Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“Kupça“sız qalan sakinlərin fəryadı: “Nə uşaqları qeydiyyata sala bilirik, nə də kredit götürə“ - VİDEO

Tarix 15.05.26, 8:15

Font ölçüsü : - / +
bitmap-img6


Baku TV-nin "qaynar xətt"inə daxil olan şikayətə görə, Bakının Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən binalardan birinin sakinləri altı ildir mənzillərinə köçsələr də, hələ də çıxarış ala bilmirlər.

Sakinlərin iddiasına görə, "İqtisadçı 2005" MTK-nın rəhbərliyi onları müxtəlif bəhanələrlə yubadır.

Şikayətçilərdən biri bildirib ki, bina sahibi ilə mütəmadi əlaqə saxlasalar da, hər dəfə yeni vədlərlə qarşılaşırlar:

"Demək olar ki, hər ay zəng edirik. Hər dəfə deyir ki, məsələlər həll olunub, sənədlər tezliklə veriləcək. Öyrəndiyimizə görə, binanın layihəsində qaraj nəzərdə tutulsa da, faktiki olaraq qaraj yoxdur. Həmçinin binanın mansard hissəsində, yaşayış üçün nəzərdə tutulmayan sahədə beş mənzil tikilərək satılıb. Sonuncu dəfə noyabr ayında danışmışıq, ondan sonra isə zənglərimizə cavab verilmir".

Digər sakin isə sənədsizliyin yaratdığı sosial çətinliklərdən gileylənib. O qeyd edib ki, mənzil alarkən MTK sahibi Coşqun Hüseynov bütün sənədlərin qaydasında olacağına dair söz verib:

"Bizə söz verilmişdi ki, ödənişlər tamamlandıqdan, kommunal xətlər çəkildikdən və satış bitdikdən sonra çıxarışlar veriləcək. Lakin illər keçsə də, problem həll olunmur. Sənədimiz olmadığı üçün uşaqlarımızı yaşayış ünvanı üzrə qeydiyyata sala bilmirik, bankdan kredit götürməkdə və xəstəxanalarda qeydiyyata düşməkdə ciddi problemlər yaşayırıq. Məcbur qalıb qohumların və ya tanışların ünvanına qeydiyyata düşürük, bu da gələcəkdə əlavə narazılıqlara səbəb olur".

Sakinlər aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və onların mülkiyyət hüquqlarının təmin olunmasını xahiş edirlər.





Xəbərin oxunma sayı : 1030




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap