Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İki mərkəzə yeni direktor təyin olundu – KTN-də dəyişiklik

Tarix 16.10.19, 10:54

Font ölçüsü : - / +
bitmap-img6


Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (DAİM) yeni direktor təyin edilib.

AzFakt.com Report-a istinadla xəbər verir ki, nazir İnam Kərimovun imzaladığı əmrə əsasən, bu vəzifə Etibar Muradlıya həvalə olunub.

O, Çexiyadakı Mendel Universitetinin Regional inkişaf və beynəlxalq ərazi planlaşdırılması fakultəsində kənd təsərrüfatının menecmenti ixtisası üzrə təhsil alıb, yeni təyinata qədər nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsində və “Azəraqrar Dövlət istehsalat və Emal Birliyi” MMC-də çalışıb.

Bundan başqa, İ.Kərimov Elşən Cəbrayılovun Kürdəmir DAİM-in direktoru təyin edilməsi barədə əmr imzalayıb.

Xatırladaq ki, əvvəlki direktor Mətləb Kərimov işdə yol verdiyi nöqsanlara, nazirliyin “Fermerlərə yaxınlıq” prinsipini kobud şəkildə pozduğuna görə bir qədər əvvəl vəzifəsindən azad edilmişdi.




Xəbərin oxunma sayı : 325




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap