Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Keşlə” klubunun adı dəyişdirilir: Şamaxıya köçür

Tarix 10.11.21, 14:31

Font ölçüsü : - / +
bitmap-img6


Şamaxı şəhər stadionunun istismarı ilə əlaqədar AFFA və "Keşlə" klubu arasında müzakirə aparılıb.

Milli assosiasiyanın rəsmi saytındakı məlumata görə, bölgələrdə futbolun inkişafına dəstək, sadionun səmərəli və müntəzəm istismarı, azarkeş marağının artırılması məqsədilə "Keşlə"yə "Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub.

Bununla əlaqədar klubun Müşahidə Şurasının iclası keçirilib və AFFA-nın təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib. Məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə "Keşlə"nin adının dəyişdirilərək "Şamaxı" futbol klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.

"Şamaxı" FK-nın "Keşlə" Futbol Klubunun hüquqi varisi hesab olunması üçün AFFA və "Keşlə" FK tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və yalnız bu məsələ müsbət həllini tapdıqdan sonra müvafiq dəyişikliklər həyata keçiriləcək. "Keşlə"nin aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, 2 200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA ilə AFFA-nın maliyyə dəstəyi əsasında inşa edilib və UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. UEFA klub yarışlarının I, II və III təsnifat mərhələsinin, eyni zamanda, A milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Stadionun 2021-ci il noyabrın 1-də keçirilən açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib.



Xəbərin oxunma sayı : 529




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap