Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Kimisi evini, kimisi maşınını satdı...” – Toysuz qalan məşhurların aqibəti

Tarix 04.02.21, 16:07

Font ölçüsü : - / +
bitmap-img6


Fevralın 1-dən etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunub. DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilən məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

Şöbə rəisi qeyd edib ki, xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda şou-əyləncə, toy, nişan və digər kütləvi tədbirlərinin keçirilməsi qadağandır.

Bəs, restoran işləyirsə, niyə şou proqrama qadağa qoyulub? Sənətçilər toylara və şou proqramlara qoyulan qadağanın aradan götürülməməsinə nə deyirlər?

Image result for Xuraman Şuşalı

Musavat.com tanınmışlar arasında sorğu keçirib. Müğənni Xuraman Şuşalı toyların olmamasından gileylənib:

“Mən hər məclisə getmirəm. İçki məclislərinə qatılmıram. Daha çox xınayaxdılarda iştirak edirəm. Bizim gəlir yerimiz el şənlikləridir. Martda bir il olacaq ki, toylar yoxdur. Həyat yoldaşımın maaşı ilə dolanırıq. Belə getsə, acından öləcəyik”.

Image result for Aparıcı Şəhriyar Əbilov

Aparıcı Şəhriyar Əbilov toylara qoyulan qadağa haqqında danışmaq istəməyib:
“Bir ildir ki, toylara qadağa qoyulub. Bu haqda çox söz demək olar. Amma nəyi dəyişəcək? Ona görə mən susmağı seçirəm”.

Image result for Prodüser Təranə Səmədova

Prodüser Təranə Səmədova da şou əhlinin yaşadığı maddi çətinliklərdən danışıb:

“Sosial şəbəkədə şərhləri oxuyuram, dəhşətə gəlirəm.

Müğənni Xatirə İslam toyların olmamasından şikayətlənib, ona bir şərhlər yazıblar ki… Həqiqətən 2020-ci ildə dünya iqtisadiyyatına zərbə dəydi. Azərbaycanda da minlərlə insan toy bazarı ilə dolanır. Müğənnilər, mebel satanlar, gəlinlik evləri, restoran sahibləri və əməkdaşları, bazar satıcıları və başqalarını qeyd etmək olar. Tanınmışlardan bağını, evini, torpaq sahəsini, maşınını satanlar oldu. Mən hazırda heç bir müğənni ilə çalışmıram, özümə görə demirəm. Lakin minlərlə insanın adından danışıram. Toylar artıq başlamalıdır. Artıq insanların psixologiyası pozulub. Yenidən sərt karantin olsa, mənim və bir çoxlarının psixologiyası buna tab gətirməyəcək”.

Image result for Müğənni Xatirə İslam

Müğənni Xatirə İslam isə sosial şəbəkədə toyların olmamasına etiraz edib:
"Artıq məlum oldu ki, virus açıq mağazalara, kassasının qarşısı dolu olan marketlərə, gözəllik salonlarına, hətta axşam saat 12-yə qədər işləyən restoranlara yox, yalnız bəy-gəlinə tərəf gəlir. Onunku ancaq bəylə gəlindir. Çalışın evlənməyin",-deyə ironik status yazıb.









Xəbərin oxunma sayı : 943




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap