Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

ÇL: “Qarabağ” Bakıda “Şerif“in müqavimətini qıra bilmədi

Tarix 26.07.17, 3:14

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ” komandası Moldova "Şerif"i ilə futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma qolsuz yekunlaşıb - 0:0.

Ardıcıl dördüncü mövsüm qitənin ən nüfuzlu klub turnirində çıxış edən Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlki illərdə məhz bu raundda mübarizəni dayandırıb və yoluna Avropa Liqasında davam edib. Bu baxımdan "Qarabağ”ın "Şerif”lə dueldə tilsimi qırmaq üçün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşdə müsbət nəticə əldə etməsi vacib idi. Lakin ərazi üstünlüyünə malik olmasına baxmayaraq, Azərbaycan çempionları rəqibin müqavimətini qıra bilməyiblər. Avqustun 1-də Tiraspolda keçiriləcək cavab görüşündə "Qarabağ" ən azı istənilən hesablı qollu heç-heçəyə nail olmalıdır.

Qeyd edək ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində Gürcüstan çempionu "Samtredia”nı mübarizədən kənarlaşdırıb (5:0, 1:0). Tiraspol klubu isə Albaniyanın "Kukes”i komandasından güclü olmuşdu (1:0, 1:2).(“Report”)



Xəbərin oxunma sayı : 178




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap