Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Kiçik və orta sahibkarların əl-qolu tam şəkildə açılmalıdır” - Nazir yeni planları açıqladı

Tarix 15.02.21, 11:41

Font ölçüsü : - / +
bitmap-img6


Qarşıdakı dövrdə dayanıqlı iqtisadi artıma və rifaha nail olmaq üçün hansı addımların atılması nəzərdə tutulduğu açıqlanıb.


"QISA ZAMANDA İSTEHSAL VƏ İSTEHLAK FƏALLIĞI TƏMİN EDİLƏCƏK"

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxışı zamanı bildirib ki, ilk növbədə iqtisadi fəallığın bərpa edilməsini hədəflənir:

“Çalışacağıq ki, post-pandemiya dövründə, qısa müddət ərzində, sahibkarlıq subyektlərinin iqtisadi aktivliyi və gəlirlərin ilkin səviyyəsi və istehlak fəallığı bərpa edilsin. Bu addımlar yeni iş yerlərinin yaradılmasına təkan verməlidir”.

"ÖZƏL İNVESTİSİYA QOYULUŞU TƏŞVİQ EDİLƏCƏK"

Nazir bildirib ki, ikinci mühüm məqam, biznesin və özəl investisiyaların canlandırılmasına, qeyri neft qaz sektorunun sürətli artımına nail olmaqdır: “Bu sahədə qeyri-neft məhsullarının istehsalının daha da stimullaşdırılması, özəl investisiya qoyuluşunun təşviq edilməsi əsas prioritetlərdən olacaqdır”.

"BİZNES MÜHİTİ DAHA DA YAXŞILAŞDIRILACAQ"

Mikayıl Cabbarovun sözlərinə görə, biznes mühit daha da yaxşılaşdırılacaq: “Xüsusilə kiçik və orta sahibkarların imkanları daha da genişlənməlidir, belə demək olarsa, əl-qolu tam şəkildə açılmalıdır. Kiçik və orta biznesin ümumi daxili məhsulun formalaşmasında dominat mövqeyinə nail olunması nəzərdə tutulur”.

“KOB-LAR DÖVLƏT SİFARİŞLƏRİNƏ DAHA ÇOX CƏLB EDİLMƏLİDİR”

Nazir deyib ki, kiçik və orta binesin (KOB) dövlət satınalmalarında iştirakı təşviq edilməli, onlar dövlət sifarişlərinə daha çox cəlb edilməlidir: “Haqsız rəqabətə yol açan hallara son qoyulmalıdır. Bunun üçün zəruri islahatlar və qanunvericilik təşəbbüsləri həyata keçiriləcəkdir”.

“BİZNESİN TƏŞVİQİ ALƏTLƏRİNƏ YENİDƏN BAXMAĞA HAZIRLAŞIRIQ”

Mikayıl Cabbarov qeyd edib ki, sahibkarların maliyyələşməyə çıxış imkanları genişləndiriləcəkdir: “Biznesin təşviqi alətlərinə biz yenidən baxmağa hazırlaşırıq. Dövlətin yanaşması belədir ki, təşviq mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır, prioritet sahələr və fəaliyyətlər üzrə təşviqedici vergi siyasətinə üstünlük veriləcək”.

"XARİCİ İNVESTİSİYALAR DAHA ÇOX TƏŞVİQ EDİLƏCƏK"

Mikayıl Cabbarov, “qarşıdakı dövrdə yeni özəlləşdirmə proqramının həyata keçirilməsini nəzərdə tuturuq” deyərək çıxışına belə davam edib: “Birbaşa xarici investisiyaların təşviqi mexanizmi təkmilləşdirilməsi, eyni zamanda hesab edirik ki, dövlət investisiya proqramları dövlət-özəl tərəfdaşlığı çərçivəsində genişləndirilməlidir”.

“DÖVLƏT ŞİRKƏTLƏRİ ÜZRƏ ƏSASLI İSLAHATLAR HAZIRLANIR”

Mikayıl Cabbarov söyləyib ki, dövlət şirkətlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması nəzərdə tutulur:

“Bu gün bir sıra dövlət şirkətlərində fəaliyyət günün tələblərinə cavab vermir, bir sıra hallarda idarəetmənin effektivliyi aşağıdır, şirkətlərin xərcləri, tender prosedurları sahələrində şəffaflıq tam təmin edilməyib, büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynamaları olduqları halda bir çox halda zərərlə çalışırlar”.

Artıq bu sahədə ciddi islahatlar həyata keçirilir. Dövlət şirkətlərinin effektivliyinin artırıması onların bazar dəyərinə nail olunmasına gətirib çıxarmalıdır. Dövlət şirkətlərinin borclanmalarına nəzarətin gücləndirilməsi, dövlət büdcəsinə dividend ödənişlərinin artırılması hədəf kimi qarşımızda durur. 2020-ci ildə yaradılmış Azərbaycan İnvestisiya Holdinqi hazırda bu sahədə çalışır və dövlət şirkətlərinin idarə edilməsi sahəsində əsaslı islahatlar hazırlanır”.

BANKLAR İLƏ BAĞLI PLAN

Nazir qeyd edib ki, mühüm məsələlərdən biri də maliyyə sektorunun iqtisadi artıma və şaxələndirməyə dəstəyinin gücləndirilməsidir: “Cənab Prezident dəfələrlə bu məsələni vurğulayıb. Real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payının artırılmasını prioritet vəzifə kimi görürük. Təəssüflər olsun ki, keçən ildə də, əlverişsiz iqtisadi dinamikaya görə, sahibkarların bank kreditlərinə əlçatatnlığının təmin edilməsində istədiyimiz irəliləyişi görə bilməmişik. Banklar tərəfindən biznesə verilən kreditlərin həcmi azalıb”.

Nazir qeyd edib ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər: "Bu məsələ əvvəllər olduğu kimi əsas hədəflərdən biridir. Hökumət qeyri-neft ixracının genişləndirilməsi və rəqabətli klastırların inkişafının sürətləndirilməsinə nail olmaq niyyətindədir. Bu məqsədlə qeyri-neft ixracının artımını təmin edən strategiya həyata keçiriləcək”.

"İXRAC POTENSİALI YÜKSƏK OLAN 120-YƏ YAXIN MƏHSUL VAR"

Mikayıl Cabbarov əlavə edib ki, yeni milli ixrac strategiyası ixrac məhsullarının həm çeşidinin, həm də satış bazarlarının coğrafiyasının genişləndirilməsini ehtiva edəcək: "Hazırda ixrac potensialı yüksək olan ölkəmizin 120-yə yaxın məhsulu vardır. Bu məhsulların 20-dən çox hədəf bazarları üzrə istiqamətləndirilməsi nəzərdə tutulur. Bu sahədə innovativ ekosistem inkişaf etdirilməlidir. Qeyri-neft ixracının həcminin 2025-ci ildə 2020-ci ilə nisbətən 2 dəfə çox olması hədəflənir".

"İQTİSADİ İDARƏETMƏ YENİ ÇAĞIRIŞLARA UYĞUNLAŞDIRILMALIDIR"

İqtisadiyyat nairi bunları da bildirib ki, regionların tərazlı və dayanıqlı inkişafının təmin olunması əsas vəzifələr sırasında qalacaq. İqtisadi idarəetmənin prinsipləri də yeni çağırışlara uyğunlaşdırılmalıdır.(marja.az)



Xəbərin oxunma sayı : 802




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap