Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

“Keçmiş MTN-in “polkovnik Ofeliya Mahmudova” adlı əməkdaşı olmayıb“ - DTX

Tarix 27.06.20, 15:17

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “haqqin.az”, “virtualaz.org”, “hit.az” və digər internet informasiya saytlarında “Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı. “Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında məqalələr yayılıb.

AzFakt.com-un xəbərinə görə bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayaraq bildirib ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin “polkovnik Ofeliya Əbilhəsən qızı Mahmudova” adlı əməkdaşı olmamışdır.

Kütləvi informasiya vasitələrindən sensasiya naminə həqiqətə uyğun olmayan, yoxlanılmamış, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən və əvvəllər təhlükəsizlik orqanlarında şərəflə və vicdanla xidmət etmiş əməkdaşların zabit nüfuzuna xələl gətirən informasiyaların yayılmasına yol verilməməsi xahiş olunur, bu xarakterli məlumatların yayılmasının davam etdirilməsinin məsuliyyət yarada biləcəyi onların diqqətinə çatdırılır.



Xəbərin oxunma sayı : 1393




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap