Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Kim hara qayıdır, kim hara gedir, hamısı bəyanatda yazılıb” - Rusiya XİN başçısı

Tarix 17.11.20, 15:58

Font ölçüsü : - / +
bitmap-img6


“Mən üç liderin (Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş naziri-red) bəyanatından qopardılan hissənin interpretasiyasını şərh edə bilmərəm. Bu bəyanatda razılaşdırılan hər şey göstərilib. Bu və ya digər fəaliyyətdə olan şəxs tərəfindən bu bəyanatın üstünə əlavə olunanlar onun məsuliyyətidir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Mauerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma ““Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması ölkəsi üçün prioritet məsələdir” bəyanatının Qarabağla bağlı üçtərəfli razılaşmaya zərbə vurmur?” sualına cavab verən Rusiya XİN başçısı bildirib ki, ölkəsi hazırda imzalanan bəyanatın dəyişdirilməsi cəhdlərini görmür.

“Mən bu sözlərin arxasındayam. Rusiya bu sözlərin arxasındadır. Əgər düz başa düşürəmsə, Ermənistanda hazırda sadə olmayan müzakirələr gedir. 17 partiya birləşib ki, ölkələrinin maraqlarını dəstəkləsinlər. Onlar birmənalı olaraq bu bəyanatın həyata keçirilməməsi cəhdlərinə qarşı olduqlarını bildiriblər. Biz bundan çıxış edirik. Hər şeyi edəcəyik ki, belə cəhdlər baş verməsin və bütün hallarda uğurla nəticələnməsin. Kim hara qayıdır, kim hara gedir, hamısı bəyanatda yazılıb. Bütün bunlar ən yüksək səviyyədə razılaşdırılıb”.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin bütün bunların icra edilməsinin lazım olduğu barədə dəqiq anlayışı var.

“O ki qaldı azərbaycanlı və erməni qaçqınların qayıtması məsələsinə, onlar öz ənənəvi yaşayış yerlərinə tam beynəlxalq humanitar hüquqa normalarına uyğun olaraq təhlükəsiz və könüllü olaraq qayıtmalıdırlar. Əlbəttə ki, onlara əvvəlki yaşayış yerlərində yerləşməyə yardım edilməlidir. Həmin yerlərdə hərbi əməliyyatlar gedib. O yerlərdə bərpa işlərinə ehtiyac var. Biz bu gün bu mövzu haqqında da danışdıq. Bu məsələdə beynəlxalq təşkilatlar öz rolunu oynaya bilər. Biz buna hər cür yardımı edəcəyik. Qayıtmaq arzusunda olanlara tezliklə yardım etmək vacibdir”, – deyə Rusiya XİN başçısı qeyd edib/APA.



Xəbərin oxunma sayı : 1003




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap