Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Legiya“ Mahir Emrelini cəzalandıra bilər - SON DURUM

Tarix 05.01.22, 22:14

Font ölçüsü : - / +
bitmap-img6


Mahir Emreli müqaviləni ləğv etmək üçün Polşanın "Legiya" klubu ilə razılığa gəlməsə, məhkəmə aylarla davam edə bilər.

Fanat.Az "TVP Sport"a istinadən xəbər verir ki, Varşava təmsilçisinin hüquq departamenti məsələ ilə bağlı sakitliyini qoruyur.

Nəşr 25 yaşlı hücumçunun ABŞ-dan olan agentinin oyunçunun hüquqi vəziyyətini tam başa düşmədiyini iddia edir: "O, Portuqaliyanın "Sportinq" komandasının futbolçularına edilən hücumu və bunun nəticəsində klubun təqsiri üzündən müqavilələrə xitam verilməsini xatırladır. Lakin İdman Arbitraj Məhkəməsinin (CAS) təcrübəsinə əsasən, futbolçu hadisədən dərhal sonra, 2-3 gün ərzində müqaviləyə xitam verilməsi istəyi ilə müraciət etməlidir. Ancaq Emreli bunu etməyib. "Legiya" ilə Dubaya yollanmamaq futbolçunun diskvalifikasiyasına və kompensasiya ödəməsinə gətirib çıxara bilər".

Qeyd edək ki, "Legiya" bu gün təlim-məşq toplanışına start verib. İlk gündə hansısa məşq planlaşdırılmayıb. Son ölkə çempionunun futbolçuları sabah Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki hazırlıq prosesinə yollanmamışdan əvvəl koronavirus testlərindən keçib. Hazırda Türkiyənin İstanbul şəhərində olan Emrelinin toplanışa qatılmaq ehtimalı olduqca azdır.

ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək avtobus olayından sonra Varşava komandasında çıxışını davam etdirməməyə qərar verib.



Xəbərin oxunma sayı : 1318




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap