![]() |
|














“Kənan Məmmədova bahalı hədiyyələr, bəxşişlər vermədiyim üçün Bakı gömrüyü məni incidir“ - İş adamından sensasion ittihamlar
Tarix 27.10.21, 14:56 |
|

“LİON CENTRE” MMC-nin direktoru, Çindən satış üçün Azərbaycana mallar idxal edən iş adamı Ramil Aslanov Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin və Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun qanunsuz əməlləri barədə Demokrat.az-ın redaksiyasına açıq məktub ünvanlayıb.
R.Aslanov bildirib ki, Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi tərəfindən ona bürokratik və süni əngəllər yaradılır.
İş adamı R.Aslanov bununla bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və müxtəlif dövlət qurumlarının rəhbərlərinə açıq şikayət məktubu ünvanlayıb.
Hörmətli Cənab Prezident!
Bir neçə gün öncə, 16 oktyabrda 19/21 saylı və 21 oktyabrda 20/21 saylı məktublarımla Sizin elektron poçt ünvanınıza müraciət etmişdim. Həmin məktublarda mənə məxsus olan “LİON CENTRE” MMC şirkəti ilə Çin Xalq Respublikasından idxal edilən malların Bakı Baş Gömrük İdarəsindən qeyri-müəyyən səbəblərdən buraxılmadığını və ümumiyyətlə, respublika gömrük orqanları tərəfindən şirkətimin fəaliyyəti ilə bağlı yaradılan süni maneələri qeyd etmişdim.
Məlumat üçün bildirim ki, yalnız bu gün, yəni sonuncu məktubumdan 5 gün sonra çox böyük əziyyətlə şirkətimə aid olan mal ilə bağlı gömrük rəsmiləşdirilməsi həyata keçirildi. Bu günlər ərzində şirkətimə dəymiş maddi ziyan gömrük orqanları tərəfindən ödənilmədi, eyni zamanda şirkətim “LİON CENTRE” MMC-nin ticari imicinə xələl gətirildi, prestijimə zərbə vuruldu, həmçinin əsəb, sarsıntı səbəbilə səhhətimə də böyük ölçüdə zərər dəydi.
Nəzərinizə çatdırmaq istəyirəm ki, şirkətimin işinin dayanmaması üçün şirkət işçilərinə aylıq əmək haqqı və şirkətimlə bağlı kommunal xidmətlərin xərcini ödədiyimdən məcbur olaraq Bakı Baş Gömrük İdarəsinin təkidlə, sözün əsl mənasında öhdəliyimə qoymaq istədiyi qiymətlə razılaşaraq mallarımı gömrükdən çıxarmalı oldum.
Qeyd etmək istəyirəm ki, Bakı Baş Gömrük İdarəsindən mallarımın gömrük rəsmiləşdirilməsi üçün icra etdiyi 4.83 hesablama meyarı tamamilə qanunsuzdur və hətta sadə məntiqi hesablamalarla ziddiyyət təşkil edir.
Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov və onun tabeliyində olan məmurlar hətta Respublikanın Dövlət Gömrük Komitəsinin rəhbər işçilərini belə saymır, onların irad və təkliflərini qəbul etməkdən imtina edirlər. Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsində elə bir sistem qurub ki, orada yalnız onun dedikləri əsas götürülür, qanunun tələblərinə əməl edilmir.
Bir nüansı vurğulamaq istəyirəm ki, mənim şirkətim üçün göndərilən mallar gəmilərlə müxtəlif okean və dənizlərdən keçir və həmin malların təhlükəsizliyi tam şəkildə təmin edilir, yəni mallarım heç bir “pirat” hücumuna məruz qalmır. Lakin Bakı Baş Gömrük idarəsinə daxil olduğu zaman Kənan Məmmədovun tabeliyində olan “dəniz quldurları” rolunu oynayan gömrük məmurları tərəfindən təcavüzə məruz qalır. Dəfələrlə tərəfimdən Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ilə görüşdüyüm zaman şirkətimə daxil olan malların sənədlərinin tam yerində olduğunu, dövlətə ödəməli olduğum rüsumun sonuncu qəpiyinə qədər ödədiyimi və bundan sonra da həmin mallara görə nəzərdə tutulmuş dövlət rüsumunun qanunvericiliyin tələblərinə əsasən hesablanmış məbləğdə son qəpiyinə qədər ödəyəcəyimi söyləməyimə baxmayaraq, Bakı Baş Gömrük İdarəsinin yüksək rütbəli məmurları, başda Kənan Məmmədov və onun 1-ci müavini Faiq Seyidov olmaqla mənim şirkətimə idxal edilən mallarla bağlı ağlagəlməz uydurma məbləğ ödəməli olduğumu söylədilər. Onlar “Əgər biz sənin malını qanunun tələb etdiyi üsulla və qanuni hesablama qaydası ilə hesablayıb buraxsaq, sən respublikanın bütün bazarlarını həmin ucuz mallarla dolduracaqsan, bazarı ələ alacaqsan və gələcəkdə həmin malın rəsmiləşdirilməsi ilə bağlı hamı sənə müraciət edəcək” dedilər. Onlar açıq şəkildə bildirdilər ki, guya mən onların himayəsində olan firma və şirkətlərin qazancına sahib çıxmaq istəyirəm. Halbuki, bazarlarda mal bolluğu sivil ölkələrdə sağlam rəqabətin yaranmasına səbəb olur. Görünür, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov və Faiq Seyidov kimi başqa gömrük məmurları Azərbaycanımızı sivil ölkələr sırasında deyil geridə qalmış respublikaların sırasında görmək istəyirlər. Məni heyrətə gətirən o oldu ki, mən Bakı Gömrük İdarəsində qanunun aliliyindən danışarkən, qanunun tələblərini gömrük məmurlarına izah edərkən, onların istehza ilə mənə yanaşmalarının şahidi oldum. Onlar bildirdilər ki, mən nə deyirəmsə deyim, onsuz da onların dediyi olacaq. Onlar “Kimə istəyirsən şikayət, et heç bir şikayətinə baxmayacaqlar, respublikada hər şey bizim nəzarətimiz altındadır” dedilər. Gömrük məmurları hazırda özlərindən çox razı və arxayındırlar, cəzalandırılmayacaqlarına əmindirlər.
Bakı Baş Gömrük İdarəsinin yüksək rütbəli məmurlarının, əsas etibarı ilə idarənin rəisinin 1-ci müavini Faiq Seyidova bildirdim ki, mən məcburiyyət qarşısında qalaraq, işimin axsamaması, əməkdaşlıq etdiyim şirkətlər qarşısında peşəkar imicimin qorunması, tabeliyimdə olan işçilərə əmək haqqlarının ödənilməsi naminə gömrük əməkdaşlarının mənə təqdim etdiyi yalançı, uydurma rəqəmlərə əsaslanan məbləği ödəyərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə razı olacağam. Lakin bu, o demək deyil ki, mən onların mənə təklif etdiyi “maxinasiya” variantı ilə razılaşıram. Onlara bildirdim ki, mən indi mallarımın rəsmiləşdirilməsi üçün ödədiyim pul vəsaitini gec-tez məhkəmə qaydası ilə də olsa geri alacağam.
Gömrük əməkdaşları mənə bildirdilər ki, ödədiyim pul orda qalır və mallar gömrük rəsmiləşdirməsindən keçdikdən sonra heç kim o pulu geri ala bilməz və həmin əməliyyat üzrə sənədləri bir daha qaldıra bilməz.
Haqlı irad olaraq bildirdim ki, necə olur ki, onlar mənim 1 ay əvvəl gömrük rəsmiləşdirilməsindən keçən 01211000309577 saylı gömrük bəyannaməsi üzrə keçən mallarımla bağlı sənədləri yenidən təftiş edə bilir, mən isə öz qanuni haqqımın təmin edilməsini tələb edə bilmərəm?
Bakı Baş Gömrük İdarəsini rəisinin 1-ci müavini Faiq Seyidov mənə hədə-qorxu gələrək kobud bir şəkildə, səs tonunu qaldıraraq bildirdi ki, “elə etmə ki, sənin şirkətinə yoxlama göndərək şirkətinin işini təftiş edək və sənə Çin Xalq Respublikasından mal göndərən şirkətin saxta olmasını sübut edək”.
Mən ona bildirəndə ki, dediklərinin hamsı yalan və uydurmadı, heç bir əsası yoxdur, Faiq Seyidov mənə bildirdi ki, onların əllərindən hər bir iş gəlir, lazım olarsa, onlar mənim şirkətimin və mənim başıma min bir oyun açarlar. Hətta üstüörtülü şəkildə məni ölümlə də hədələdi. Mən ona məni açıq şəkildə təhdid etdiyini və ölümlə hədələdiyini bildirəndə, Faiq Seyidov mənə sadəcə xəbərdarlıq etdiyini bildirdi.
Hörmətli Cənab Prezident!
Bildirirəm ki, gömrük əməkdaşlarının qanunsuz əməlləri nəticəsində milyonlarla manat dövlət vəsaiti büdcədən yayınaraq, Kənan Məmmədov, Faiq Seyidov və onlar kimi məmurların cibinə axır. Həmin məmurlar öz şəxsi ambisyalarını dövlətin mənafeyindən üstün tutaraq, Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna xələl gətirməkdən çəkinmirlər. Özlərinə yaxın olan şirkətlərlə və iş adamları ilə milyonlar qazanaraq ölkəmizin iqtisadiyyatının çökməsinə çalışır və əldə etdikləri milyonlarla manat vəsaitin qara bazarda dövr etməsinə, bununla da əlavə gəlir əldə edilməsinə və həmin vəsaitin özlərinə və yaxınlarına məxsus saxta hesablarda yerləşdirilməsinə şərait yaradırlar.
Bunu necə başa düşmək olar ki, Bakı Baş Gömrük əməkdaşları mənimlə söhbət edərkən bircə dəfə də dövlətin mənafeyindən çıxış etmədilər, dövlətin büdcəsinin qeydinə qalmadılar, yalnız və yalnız mənim bazara ucuz mal gətirməyimin onların mənafeyinə zərbə vuracağından bəhs etdilər. Görəsən, həmin gömrük məmurları düşündülər ki, mənimlə söhbət zamanı öz dedikləri ilə özlərini ifşa etdilər? Bu cür məmurların respublikanın gömrük orqanlarında işləməsi nə dərəcədə məqsədəuyğundur?
Görünür ki, mənim şirkətimdən əldə olunan qanunsuz gəlirə Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun çox böyük ehtiyacı var. Görəsən, Kənan Məmmədov üçün karqo şirkətləri tərəfindən edilən hədiyyələr, bəxşişlər yetərli deyilmi? Görəsən, ona bu cür bahalı hədiyyələr edən karqo şirkətlərinin və özünün himayə etdiyi şirkətlərin arzu və istəklərinin ödənilməsi üçün Kənan Məmmədov daha nələrə əl atacaq? Görəsən, Kənan Məmmədov mənim kimi ölkə qanunlarına hörmət edən, ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq öz işini quran sahibkarların fəaliyyətinə süni əngəllər törətməklə nə vaxta qədər həmin himayə etdiyi şirkətlərin tərəfini tutacaq? Görəsən, biz sadə sahibkarların günahı nədir ki, Kənan Məmmədov və onun kimilərinə görə respublikamızda normal biznes fəaliyyəti apara bilmirik?
Hörmətli Cənab Prezident!
Bu 10 gün ərzində mənim keçirdiyim stress, əsəb ömrümdən bir neçə il kəsdi. Sadəcə olaraq ailəmin, yaxınlarımın və şirkətimdə çalışan işçilərin maddi təlabatlarının ödənilməsi üçün biznes fəaliyyətimi davam etdirməyə məcburam. Amma əminliklə söyləyə bilərəm ki, respublika gömrük orqanları tərəfindən ölkəmizin iqtisadiyyatının çiçəklənməsi, xalqımızın güzəranının yaxşılaşdırılması naminə çalışan mənim kimi sadə iş adamlarının fəaliyyəti ilə bağlı yaradılan süni maneələr iqtisadiyyatımızın inkişafına xidmət etmir. Bir daha qeyd etmək istəyirəm ki, Sizin tapşırığınızla respublikamızın gömrük orqanlarında korrupsiya əməllərinin qarşısının alınması və qanunvericiliyin bərqərar olunması məqsədilə, respublikanın hüquq-mühafizə orqanları tərəfindən gömrük qurumlarında aparılan təmizləmə işlərinin müsbət nəticə ilə sona çatacağına inanır və bu təmizlik işləri nəticəsində respublikamızın gömrük orqanlarında çalışan yüksək rütbəli gömrük məmurlarının da məsuliyyətə cəlb ediləcəyinə ümid edirəm.
Hörmətli Cənab Prezident!
Siz ölkəmizin iqtisadiyyatı ilə bağlı etdiyiniz çıxışlarınızda daima bir fikri səsləndirirsiniz: “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər”. Zənnimcə, bu sözlərinizi sahibkarların fəaliyyəti ilə əlaqəli olan müvafiq dövlət qurumlarının binalarının ən görünən yerlərində həkk etmək lazımdır ki, həmin qurumlarda çalışan dövlət məmurları öz işlərini həmin fikrin əsasında qursunlar və bununla da qanunu pozmaqdan çəkinsinlər.
Yuxarıda yazılanlara əsasən Sizdən xahiş edirəm ki, respublika hüquq-mühafizə orqanları tərəfindən Bakı Baş Gömrük İdarəsində aparılan antikorrupsiya tədbirlərinin daha da intensivləşməsi və daha sərt qaydada həyata keçirilməsinə göstəriş verəsiniz.
Cənab Prezident, son ümidimiz Sizsiniz.
Hörmətlə,
“LİON CENTRE” MMC-nin
Direktoru Ramil Aslanov.
Xəbərin oxunma sayı : 1564
Sosial
Xəbərlər
-
Nəsrin Bodrumda transparan libası ilə diqqət çəkdi - FOTOLAR
-
“ABŞ və İsrail İrana hücuma görə məsuliyyət daşımalıdır“ - Nazir
-
Bakıda kanalizasiya suları birbaşa dənizə axıdılır - VİDEO
-
Naxçıvanda min bir dərdə dərman olan suyun sirri nədir? - VİDEO
-
Azərbaycanda torpaqların kadastrının dronlarla xəritələnməsi təklif edilir - VİDEO
-
BRİKS liderlərindən İsrailə sərt tələb: “Qoşunlarını dərhal Suriyadan çıxar”
-
Çimərliklərə getmək istəyənlərin NƏZƏRİNƏ
-
“Azərbaycanda ən təbii qız mənəm“ - Pərvin Abıyeva
-
Məktəbəhazırlıq təhsili məcburi olacaq? - Rəsmi
-
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
-
“Ukrayna Rusiya ilə əsas məhbus mübadiləsinin səkkiz mərhələsini başa vurub“ - Zelenski
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi belə olacaq - FOTOLAR
-
Bakının mənzil fondu yenilənir - VİDEO
-
Azərbaycanın qızıl bazarında vəziyyət necədir? - Açıqlama
-
Kəşfiyyatın məxfi məlumatı mediaya sızdı: sensasion təfərrüatlar
-
Pərvin Abıyeva şıdırğı rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Vəkilliyə qəbulla bağlı test imtahanında 196 nəfər uğur qazandı - SİYAHI
-
Nikahsız analar, sənədsiz uşaqlar: Kimdir günahkar?
-
Bulvarda dənizə düşən 57 yaşlı qadın xilas edildi - VİDEO
-
Məmmədli sakinləri acınacaqlı durumda: “Şikayətimizə baxan yoxdur“
-
Xaricdən məhsul gətirənlərin nəzərinə: Hansı qaydalar dəyişir?
-
Oğlunu 10 minə FHN-ə işə düzəldəcəkdi - Məmmədovun cinayət işi
-
“Neftçi“ dünya ulduzu ilə danışıqlar başladı - İDDİA
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
Putinlə Makron arasında telefon danışığı - Lavrov açıqladı
-
Həmin rəqəm səhvən 5000 əvəzinə 3000 göstərilib - DİM
-
Yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
Mask yeni siyasi partiyasını qurduğunu elan etdi - “Amerika“
-
Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO
-
Əməkdaşlıq davam edir, əlavə yüz minlərlə dron alacağıq - Zelenski
-
Kür çayında batan gənc tələbə imiş - “Üzə bilmirdin, niyə gedirdin, ay bala?”
-
Xamenei müharibədən sonra ilk dəfə üzə çıxdı - VİDEO
-
“Ermənistanla normallaşma üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb“ - Elçin Əmirbəyov
-
Qohumlarını xilas etmək istədilər, üçü də göldə batdı - Fotolar
-
Bakıda və bölgələrdə yağış yağır, dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatıb - FAKTİKİ HAVA
-
Almaniya Patriot sistemlərinin dörddə birini Ukraynaya təhvil verib - “Bloomberg“
-
“Ermənistana yeni konstitusiya lazımdır“ - Paşinyan
-
Saray körpüsünün ətrafı genişləndirilir - VİDEO
-
Binəqədidə ağaclardan qurd tökülür - VİDEO
-
“Rusiya Ermənistandakı hərbi mövcudluğunu genişləndirir“ - Ukrayna kəşfiyyatı
-
13 yaşlı qızı zorlamaqda ittiham edilən şəxs həbs olundu - 10 min ödəyib, ailə ilə barışmışdı
-
TikTok-la bağlı sövdələşmə hazırdır: İyulun 7-8-də...
-
İslam aləmi Aşura Gününü necə qeyd edir - ARAŞDIRMA
-
Azərbaycanda ən az maaşı kim alır? - Açıqlama
-
Boşanmadan sonra kredit borcunu kim ödəməlidir? - AÇIQLAMA
-
Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi - Rəfiyevlərin tender SİYAHISI
-
“Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır“ - Türkiyə prezidenti
-
İrəvanda məscidlərimizi də bərpa edəcəyik - Allahşükür Paşazadə
-
“Qəzza razılaşması gələn həftə bağlanıla bilər” - Tramp
-
Bir ayın kirayəsi bir günə - Bağ evləri “od tutub yanır”
-
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
-
“Ermənistan və Azərbaycanın imzalayacağı sülh regionun ab-havasını dəyişəcək“ - Ərdoğan
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
“İnsanlar şaiyələrə inanmayıb, təxribatlara uymasınlar“ - QMİ
-
Beş kollecin direktoru işdən çıxarılıb - Yerinə təyinatlar olub
-
Polis özünü dənizə ataraq qadını xilas edib - VİDEO
-
Bu gün Aşuradır - Qanvermə aksiyaları təşkil olunub
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
DTX-nın Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
TOP 10
ARXİV