Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Kadırov Instagram hesabının bağlanmasının qisasını alır“

Tarix 22.01.18, 14:30

Font ölçüsü : - / +
bitmap-img6


"The Guardian" yazır ki, Çeçenistan lideri Ramzan Kadırovun Rusiyanın ən böyük insan haqları qruplarından birinə hücumları ABŞ-ın sanksiyalarına görə onun Instagram hesabının bağlanmasına qisas kimi qiymətləndirilir.

Rusiyanın Çeçenistanda yeganə insan haqları təşkilatı olan Memorial-ın qonşu İnquşetiyadakı ofisi maskalılar tərəfindən yandırılıb. Bundan əvvəl Memorial-ın Çeçenistan filialının rəhbəri Oyub Titiyev narkotik maddə ittihamı ilə həbs edilib və onu 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Memorial qrupun fikrincə, onun filialları üzərinə həm Çeçenistanda, həm də İnquşetiyadakı hücumların arxasında Çeçenistanın təhlükəsizlik qüvvələri dayanır və bu, Kadırovun Instagram hesabının bağlanmasına görə qisas aktı ola bilər. Kadırovun Instagramda 3 milyon izləyicisi vardı. O, bu hesabdan həm Kremlin tənqidçilərinə üstüörtülü hədələr göndərər, həm də arabir özünün ekzotik heyvanlarla çarpışmasının cəfəng fotolarını paylaşardı.

"Instagram hesabının bağlanması Kadırov üçün onun imicinə, prestijinə zərbədir. O özünün xətrinə dəyildiyini hiss edəndə qabağına keçənə rəhm eləmir, onu darmadağın edir, - Memorial təşkilatının təsisçilərindən Oleq Orlov deyib, - Hazırda isə Kadırov və onun daxili çevrəsi bütün bunların təqsirini bizdə görürlər, çünki biz Çeçenistandakı insan haqları pozuntuları barədə xəbər verən bir-iki mənbədən biriyik".

41 yaşlı keçmiş separatçı Kadırov hazırda Putinin müttəfiqidir və dekabr ayında Birləşmiş Ştatlar insan haqları pozuntularına görə onun üzərinə ağır sanksiyalar qoyub.

Instagram platformasının sahibi olan Facebook bildirib ki, Kadırovun üzərinə qoyulmuş ABŞ sanksiyaları onun hesablarının bağlanmasını tələb edirdi.

Bundan əvvəl Çeçenistan parlamentinin spikeri Maqomed Daudov ABŞ-ın Kadırov üzərinə qoyulmuş sanksiyalarına, habelə onun sosial media hesablarının bağlanmasına görə təqsiri insan haqları fəallarının üzərinə qoyub. Daudov insan haqları fəallarını "xalq düşmənləri" adlandırıb. Kadırov isə ötən həftə bəyan edib ki, insan haqları müdafiəçilərinin "nə əsl-nəcabəti, nə milləti, nə də dini" var.

"Düşünürəm ki, Kadırov özünün Instagram hesabının bağlanmasına görə qisas alır, - əvvəllər Memorial-ın Qroznı filialının rəhbəri olmuş Katya Sokiryanskaya deyib, - Əslində ABŞ-ın sanksiyalar siyahısına salınması Kadırovun o qədər də vecinə olmazdı, amma Instagram hesabının bağlanması onun üçün çox ağrılı olub. Bu onun üçün təkcə sevimli əyləncə yox, həm də çox güclü təbliğat aləti idi".

1989-cu ildə sovet dissidentləri tərəfindən yaradılmış Memorial təşkilatı həm SSRİ dövründəki repressiyaları, həm də Çeçenistanda geylərin təqibini işıqlandırdığına görə Qərbdə böyük nüfuza malik qruplardan biridir. Ötən yanvar ayında iddia olunduğuna görə, Çeçenistanda homoseksualların edamlarını məhz Memorial sənədləşdirib. Hazırda Memorial Çeçenistandan çıxarıla biləcəyindən narahatdır.

Human Rights Watch beynəlxalq insan haqları təşkilatının Moskva təmsilçisi Tanya Lokşina deyir ki, Memorial Çeçenistandan qovulsa, dəhşətli insan haqları pozuntularının qurbanlarının üz tutacağı bir yer qalmayacaq.

Rusiya hökuməti 2015-ci ildə Memorial təşkilatını xarici agent elan edib. Təşkilatın Kareliyadakı nümayəndəsi Yuri Dmitriyev ötən il uşaq pornoqrafiyası ittihamı ilə həbs edilmişdi.

Stalinin məxfi polis qüvvəsi NKVD-yə dair tarixi araşdırma aparan Dmitriyev bu ittihamların qondarma olduğunu bildirib.

Lakin qrupa ən ağır zərbə Çeçenistanda vurulub. Təşkilatın Qroznıdakı nümayəndəsi Natalya Estemirova 2009-cu ildə oğurlanaraq qətlə yetirilib. Onun meyiti sonradan qonşu İnquşetiyada aşkar edilmişdi.

Ötən həftə Titiyev polis tərəfindən həbs ediləndə Memorial onun da başına bir iş gələcəyindən narahat idi. ABŞ Dövlət Departamenti və Avropa İttifaqı Çeçenistan hakimiyyətindən Titiyevin dərhal azadlığa buraxılmasını tələb edib. Maraqlıdır ki, Kremlin İnsan Haqları Şurası da narkotikin Titiyevin cibinə atıldığını istisna etmədiyini bildirib.

Titiyev bu həftə Putinə yazdığı məktubda bildirib ki, əgər o özünə qarşı ittihamları etiraf etsə, bu onun işgəncə və şantaj altında etiraf etməsinin göstəricisi olacaq.

http://www.bbc.com/azeri/region-42771168



Xəbərin oxunma sayı : 175




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap