Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Kraliçaya yalan danışmamışam” – Boris Conson

Tarix 13.09.19, 10:48

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniyanın baş naziri Boris Conson parlamentin fəaliyyətini dayandırmağın səbəbilə bağlı kraliça II Elizabetə yalan danışdığını təkzib edib.

“Report” bu barədə RİA “Novosti”yə istinadla xəbər verir.

Bundan əvvəl parlamentin fəaliyyətini 10 sentyabr – 14 oktyabr dövrünə dayandırmaq üçün kraliçanın razılığını alan baş nazir bunu hökumətin yeni gündəliyi hazırlaması, daxili siyasət proqramını həyata keçirməyə başlaması ilə əsaslandırmışdı. Parlament isə hökumət başçısını sazişsiz “Brexit”ə nail olmağa çalışaraq müvafiq sənəd və məlumatları gizlətməkdə, habelə parlamentin fəaliyyətini dayandırmaq üçün kraliçanın razılığını almaq məqsədilə ona yalan danışmaqda ittiham edib.

Sentyabrın 11-də Şotlandiyanın ali mülki məhkəmə instansiyası olan Edinburq Sessiya Məhkəməsi parlamentin fəaliyyətini dayandırmağın qanunsuz olmasına dair qətnamə çıxarıb və baş nazir B.Consonun sazişsiz “Brexit” siyasətini davam etdirərək parlamenti bu məsələdən kənarlaşdırmağa çalışdığını bildirib.

Hökumət Edinburq məhkəməsinin qərarından narazı qaldıqlarını, Ali Məhkəməyə apellasiya verəcəklərini açıqlayıb.

Kraliçaya yalan danışıb-danışmadığı barədə jurnalistin sualına cavab verən B.Conson deyib: “Əsla. İngiltərə məhkəməsinin bizmlə razılaşdığı göz qabağındadır, indi söz Ali Məhkəmənindir. Bizə kraliçanın nitqi lazımdır, biz irəli gedərək milli səviyyədə bütün işləri görməliyik…”

Kraliça II Elizabet tərəfindən hökumətin fəaliyyət proqramına dair nitqi oktyabrın 14-nə nəzərdə tutulur. Oktyabrın 31-də isə Böyük Britaniya Avropa İttifaqı üzvlüyündən çıxır.



Xəbərin oxunma sayı : 664




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap