Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Koronavirusla bağlı hər hansı iqtisadi narahatlığa əsas yoxdur” – Mikayıl Cabbarov

Tarix 10.02.20, 22:35

Font ölçüsü : - / +
bitmap-img6


Koronavirusla əlaqədar hər hansı iqtisadi narahatlığa əsas yoxdur, büdcə mühafizəkar tərtib edilib və bütün mümkün ssenarilərə hazırıq.

Bunu Tbilisidə səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, Azərbaycanda 2020-ci üzrə kifayət qədər sağlam proqnozlaşdırılma aparılıb.

“Bizim ölkəmizin iqtisadi proqnozları, büdcə proqnozları 2020-ci il üçün kifayət qədər  mühafizəkar tərtib edilib. Konservativ ssenarilər əsas olaraq götürülüb. Düşünürük ki, kifayət qədər sağlam proqnozlaşdırma həyata keçirmişik. Buna baxmayaraq, siz sual verdiyiniz mövzu barədə son fikirləri bildirmək məncə tezdir. Artıq virusun bir sıra iqtisadiyyatlara, ilk növbədə Asiya iqtisadiyyatına müəyyən mənfi təsirləri görünür. Bazarlara təzyiq var, amma mən hesab edirəm ki, biz tələskənliyə yol verməməliyik, vəziyyəti sadəcə olaraq izləməli, təhlil etməliyik. Dövlətin aidiyyəti strukturları tərəfindən bütün ssenarilər işlənilib və hər hansı bir narahatlığa əsas yoxdur”, – deyə M. Cabbarov bildirib. (apa)



Xəbərin oxunma sayı : 697




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap