sözlərinə görə, Ayssaminin vitse-prezident təyin edilməsi, narkotik və insan alveri və terrorizmlə əlaqəli olduğu iddiası ilə əlaqədar yerli və beynəlxalq səhnələrdə "çox mübahisəli" sayılıb.

Ayssami əleyhinə narkotik ticarətində ittiham 2010-cu ildə böyük narkotik taciri Valid Makladın həbs olunmasının ardınca üzə çıxıb. Suriya köklərinə malik kolumbiyalı narkotacir Venesuelada həbs olunub.

Maklad Venesuela hökumətinin Kolumbiyadakı “İnqilabçı Silahlı Qüvvələri” (FARC) ilə əlaqəli olduğunu, mütəşəkkil cinayətkarlıq və narkotik qaçaqmalçılığı əməliyyatlarına qatıldığını iddia edib.


Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 139




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap