“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

İki sabiq rəis məhkəmə zalında qandallandı - 1.8 milyonluq mənimsəmə

Tarix 27.09.23, 12:13

Font ölçüsü : - / +
bitmap-img6


Xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev və baş mühasibi Əjdər Fətullayevin məhkəməsi başlayıb.

Məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Keçmiş rəislər və baş mühasib ümumilikdə 1 milyon 830 min manatlıq yeyintidə ittiham olunurlar. İbtidai istintaq dövründə dəymiş ziyanın ödənilməsi məqsədilə onlar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi.

Məhkəmədə qətimkan tədbiri yenidən müzakirəyə çıxarılıb və təqsirləndirilən şəxslərin həbs ediməsinin uyğun görüldüyü qənaətinə gəlinib.

Qərara əsasən, Ağabəy Ağayev, Mahir Əliyev və Əjdər Fətullayev barəsində həbs qətimkan tədbiri seçilib, onlar məhkəmə zalında həbs ediliblər.

Qeyd edək ki, ittiham olunan şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. Ağabəy Ağayevə Cinayət Məcəlləsinin 179.3.2, 179.4 (külli miqdarda və xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma), Mahir Əliyev və Əjdər Fətullayevə həmin Məcəllənin 179.4, 308.2-ci, Sədrəddin Ağababayev və İsmayıl Əlizadəyə isə qeyd olunan Məcəlləsinin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə kömək etmə) və digər maddələri ilə ittiham elan edilib(Qafqazinfo).



Xəbərin oxunma sayı : 880




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap