Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Lady Sharm” mağazalar şəbəkəsinin həbsdə olan sahibləri niyə azadlığa buraxıldı? - TƏFƏRRÜAT

Tarix 03.04.21, 17:54

Font ölçüsü : - / +
bitmap-img6


“Lady Sharm” mağazalar şəbəkəsinin vəzifəli şəxsləri məhkəmə zalından azadlığa buraxılıb. Onların cəzası şərti hesab edilib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur İsmayılov, Ziyarət Abbasov və Səməd İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, hər üç şəxsə Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəzaların şərti hesab edilib və azadlığa buraxılıblar.

Onlar nədə ittiham edilirdi?

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 197-ci (əmtəə nişanlarından qanunsuz istifadə etmə), 178 (dələduzluq), 213-cü (vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü. Elan olunmuş ittihamla təqsirləndirilən şəxslərdən heç biri özünü təqsirli bilmirdilər.

Məlumata görə, "Lady Sharm" mağazalarında satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior”, “İtterre” və digər dünyaca məşhur brendlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib.


“Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq “Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib.

Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb.

Araşdırmalarla, həmçinin “Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in İtaly” nişanları tikildiyi məlum olub. Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşları “Lady Sharm”ın “qara” mühasibatlıqlarn aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatlarını da əldə ediblər. Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə “Lady Sharm”ın bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub.


İttihamda göstərilirdi ki, təqsirləndirilən şəxslər bu əməlləri ilə 6 milyon manatdan artıq vergi büdcədən yayındırılıb. Bu iş üzrə zərərçəkmiş şəxs olan Cəmilə Məmmədovaya isə 1046 manat zərər dəydiyi elan edilib.

Amma məhkəmə istintaqı dövründə bu ittihamların bir çoxu sübuta yetirilmədi.

Cəmilə Məmmədova nədə zərərçəkmiş idi?

İş üzrə yeganə zərərçəkmiş Cəmilə Məmmədovadır. O məhkəmədə deyib ki, "Lady Sharm" mağazalar şəbəkəsinin "Memar Əcəmi" metrostansiyasının yaxınlığındakı filialında bir neçə mal alıb. O, mağazaya 1046 manat ödəyib.

Cəmil Məmmədova söyləyib ki, evə qayıtdıqdan sonra aldığı malların üzərində iki etiket görüb. Etiketlərdən birində malın Türkiyə, birində isə İtalya istehsalı olduğu yazıldığını görüb. 

"Mən aldadıldığımı bildim və buna görə də şikayət etdim" - deyə zərərçəkmiş bildirib.

İttihamdan aydın olur ki, C.Məmmədovanın Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciətindən sonra əməliyyat keçirilib.

Məhkəmə istintaqı dövründə Cəmilə Məmmədovaya dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilib.


Həbs edilən şəxs nə deyirdi?

Səməd İsmayılov məhkəmədə ifadə verən zaman bildirmişdi ki, şirkət ailə şirkətləri olub və halal iş görüblər: "Halal biznesimiz, işimiz olub. Amma təəssüf ki, belə bir ittihamla saxlanıldıq. Bizim anbardan bəzi brendlərin etiketlərinin çıxmasına aydınlıq gətirmək istəyirəm.

Qeyd edim ki, biz daha əvvəl həmin brend markaların mallarını satmışıq. Həmin ərəfədə etiketləri gətirmişdik ki, malların üzərindən etiketi qopan, keyfiyyəti itənləri dəyişək. O zamandan da həmin etiketlər orada qalıb. Bu işdə hamısını gətirib ortaya qoydular ki, guya onları malların üstünə vurmuşuq. Halbuki mağazaların heç birindən həmin etikletlər olan mallar çıxmadı. Mağazalara işçi qəbuluna, işçilərə maaş verilməsinə özüm nəzarət edirdim, gündəlik gəliri özüm yığırdım.

Ailəmizdə maliyyə məsələsi ilə bağlı heç bir problem olmayıb. Pul həmişə məndə olurdu. Karqolara, işçilərə və digər borcları özüm ödəyirdim. Puldan da ailə üzvlərindən kimə nə lazım olurdusa, götürürdü. Hər gün pulları mən yığırdım. Kassaya baxanlar çek hesabı ilə gündəlik pulu mənə çatdırırdılar.

Mağazalara malları ancaq Türkiyədən və Çindən gətirirdik. Mallara "Lady Sharm" etiketi vururduq. Amma ittihamda yazıldığı kimi digər brend malların etiketlərini vurmamışıq. "Lady Sharm" etiketi ilə mal satmaq üçün 2040-cı ilə qədər lisenziyamız olub".

Bildirək ki, rəsmi sənədlərdə yazılıdı ki, əməliyyat zamanı anbardan 7755 çeşid mal aşkar edilib, amma 300 min etiket götürülmüşdü.













Xəbərin oxunma sayı : 910




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap