Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İki partiya sədri arasında qalmaqal,15 il sonra açılan sirlər: “Seyfindəki pulları qadınların alt paltarında qaçırdın…” (VİDEO)

Tarix 16.10.18, 22:54

Font ölçüsü : - / +
bitmap-img6


Müsavat Partiyasının başqanı Arif Hacılı və Ümid Partiyasının sədri İqbal Ağazadə internet televiziyalarından birində baş tutan debatda bir-birini təhqir ediblər. Debat, 2003-cü ilin prezident seçkiləri mövzusuna həsr olunub.

“AzPolitika.info”nun məlumatına görə, İqbal Ağazadənin 15 və 16 oktyabrda baş verən hadisələrlə bağlı bəzi açıqlamaları Müsavat başqanının narazılığına səbəb olub. İ.Ağazadə bu açıqlamalarında məğlubiyyətə görə məsuliyyəti İsa Qəmbərin üzərinə qoyub. Sitat: “Mitinq günü İsa Qəmbərə 4 dəfə zəng etdim ki, meydana gəlin. O, gəlmədi. İlk üç zəngimdə mənə söylədi ki, meydana gəlib-gəlməməklə bağlı fikirləşir. Nəhayət, dördüncü zəngimdə bildirdi ki, yoldadır, evə gedir”.

Ümid Partiyasının sədri daha sonra bildirib ki, seçki günü Müsavat Partiyasının qərargahının qarşısında toplaşmaq planı olmayıb, buna İsa Qəmbər icazə verməklə, iqtidarın əks-hücumuna şərait yaradıb və beləliklə də məğlubiyyətə yol açıb: “15 oktyabrda heç bizim Müsavat qərargahı qarşısında toplaşmaq düşüncəmiz yox idi. Mənə İsa Qəmbər zəng etmişdi ki, ora gəlim. Mənim xəbərim olmatan planlar oldu, biz onun hesabına qalib gəlmədik. İsa bəydən xahiş etdim ki, camaata müraciət etsin və onlar partiyanın qarşısından dağılışsınlar”.

Bundan sonra tərəflər arasında qarşıdurma yaranıb. A.Hacılının “səviyyəsiz” replikasına əsəbləşən İ.Ağazadə onu qorxaqlıqda, 16 oktyabrda mikrofon gətirmək adı ilə meydandan qaçmaqda ittiham edib.

Ümid sədrinin ən diqqətçəkən ittihamları isə 15 oktyabrda gecə həmin vaxt Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olan Məhərrəm Əliyevin kabinetində İsa Qəmbəri təhqir edərək ordan qovması və Arif Hacılının seyfindəki pulları qadınların alt paltarında qərargahdan çıxarması haqda olub.

İki partiya sədrinin debatındakı maraqlı anların videoyazısını təqdim edirik:






Xəbərin oxunma sayı : 715




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap