Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Kür çayında suyun səviyyəsi kəskin düşüb” – Baş hidroloq

Tarix 17.10.19, 12:06

Font ölçüsü : - / +
bitmap-img6


Kür çayında suyun səviyyəsi kəskin şəkildə aşağı düşüb.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, son günlər ölkə ərazisində hava şəraitinin yağmursuz keçməsi ilə əlaqədar respublikanın həm iri, həm də digər kiçik çaylarda sululuq normadan bir qədər aşağıdır.

Baş hidroloq qeyd edib ki, Kür çayının Mingəçevir su anbarından aşağıda yerləşən hissələrində də demək olar ötən illə müqayisədə suyun səviyyəsi təxminən 15-20 sm düşüb: “Kür çayının Zərdab məntəqəsində son 1-2 gün ərzində suyun səviyyəsində bir qədər artım müşahidə olunsa da, aşağı hissələrdə suyun səviyyəsində azalma var. Ötən ilin analoji dövrü ilə müqayisədə bu il suyun səviyyəsi 15-20 sm aşağıdır. Bunun da əsas səbəblərindən biri hava şəraitinin yağmursuz keçməsi, çaylarda suyun az olması, eyni zamanda suya olan tələbatdır. Ölkə çaylarında əsasən yaz və payız dövründə yağıntılarla əlaqədar gursululuq dövrü nisbətən suyun artımı müşahidə olunur. Payız aylarında da yağacaq yağışlar güman edirəm ki, çaylarda suyun səviyyəsini bir qədər artıracaq. Kür çayının Yevlax məntəqəsində ötən illə müqayisədə suyun səviyyəsi 38 sm, Zərdab məntəqəsində 71 sm, Şirvanda 13 sm, Salyanda 17 sm və Neftçala Bankə məntəqəsində 14 sm suyun səviyyəsi aşağıdır”.



Xəbərin oxunma sayı : 634




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap