Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Leş Tofiq”dən sonra “Leş Elgün” də ələ keçdi - Video

Tarix 11.10.19, 12:48

Font ölçüsü : - / +
bitmap-img6


Balakəndə qanunsuz ət kəsimi ilə məşğul olan "Leş Elgün” ləqəbli qəssab saxlanılıb.

AzFakt.com APA-ya istinadən xəbər verir ki, Balakən rayon Polis Şöbəsinə Balakən şəhəri, Tofiq Quliyev küçəsində yaşayan və rayonda "Leş Elgün” kimi tanınan 33 yaşlı Çonpuzov Elgün Zeynəddin oğlunun mənşəyi məlum olmayan ət kəsimi ilə məşğul olması barədə məlumat daxil olub.

Keçirilmiş tədbir zamanı Elgün Çonpuzovun yaşadığı ünvanda qanunsuz kəsdiyi bir baş at və 64 kq at əti aşkar edilib.

Kəsilmiş leşi müayinə etmək üçün hadisə yerinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları polis tərəfindən dəvət edilib. Heyvan cəmdəyinə baxış keçirilən zaman onun bakterioloji çirklənməyə məruz qaldığı şübhəsi yaranıb.

Heyvan cəmdəklərindən nümunələr götürülərək, ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.







Xəbərin oxunma sayı : 883




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap