“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Komanda uduzursa, günah məşqçidədir” - “Keşlə”nin baş məşqçisi

Tarix 08.03.20, 23:07

Font ölçüsü : - / +
bitmap-img6


“Maraqlı oyun gördük. Bir tərəf top saxladı, digər tərəf əks-hücumlara ümid etdi”. "Report"un məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XX turunda “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

Əhmədov oyundan sonra keçirilən mətbuat konfransında komandasının 0:2 hesablı məğlubiyyətinə münasibət bildirib: “ “Qarabağ” bu gün layiqli qələbə qazandı. Oyunçularıma deyəcək sözüm yoxdur. Əsas heyətin 3 oyunçusu yox idi. Amma Azər və Pərviz yaxşı təsir bağışladı. Oyunlar getdikcə ağırlaşır. Bu səhvlərdən nəticə çıxarmağa çalışmalıyıq”.

- Aleksandr Kristovao qol vura bilmir. Onun gördüyü iş sizi nə dərəcədə razı salır?

- İndi hiss olunur ki, komandaya uyğunlaşır. Onun iş əmsalı tam fərqlidir. Kristovao tam uyğunlaşmayıb. Bu gün potensialından aşağı səviyyədə çıxış etdi.

- Titoda geriləmə nə ilə bağlıdır?

- Tito 6-7 gün məşqlərdən uzaq qalmışdı, qripə yoluxmuşdu. Yaxın günlərdə onu meydanda görəcəksiniz.

- Ruslan Qurbanovu müdafiənin önündə oynatdınız. Buna səbəb nə idi? Həm də bu gün müdafiənizdə boşluqlar var idi.

- Ruslan hücumameyilli oyunçu kimi çıxış edirdi. Ruslan uzun müddət məşqlərdən uzaq qalıb. Kamaranı, Turalı əvəz edəcək yeganə futbolçu Ruslan idi. Amma o da tam hazır deyil. Ancaq bacardığı qədər işini gördü. O ki qaldı müdafiə xəttinə, dəyişiklik etsəydim, bəlkə də, daha böyük fəsad verə bilərdi. Bir oyuna görə, bütün futbolçuları mühakimə etmək olmaz. Komanda uduzursa, günah məşqçidədir.

- “Neftçi” ilə xal fərqi artıb. Onlara çatmaq şansınız nə dərəcədə realdır?

- Mən ikinci yeri tutacağımıza söz verməmişəm. Bizim hədəfimiz mükafatçılar sırasına düşmək və avrokuboklara yollanmaqdır. Bacardığımız qədər xal qazanmaq və 4-cü pillədəki rəqiblə fərqi qorumaq istəyirik.

- Qeyri-stabil nəticələr itkilərlə bağlı idi?

- Bizim tək istəyimiz avrokuboklara vəsiqədir. Düşünmürdüm ki, əsas heyətin 3 üzvü bu gün meydanda olmayacaq. Kamara və Turalın olmaması planımızı pozdu. Bəlkə elə 4-cü yerlə avrokuboklara yollanacağıq. 



Xəbərin oxunma sayı : 694




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap