Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“KASPİ”nin maliyyə problemi həll olunub? - Qəzetin nəşri davam etdirilir

Tarix 14.02.20, 15:14

Font ölçüsü : - / +
bitmap-img6


Kütləvi İnformasiya Vasitələrində Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən maliyyəsi kəsilən “Kaspi” qəzeti nəşrini davam etdirir.

Qəzetin əməkdaşlarının birindən aldığımız məlumata görə, hələlik əvvəlki qaydada davam edirlər. Qəzetin kollektvi ixtisar olunmayıb, maaşlar kəsilməyib, habelə dövrülüyü də azaldılmayıb. 

Nəşrin təsisçisi və baş redaktoru Prezidentin sabiq köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva kollektivə fəaliyyətlərini davam etdirəcəklərini bildirib.

Xatırladaq ki, KİVDF fevralın əvvəlində dövlət yardımı ayrılacaq qəzetlərin adlarını elan edib və “Kaspi” və onun rusca əlavəsi olan “Kaspiy” qəzetlərin adları siyahıya salınmayıb.

Qəzetin təsisçisi Sona Vəliyeva və Əli Həsənov Fondun qərarına etiraz edərək, ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıblar. Onlar israrla yardımın bərpa olunmasını xahiş ediblər. Əks halda kollektivi ixtisar etmək, hətta fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqları mesajını verirdilər.

Sona Vəliyeva və Əli Həsənovun maliyyə problemindən şikayətlənməsi təbii ki, ictimaiyyət tərəfindən təəccüblə qarşılanıb. Məlum səbələrdən bu bəyanatlar cəmiyyətdə böyük rezonans doğurub.

Ola bilsin bu səbəbdən problemi böyütmədən qəzetlərin maliyyələşməsini bir müddət də davam etdirməyə qərar veriblər.

Xatırladaq ki, adıçəkilən hər iki qəzet Əli Həsənovun Prezidentin köməkçisi olduğu dövrdə Fondan aylıq 40 min manat almaqla birinci kateqoriya daxil edilib. Fevral ayında isə maliyyəsi dayandırılıb.

AzPolitika.info



Xəbərin oxunma sayı : 619




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap