Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“KTMT-nin zirvə görüşü Ermənistanın xahişi ilə təxirə salınıb“ - Putinin köməkçisi açıqladı

Tarix 04.12.18, 20:53

Font ölçüsü : - / +
bitmap-img6


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) zirvə görüşünün vaxtı Ermənistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq, dəyişdirilib.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.

"Astanadakı ötən görüşdə liderlər bu barədə (növbəti görüşü dekabrın 6-da keçirmək – red.) razılığa gəlmişdilər, sonra isə... 9 dekabr seçkiləri ərəfəsində keçirilən seçki kampaniyasını əsas gətirən Ermənistan höklumətinin də xahişi nəzərə alınmaqla KTMT sammitini keçirməmək qərarlaşdırıldı", - o qeyd edib.

Xatırladaq ki, noyabrın 8-də Astana sammiti zamanı KTMT-nin baş katibi vəzifəsini Ermənistandan sonra Belarus nümayəndəsinə həvalə etmək qərarı verilmişdi. Daha sonra həmin ölkənin Prezidenti Aleksandr Lukaşenko Azərbaycan səfiri Lətif Qəndilovla görüşü zamanı sözügedən vəzifəyə üç namizədinin olduğunu diqqətə çatdırmışdı.

Qeyd edək ki, KTMT-yə üzv ölkələr Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Rusiya və Tacikistandır.



Xəbərin oxunma sayı : 115




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap