Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Kimsə məni qınayacaq, kimsə isə anlayacaq” – Jurnalist Yelena Sidorenko da namizədliyini geri götürdü

Tarix 26.01.20, 14:53

Font ölçüsü : - / +
bitmap-img6


73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd, tanınmış jurnalist Yelena Sidorenko (Eyvazlı) namizədliyini geri götürüb.

AzFakt.com xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.

Jurnalist təəssüflə bildirib ki, namizədliyini geri çəkmək məcburiyyətində qalıb:

“Əziz dostlar və məni dəstəkləyənlər! Təəssüf hissi ilə bildirmək istəyirəm ki, öz namizədliyimi geri çəkmək məcburiyyətində oldum.

Kimsə məni qınayacaq, kimsə isə anlayacaq. Bildirim ki, bu seçki prosesinə mən və komandam xüsusi ilə hazırlaşdıq. Müasir seçki kampaniyasını nümayış etdirməyə çalışdıq. Rəy və fikirlərə görə, bu, bizdə alındı.

Lakin ailəmlə məsləhətləşdik və müəyyən problemləri göz önünə alaraq, seçki kampaniyamızı dayandırmağa qərar verdik.

Bu günlərdə Lənkəran mənim üçün əsl evə, lənkəranlılar isə ailəmə çevriliblər. Sevinirəm ki, artıq Lənkəranda bir evə deyil, yüzlərlə evə elə öz evim kimi rahat gedə bilərəm. Mən öz gələcək fəaliyyətimdə Lənkəran üçün faydalı olmağa çalışacam. Amma gözlədiyiniz kimi, Sizin millət vəkili kimi deyil.

Arzu edirəm ki, ölkədə aparılan islahatlar icraçılar tərəfindən vicdanla icra ediləcək və Vətənim, Azərbaycanımız inkişaf edəcək”.

Jurnalist sonda bildirib ki, əlavə şərh və detallar barədə ona müraciət olunmasın: “Biz tarix yazdıq, elə tarix olaraq qalsın”.

Xatırladaq ki, son günlər 100-dən çox namizəd seçki yarışından geri çəkilib. Onların arasında deputat Hacı Salayev, Yurddaş Partiyasının sədri Mais Səfərli və digər tanınmış namizədlər də var.



Xəbərin oxunma sayı : 409




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap