|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
İki uşaq anasını əri əxlaqsızlıqda ittiham etdi, sonda dəhşət yaşandı – Masallıda şok olay
Tarix 13.03.19, 23:22 |
|
Masallı rayonunda arvadına işgəncə verməkdə, onu intihar həddinə çatdırmaqda və xuliqanlıqda ittiham olunan 1971-ci il təvəllüdlü Səlim Babayevin (ad və soyadlar şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Səlim Babayev Vəfa Səlimova ilə 1994-cü ildə ailə qurub. Onların birgə nikahından iki uşaq olub.
Səlim Vəfaya İkinci Yeddioymaq kəndində yaşadıqları evdə fiziki və psixi zor tətbiq edib .
O, həyat yoldaşının 2013-2014-cü illər ərzində, həmçinin 2015-ci ilin mart-oktyabr aylarında dəfələrlə qızları Xumarın, eləcə də qonşuların gözü qarşısında nümayişkaranə şəkildə saçından tutaraq sürüyüb.
Səlim həyat yoldaşını əxlaqsız hərəkətdə günahlandırıb, başqa şəxslərlə görüşə getdiyini bəhanə gətirib, onu işləməyə qoymayıb. Hər gün həyat yoldaşını söyərək təhqir edib. Vəfa dəfələrlə atası evinə getməyə məcbur olub.
Bundan başqa, Səlim oktyabrın 6-da saat 22 radələrində Vəfa ilə yaşadığı evin həyətində mübahisə edib, uca səslə nalayiq ifadələrlə onu təhqir edib.
Daha sonra o, arvadını qaynı Fərhadın evinə aparıb. Əlindəki bıçaqla qohumu, qaynının arvadı Nazilə ilə yanaşı, oradakı digər şəxslərin də üzərinə gedib. Onun bu hərəkətlərinin qarşısını almaq istəyən Fərhadın oğlu Xəlilin önündə bıçağı sağa-sola hərəkət etdirib.
Vəfa ərinin bu cür təhqirlərinə, ləyaqətini mütəmadi alçaltmasına dözməyib. 17 oktyabr 2015-ci il tarixdə saat 19 radələrində yaşadığı evin arxa tərəfində yerləşən təndirxanada baş örtüyü ilə özünü asaraq intihar edib.
İstintaq orqanı tərəfindən Səlim Babayevin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.
Mərhumun atası və hüquqi varisi qismində ifadə verən İlqar Vəliyev bildirib ki, valideynlərinin sağlığında Səlimin hərəkətlərinə nəzarət edilib və bu səbəbdən onun ailəsi ilə münasibətləri yaxşı olub: “Lakin sonradan spirtli içkilərin aludəçisi olaraq hər gün içib, ailədə söz-söhbət yaradıb. Vəfanı döyüb, incidib. Bu səbəbdən qızım dəfələrlə evimə gəlib. Hər dəfə qızıma ər evinə qayıtmağı məsləhət görmüşəm. Qız nəvəm Xumar da atasının hərəkətlərindən daim şikayətlənib”.
İlqar Vəliyevin sözlərinə görə, oktyabrın 6-da Səlim sərxoş vəziyyətdə qızı və nəvəsi Xumarın bıçaqla üstünə hücum etdiyindən onun evinə gəliblər: “Vəfa 3-4 gün bizdə qaldı, sonra yaşadığı evə qayıtdı. Sonradan bizdə olan digər nəvəm Sadiq bacısı Xumara zəng edərək danışdı. Həmin vaxt Xumarın qardaşına “atan mənim anamı öldürdü” dediyini eşitdim.
Bu zaman nə baş verdiyini bilmək üçün ora getdik. Evə daxil olanda qızımın üzərinə örtük atıldığını gördüm. Nə baş verdiyini soruşduqda qızımın təndirxanada özünü asdığını dedilər.
Qızımın özünü öldürməsinə şübhəli yanaşsam da, Səlimin onunla amansız rəftar etdiyini, ləyaqətini mütəmadi alçaltdığını, təhqir elədiyini və döydüyünü deyə bilərəm”.
Masallı rayon Məhkəməsinin hökmü ilə Səlim Babayev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən prokuror narazı qalıb və apelyasiya protesti verib. Dövlət ittihamçısı Nicat Hüseynlinin imzası ilə yazılan şikayət Şirvan Apelyasiya Məhkəməsinə daxil olub.
Dövlət ittihamçısı protestini onunla əsaslandırıb ki, Səlim Babayevin məhkum olunması barədə Masallı rayon Məhkəməsinin hökmü dəyişdirilməlidir: “İşin hallarından görünür ki, Səlim Babayev Vəfa Babayeva ilə ailə həyatı qurduqdan sonra mütəmadi olaraq alkoqollu içkilər içib, sərxoşluqla məşğul olub, ailənin qayğısına qalmayıb. O, Vəfa Babayevaya mütəmadi olaraq mənəvi və fiziki əzab verib, ona qarşı zor tətbiq edərək amansız rəftar göstərib. Arvadının ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə ona qarşı uzun müddət davam edən fiziki və psixi təzyiqlərdən canını qurtarmaq üçün özünü öldürmə həddinə çatdırıb.
Nəticədə Vəfa Babayeva onun təhqirlərinə, döymələrinə, ləyaqətinin mütəmadi olaraq alçaldılmasına dözməyib, özünü asaraq intihar edib”.
Prokuror həmçinin qeyd edib ki, Səlim Babayev silah qismində istifadə etdiyi bıçaqla qonşularına qarşı xuliqanlıq əməli də törədib: “O, cəmiyyətdə yalnız mənfi xüsusiyyətləri ilə xarakterizə edilib. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun olmayan həddə cəza təyin edib.
Səlim Babayev iki övladının anası olan qadına qarşı 10 ildən çox müddət ərzində qeyri-etik münasibət göstərib, onu özünü öldürmə həddinə çatdırıb. Məhkəmə cinayət qanunvericiliyinin normalarının tələblərini, o cümlədən cəza təyini zamanı faktiki olaraq həmin cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almayıb”.
Prokuror qeyd edib ki, məhkəmə Səlim Babayevə təqsirləndirildiyi hər iki maddə üzrə ən aşağı həddə cəza təyin edib, onun zərərçəkmiş şəxslərlə razılıq əldə etməyə cəhdini cəzanın yüngülləşdirən hal qismində nəzərə alıb: “Məhz hansı zərərçəkmiş şəxslə və hansı hərəkətləri etməklə razılığa cəhd etməsi aydınlaşdırılmayıb. Məhkəmə Səlim Babayevin özünü öldürmə həddinə çatdırdığı zərərçəkmiş şəxsin hüquqi varisi ilə hər hansı razılıq əldə etməməsi və bu cür razılıq əldə olunmasına cəhd belə göstərməməsini nəzərə almayıb”.
Prokuror şikayətinin sonunda təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb edib.
Prokurorun şikayətinə bir müddət əvvəl Şirvan Apelyasiya Məhkəməsində hakim Amil Dosiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb və sonda prokurorluğun şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilib.
Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, cəzanın ağırlaşdırılması hallarının müəyyən edilməsi üçün işin apelyasiya instansiyasına qaytarılmasını istəyib.
Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada qərar elan edilib, protest təmin olunub. Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılıb.
Şirvan Apelyasiya Məhkəməsində şikayət bu dəfə hakim Rafiq Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim heyəti apelyasiya şikayəti və protestinin dəlillərini araşdırandan sonra qərar elan edib.
Prokurorun protesti təmin olunub və Masallı rayon Məhkəməsinin hökmü dəyişdirilib. Səlim Babayevin cəzası 6 ilə qədər artırılıb.
Bu qərardan narazı qalan məhkum Səlim Babayevin vəkili kasasiya şikayəti verib. Vəkil müvəkkilinin barəsində həbs olmayan cəza növünün təyin edilməsini istəyib.
Bu şikayət araşdırılması üçün Ali Məhkəməyə göndərilib və hakim Əziz Seyidovun icraatında araşdırılıb. Kasasiya şikayəti təmin olunmayıb.
Xəbərin oxunma sayı : 1438
Kriminal
Xəbərlər
-
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
-
Xalq artisti görünüşü ilə təəccübləndirdi - VİDEO
-
Futbolumuzun yeganə xilas yolu - Yalnız o gəlməlidir
-
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”: Generalın istintaqı bitdi
-
Səfirin qardaşı oğlu yüzlərlə insana qarşı dələduzluq edib: Bulut Bağcı kriptovalyuta işini necə “qurub?”
-
Dərman vasitələrinin farmakonəzarət qaydası ilə bağlı YENİLİK
-
Paytaxtda 600 manata səməni satılır? - VİDEO
-
Sərnişindaşımaya dair müsabiqələrdə iştiraka görə ödəniləcək məbləğlər - SİYAHI
-
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
-
“Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram” - Prezident
-
AFFA 4 nəfəri futboldan ömürlük uzaqlaşdırdı - RƏSMİ
-
Nura Suridən Xəyyam Nisanov barədə şok sözlər - VİDEO
-
Jurnalsit İstanbul Klinikasını ittiham etdi: “Anamı öldürdülər“
-
Ermənistanın keçmiş müdafiə naziri: “Hindistandan alınan silahlar yararsız vəziyyətdədir”
-
Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır
-
Əfv və amnistiya olacaq! - Hüquq müdafiəçisi tarixi açıqladı
-
Azərbaycanda ilk dəfə cəzaçəkmə müəssisəsində üztanıma sistemi yaradılıb - FOTO
-
“Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik” - İlham Əliyev
-
Zəngilanın bu kəndi yenidən qurulacaq - 1,1 milyon ayrıldı
-
Hikmət Hacıyev Çinə niyə gedib? - TƏHLİL
-
“Azpetrol“ məntəqələrində yolxlama: İnsanların həyatı təhlükəyə atılıb!
-
Yerli və idxal kərə yağları cüzi bahalaşıb – Son qiymətlər
-
Xalası onu təhqir etdiyini deyən müğənnini məhkəməyə verdi: 30 min təzminat istədi
-
Özəl universitetlərdə tibb təhsili bərpa olunacaqmı? - VİDEO
-
Rumıniyada NATO-nun ən böyük hərbi bazası tikilir: Minlərlə hərbçi yerləşdiriləcək
-
“Bu gün Azərbaycan dünyada nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir” - Prezident
-
Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - “Rang Rover“lə qəza...
-
Sabahın iş günü ilə bağlı RƏSMİ AÇIQLAMA
-
Rusiyada səslərin 100 faizi sayıldı: Putindən mütləq qələbə
-
“Əfsuslar olsun ki, bu, Ermənistana dərs olmadı“ - Azərbaycan lideri
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Strateji əməkdaşlıq və dostluq münasibətləri Azərbaycan ilə Gürcüstan üçün həmişə prioritet olub
-
“Azəriqaz”da Cahid Hüseynov ruzigarı: direktor müavininin bacısı oğlu yeni vəzfəyə təyin edildi
-
Xətai rayonunda saxlanılan narkokuryerlərdə 10 kq marixuana aşkar edilib - VİDEO
-
“İnflyasiya ilə əlaqədar zəruri tədbirlər davam etdiriləcək“ - Nazirlər Kabineti
-
Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT
-
Prezident Azərbaycan xalqını təbrik etdi - MƏTN
-
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - Nəticələr elan olundu
-
Polis gücləndirilmiş iş rejimində çalışacaq - DİN
-
Azərbaycanda işsizlərin sayı artdı – Son 20 ilin statistikası
-
İkitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürü
-
“Manatın məzənnəsi Mərkəzi Bankdan asılı olacaq“ - Millət vəkili
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb - Xalqı təbrik edib + FOTOLAR
-
Nazirlik “Araz Supermarket”i cərimələdi - Məhsulu üzərində göstərilən qiymətdən baha satıb
-
İşdən çıxarılan Ruslan Əliyev Badamdardakı villasını satışa çıxarıb - FOTOLAR
-
Martın 20-də geomaqnit qasırğası gözlənilir - Xəbərdarlıq
-
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Dünyanın ən isti yeri: burada hətta bakteriyalar belə yaşaya bilməz
-
İlham Əliyev Vladimir Putini təbrik etdi - Prezident seçkisində qələbəsinə görə
-
Xırdalan dairəsində ev adı altında tikilən obyekt restoran kimi fəaliyyət göstərəcək - FOTOLAR
-
“Bakı otis lift“ valyuta vəsaitini xaricdən geri qaytarmayıb - PROTOKOL
-
Füzuli şəhərinə daha 34 ailə yola salınıb - FOTOLAR
-
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasındadır - REYTİNQ
-
Xocalıda kütləvi məzarlıqda qalıqları aşkar edilənlərlə bağlı brifinq keçirilib - VİDEO
-
Hikmət Hacıyev Pakistanın Çindəki səfiri ilə görüşüb - FOTO
-
“Putin prezident seçkilərində qalib gəldi“ - Rusiya MSK
-
Dövlətə məxsus 10 avtomobil hərraca çıxarılır – Qiymətlər 1 300 manatdan başlayır (SİYAHI)
-
Bakıda həll yolunu tapmayan səki problemi - VİDEO
-
Məktəb təhsili əlavə hazırlıqlara sövq edir? - VİDEO
-
Deputat Erkin Qədirlinin köməkçisi ölkədən qaçıb? - İDDİA
-
Əli Əsədovdan qeyri-müntəzəm sərnişin daşınması ilə bağlı QƏRAR
-
“Rusiya ilə NATO arasında müharibə mümkündür“ - Putin
-
Bakıda eyni rayon ərazisində fərqli qiymətə satılan mənzillər - ARAŞDIRMA
-
“Ukrayna üçün hərbçilərin göndərilməsi, silah və sursat təchizatı yoxdur“ - Avstriyanın XİN
-
Novruz Bayramı ərəfəsində Azərbaycana turist axını gözlənilir - VİDEO
-
“Biz onu dəyişmək istəyirdik, amma o, öldü“ - Putin
-
Lənkəranda sərnişin avtobuslarının əksəriyyəti istismara yararsızdır - VİDEO
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - FOTOLAR
-
Binəqədidə söküntü problemi: Mənzil sahibləri tikinti şirkəti ilə razılaşmırlar - VİDEO
-
“Rəsmi nikahım yoxdur“ - Vəfa Şərifova
-
“Görsək ki, Azərbaycan futboluna faydası var, lazımi addımı atacağıq” - Qurban Qurbanov
-
“Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var“ - Prezident İlham Əliyev
-
Rusiyada prezident seçkisinin ilkin nəticələri: Putin qalib gəlir
-
“Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq“ - Prezident
-
Gəncə sakinləri mavi yanacaq problemi yaşayırlar - VİDEO
-
Prezidentin NATO-nun Baş katibi ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü olub - VİDEO
-
Mənzil almaq istəyənlər bankların daxili ipotekasından niyə istifadə edə bilmir? - VİDEO
-
“COP-29 dönüş nöqtəsi olacaq“ - Stoltenberq
-
Dövlət Baxçalı Ərdoğana çağırış etdi - “Ayrıla bilməzsən! Türk millətini yalnız buraxa bilməzsən!
-
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
-
“Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunacağına ümid edirik“ - NATO-nun Baş katibi
-
Xocavəndin əsrarəngiz Tuğ kəndi: Yeni görüntülər - VİDEO
-
Messi Argentina millisinin qarşıdakı oyunlarını buraxacaq - SƏBƏB
-
Prezident İlham Əliyevin Yens Stoltenberqlə təkbətək görüşü başlayıb - FOTOLAR
-
Ukraynaya hərbi yardım ABŞ-nin silah ehtiyatlarını azalda bilər - Ağ Ev
-
Xəzər dənizi yox olacaq? - “Proses 2050-ci ilə qədər davam edəcək“
-
NATO baş katibi Azərbaycanda səfərdədir - FOTO
-
Pravoslav kilsəsinin lideri müsəlmanların boynuna xaç asmağa çağırıb - Patriarxın qorxulu fətvası
-
“Tramp prezident olmaq üçün çox yaşlıdır” - Baydendən məzəli ittiham
-
“Hökumət inflyasiyanı birrəqəmli həddə endirəcək“ - Ərdoğan
-
“Azəriqaz“ı onlar idarə edirmiş...- Sədr müavini Cahid Hüseynovun qohumları
-
İslandiyada şəhər boşaldıldı: Turistlər və yerli sakinlər təxliyə edildilər
-
Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçirilib - 2 nəfər imtahandan xaric edilib
-
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı?
-
Dövlət Baxçalı yenidən MHP sədri seçildi - 11-ci dəfə
-
“Bitcoin” alaq, yoxsa qızıl? - ARAŞDIRMA
-
Ermənistanda narazı əhali ayağa qalxdı - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Sumqayıtda tank mərmisi aşkarlandı - FOTO/VİDEO
-
Havanın temperaturu aşağı düşəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
-
Moskvada hava limanları bağlandı: Ukrayna dronlarının hücumları
-
Dumanlı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
-
NATO tükənir: Pul yoxdur
-
Kiberdələduzların yeni fırıldağı: bu keçidlərə daxil olmayın! (VİDEO)
-
Zeytun yağı xilaskara çevrilir: 5 yaşınadək uşaqlarda...
-
Bakıda bu küçələrə avtomobillər buraxılmayacaq - Bu gündən qadağa qüvvəyə minib
-
Dünyanın ən böyük təyyarəsi yaradılacaq - FOTO
-
Kim Çen In hava-desant təlimlərinə qızı ilə birlikdə rəhbərlik etdi - FOTOLAR
-
“Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək” - Tramp
-
Bakı və Parisin Gürcüstanda mübarizəsi - Tbilisi vədləri, yoxsa reallığı seçəcək?
-
“Fransa Ukraynada Rusiyaya qarşı əməliyyat keçirə bilər” - Makron
-
İpoteka ilə ev alanlara sevindirici xəbər - VİDEO
-
Sudanda milyonlarla insanı dəhşətli aclıq gözləyir - BMT
-
Dövlət qulluğu vəzifələri üzrə test imtahanları keçiriləcək - DİM məlumat yaydı
-
Azərbaycanda boşanmış kişiyə fantastik məbləğdə aliment kəsildi - VİDEO
-
Ramazan ayı ilə bağlı suallara cavab: Azan oxunarkən yemək olar? - VİDEO
-
Ən dəbli məşhurlar onlardır - SİYAHI
-
Neymar haqda qorxunc proqnoz - Həkimi açıqladı
-
HƏMAS-ın Qəzzadakı atəşkəs planı məlum olub - TƏFƏRRÜAT
TOP 10
ARXİV