Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Əl yandıran aviabiletlər: qiymətlər təyyarələrdən daha yüksəkdə uçur

Tarix 03.12.22, 22:57

Font ölçüsü : - / +
bitmap-img6


Yeni il yaxınlaşır, bayramı xaricdə keçirmək istəyənlərin sayı da artır. Ancaq aviabiletlərin qiyməti bir çoxlarının bu arzularını yenə ürəklərində qoyur.

Bayrama hələ bir ay vaxt qalsa da, biletlərin qiymətləri təyyarələrdən daha yüksəkdə uçur.  Rəqəmlər dodaq uçuqladır.

Xezerxeber.az-ın məlumatına görə, yeni ili Türkiyədə keçirmək istəyən şəxs təkcə bilet üçün 800 manata yaxın vəsait ödəməlidir. Rusiya istiqamətində aviabiletlər 1000-1100, Gürcüstana 800-900, Dubaya isə 1200-1400 manat arasındadır.

Vətəndaşlar da qiymətlərdən narazılıqlarını bildirdilər.

Bu məsələ zaman-zaman Milli Məclisdə də gündəmə gətirilir. Millət vəkilləri müxtəlif vaxtlarda avibiletlərin baha olmasından söz açsalar da, görünən odur ki, vəziyyət dəyişmir.

İqtisadçı Eldəniz Əmirov deyir ki, dövlət hər il AZAL-a güzəştli gedişlər üçün subsidiya ayırır, lakin buna baxmayaraq, bilet qiymətləri azalmaq əvəzinə artmağa davam edir.

Ekspertin sözlərinə görə, aviabiletlərin baha olmasının əsas səbəblərindən biri aviabiznes sahəsində ölkədə rəqabətin yaşanmamasıdır.

Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" şirkətinə müraciət etsək də, suallarımızı cavablandıran tapılmadı.







Xəbərin oxunma sayı : 496




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap