Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Əkrəm İmamoğluna İstanbul bələdiyyəsinin sədri vəsiqəsi verildi- Video, Foto

Tarix 17.04.19, 19:45

Font ölçüsü : - / +
bitmap-img6


Əkrəm İmamoğluna İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəsiqəsi təqdim edilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

***

İstanbulun Əyalət Seçki Komissiyası Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğluna İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəsiqəsinin təqdim edilməsi barədə qərar qəbul edib. “Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə CHP-nin İstanbul əyalət təşkilatından bildirilib.

Qeyd edək ki, bu gün İstanbulun Maltəpə rayonunda səslərin yenidən sayılmasının başa çatmasından sonra yekun protokol yerli seçki komissiyasına təhvil verilib.

Hakim AKP-nin və müttəfiqi MHP-nin İstanbul üzrə seçki nəticələrinin ləğv edilməsi barədə Yüksək Seçki Kurumuna verdikləri şikayətlərə baxmayaraq seçkilərin qalibi olan Əkrəm İmamoğlu bələdiyyə başqanı seçildiyi haqda mandatı almaq üzrədir.

Türkiyə KİV-lərinin xəbərlərinə görə CHP-nin İstanbul təşkilatına seçki komissiyasından Əkrəm İmamoğlunun mandatını alması üçün dəvət edildiyini bildiriblər. Bu dəqiqələrdə CHP-nin İstanbul təşkilatının rəhbəri Canan Kaftançıoğlu bir qrup tərəfdaşı ilə birlikdə İstanbul seçki komissiyasına gedib. O, yerli vaxtla saat 16.00-da İmamoğlunun mandatının veriləcəyini bildirib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib.











Xəbərin oxunma sayı : 526




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap