Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Kəndlərdə pula görə qızları tez ərə verirlər“ - deputat

Tarix 24.04.18, 15:54

Font ölçüsü : - / +
bitmap-img6


"Ailələrdə məişət zorakılığı faktı artmaqdadır. Bunun nəticəsində xəsarət hadisələri xeyli çoxalıb"

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı, Əfv Məsələləri Komissiyasının üzvü Elmira Axundova deyib. O bildirib ki, internet, içki, tüfeyli həyat, işsizlik və kişilərin işləmək istəməməsi ailələrdə böyük problemlər yaradır.
“Əfv komissiyasının üzvü kimi deyə bilərəm ki, məişət zorakılıqları faktı artmaqdadır. Bunu tək qadınlara qarşı deyil, kişilərə qarşı faktlarda da görürük. Biz Kanadada olduq. Oranı ana və uşaqlar üçün cənnət məkan sayırlar. Çünki onların hüquqları qorunur, ailə nəzarət altındadır. Orada sağa və sola artıq bir addım ata bilməzlər. Dövlət idaərləri, komitələr, ictimai birliklər, media bir yerdə ümumi nəzarət yaradılmalıdır. Bizdə bunu mentalitetə bağlayırlar. Deyirlər ki, “ailə işidir qarşa bilmərəm”. Fransada ailədə qadının öldürülməsinə görə bütün ölkə ayağa qalxmışdı. Amma bizdə hər gün demək olar ki, belə fakt yaşanır və reaksiya sıfırdır. Ölkəmizdə son zamanlarda 200-ə qədər xanım qəddarcasına öldürülüb. Cinayətkarlar tutulur, cəzasını çəkir. Amma uşaqlar yetim qalır. Bizdə ictimai qınaq sosial şəbəkələrdədir və o da azdır. Lakin insanlardan, kənd ağsaqqalarından heç bir reaksiya olmur. Sanki belə hallar adiləşib. Bu barədə hər gün yazılmalı, danışılmalı, göstərilməlidir. Bununla bağlı sosial roliklər demək olar ki, azdır”.

E.Axundova Azərbaycanın rayonlarında, xüsusilə kəndlərdə qızların müəyyən ödəniş qarşılığında erkən yaşda ərə verilməsi hallarının artdığını bildirib.

“İnsanların avamlığı və geriliyidir ki, qızlarımıza mülk kimi baxırlar. Fikirləşirlər ki, “məndə bu var və ondan gəlir əldə edə bilərəm. Tez ərə verim, müəyyən qazanc əldə edim”. Bu, bizim mentalitetdən irəli gəlmir. Bu məsələlər Orta Asiyada geniş yayılıb, onlar qızı verirlər, qarşılığında isə böyük məbləğdə pul və ya mülk alırlar. Sovet vaxtında bu ənənə kəsilmişdi. Sovet hakimiyyəti dövründə minlərlə qızlarımız alim, həkim, müəllim olub. İndi niyə belə olduğunu başa düşə bilmirəm. Niyə bizim kəndlərimizdə mənəvi geriləmə müşahidə edilir? Texniki tərəqqi var, internet var, baxırlar. Lakin digər tərəfdən avamlıq və orta əsr ənənələri dirçəlir. Bununla bağlı Milli Məclisdə qanunlar qəbul edilir, Dövlət Komitəsi işləyir, qadın problemləri ilə məşğul olan ictimai birliklər var. Lakin vəziyyət yenə də acınacaqlıdır. Deməli, qanunlar işləmir, ictimai qınaq yoxdur. Hələki, bu qadınları müdafiə edən, onların təhsilinə, ailə mühitinə təsir edən mexanizmi əldə edə bilməmişik. Bakıda yaxşı sözlər deyirik, rayonda konfranslar keçiririk, lakin səhəri günü eşidirik ki, həmin rayonda və ya Bakıda hansısa xoşagəlməz hadisə baş verib. Ya oğlan qızı öldürür, ya hamilə qızı öldürür, ya evdən qovurlar və belə qızların hüquqları olmur”. 



Xəbərin oxunma sayı : 256




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap