Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə kredit vermir? - Açıqlama

Tarix 12.02.25, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


"Kontakt Home” və "İrşad Electronics” mağazalar şəbəkəsinin qazilərə və şəhid ailələrinə kreditə məhsul vermədiyi ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Yenicag.az-a şikayətlərini səsləndirən ittihamçılar sözügedən şəbəkələrdə problemlə qarşılaşdıqlarını və onlara kredit ayrılmadıqlarını iddia edirlər.

Məsələ ətrafında sözügedən şəbəkələrlə əlaqə saxlayıb ətraflı məlumatı oxuculara təqdim edəcəyik.

***

Yenicag.az sözügedən iddialarla bağlı "İrşad Electronics” və "Kontak Home”la əlaqə saxlayıb.

Belə ki, "Kontakt Home” mağazalar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmova həmin ittihama cavab olaraq bildirib ki, qazilər də daxil olmaqla, hər bir Azərbaycan vətəndaşına illərdir kredit ayrılır.

"Bu kimi ayrı-seçkiliyimiz yoxdur. "Kontakt Home” Azərbaycanda çox asan və rahat şərtlərlə, tək şəxsiyyət vəsiqəsi ilə kredit verən təşkilatdır. Belə ittihamların heç bir əsası yoxdur”, – deyə o bildirib.

"İrşad Electronics” mağazalar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Şəbnəm Hümbətova isə sorğumuza cavab olaraq qeyd edib ki, bu kimi məsələdə qadağa ilə bağlı söhbət ola bilməz:

"Sistemə baxıldıqdan sonra mütəxəssislər tərəfindən gəlir səviyyəsini nəzərə alaraq kreditin kimə verilib-veilməyəcəyi təyin olunur. Bunun əsasında kredit düşməməyi mümkündür. Belə olan halda "qaziyə kredit verilmədi” deyilməsi düzgün deyil. Nə üçün xüsusi olaraq qazilərə belə bir qadağa tətbiq edək? Bu çox ağır ittihamdır. Əksinə olaraq, biz özümüz qaziləri işlə təmin etməyə, onlara daim köməyimizi göstərməyə çalışırıq”.
 



Xəbərin oxunma sayı : 760




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap