Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ölümcül mikroblar daşıyan bu məhsullar Azərbaycana da yol tapıb? – Gömrük susur

Tarix 09.12.19, 21:10

Font ölçüsü : - / +
bitmap-img6


BBC-nin Rusiya xidmətinin məlumatına görə, Birminqemdəki Aston universitetinin tibb alimləri bir neçə yüz kosmetik vasitə və makiyaj vasitələrini təhlil edərək müəyyən ediblər ki, onlar potensial ölümcül mikroblarla çirkləniblər. 

Məlum olduğu kimi, Azərbaycana da xarici ölkələrdən bir çox kosmetik məshullar gətirilir. Bəs görəsən, ölkəmizə gətirilən qadın makiyaj və kosmetik məhsulları sağlamlığa təhlükəsiz olması baxımından testdən keçirilirmi? Onların sağlamlıq üçün təhlükəsizliyi yoxlanılırmı?

Mövzu ilə bağlı bəzi dövlət qurumlarından cavab almağa çalışsaq da, buna nail ola bilmədik. Müraciət etdiyimiz qurumlardan biri də Səhiyyə Nazirliyi oldu. Nazirliyin mətbuat katibi Pərviz Abubəkirova zəng etsək də, zəngimizə cavab vermədi. Ona məsələ ilə bağlı mesaj da yazdıq, lakin yenə də cavab gəlmədi. 

Məlum oldu ki, bizim kimi Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da kosmeti məhsullarla bağlı dövlət qurumlarına ünvanladığı suallar cavabsız qalır. “Yeni Sabah”a danışan E. Hüseynov bəzi maraqlı faktları da qeyd etdi:

“Dövlət Gömrük Komitəsindən müraciətimə cavab gəlməyib, susurlar. İqtisadiyyat Nazirliyindən, Səhiyyə Nazirliyindən nənasız cavablar gəlir. Vergilər Nazirliyindən isə deyilir ki, yoxlama aparılır, nəzər salacağıq. Məni çağırdılar Vergilər Nazirliyinə, bu barədə söhbət etdik, mən onlara bir daha əlimdə olan materialları verdim. Lakin demək olar ki, heç bir nəticəsi yoxdur. Üstəlik mən Dövlət Gömrük Komitəsinə ikinci dəfə məlumatları verdim. Lakin dediyim yerlərdə satış yenə davam edir, oradan da alıb şəhərin hər yerinə, rayonlara paylayırlar. 

Yəni təhlükəli parfümeriya mallarının Azərbaycanda satışı davam edir. Əlbəttə, Azərbaycandakı istehlakçıların sağlamlığını təhlükədə qoymaqla yanaşı, elə cə də dövlətin qanunlarının pozulması davam edir. Bu məhsullar DGK-nın xeyir-duası ilə ölkəyə buraxılır. İstehlakçılardan mənə verilən məlumata görə, bu kontrabanda və mənşəyi məlum olmayan kosmetik məhsulların biznesi ilə vaxtilə DGK-da işləmiş, hazırda Vergilər Nazirliyində işləyən bir nəfər məşğul olur. Mənə onun adını da veriblər. Hələlik dəqiqləşdirmə aparırıq. Dəqiqləşdirmə olunsun, mən onu mətbuata da verəcəm, üstəlik cənab Prezidentə şəxsən müraciət edəcəyəm”.

Qeyd edək ki, E.Hüseynov bundan əvvəl açıqlamasında bu cür məhsulların satıldığı yerlərin adlarını da açıqlamışdı:

"Bəli, təhlükəli kosmetik vasitələr Azərbaycan bazarında var və bir mənalı şəkildə bunlar ekspertizadan keçirilmir, heç bir sertifikatları yoxdur, qaçaqmal yolu ilə gətirilir. Onların ən çox yayıldığı yer Sədərək bazarıdır. Sədərək bazarında “Parfumeriya və kosmetika”, “Tutti” kosmetika və  parfumeriya  mağazası və “Prestiqe” parfumeriya və kosmetika mağazalarında bu cür məhsullar satılır. Yeraltı və metro keçidlərinə hamısı oradan dağıdılır. Hazırda o yerlər barəsində dövlət orqanlarına müraciət etmişəm. Təəssüflər olsun ki, dövlət orqanları effektli iş görmür. Bir mənalı şəkildə gömrük orqanlarının xeyir-duası ilə əmtəə bazarına bu məhsullar girir”.





Xəbərin oxunma sayı : 502




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap