Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

“KTMT qüvvələrinin Ukraynada iştirakı gündəmdə deyil“ - Qazaxıstan XİN

Tarix 03.10.22, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Çevik Reaksiya Qüvvələrinin Rusiya-Ukrayna münaqişəsi zonasında mümkün iştirakı məsələsi gündəmdə deyil.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov bu gün keçirdiyi brifinqdə bildirib.

Smadiyarov xatırladıb ki, Qazaxıstan beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyü, onların suveren bərabərliyi və dinc yanaşı yaşaması prinsiplərindən çıxış edir.

"Ümumilikdə, KTMT-nin məsuliyyət zonası təşkilata üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış əraziləri ilə aydın şəkildə müəyyən edilir və bu ərazilər daxilində kollektiv təhlükəsizlik təmin edilir. Beləliklə, KTMT-nin Rusiya-Ukrayna münaqişəsi zonasında iştirakı məsələsi gündəmdə deyil”, - deyə Qazaxıstan XİN rəsmisi vurğulayıb.



Xəbərin oxunma sayı : 661




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap