Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Lənkəranski” klanının üzvü öldü - 23 yaşından “qanuni oğru”, narkotiki “qaşıqla yeyən” Cemo...

Tarix 01.03.19, 18:17

Font ölçüsü : - / +
bitmap-img6


Fevralın 28-də İtaliyada vaxtilə Rusiyanın ən titulu avtoritetlərindən biri olan, Cemo ləqəbli Cemal Mikeladze vəfat edib. Onun ölümünün səbəbi dəqiq deyil, amma ehtimal ki, narkotiki “qaşıqla yeyən” Cemonu yüksək doza həyatdan edib. Onun bir müddət əvvəl daha bir qardaşı - “qanuni oğru” Mamuko da ölüb. 

Musavat. com bildirir ki, Cemal Mikeladze 1976-cı ildə Gürcüstanda anadan olub. O, Rusiyanın kriminal aləmində tanınan Arsen Mikeladzenin kiçik oğlu idi. Onun atası 1993-cü ildə güllələnib. Atasının “təmiz oğru” ideyasını Cemo və onun böyük qardaşı Mamuko davam etdirmək qərarı verəndən sonra Gürcüstanın nüfuzlu kriminal dairələri onlara “qanuni oğru” adı verirlər. Mikeladze qardaşları tezliklə bu adı onlara təsadüfi verilmədiyini sübut edirlər. Belə ki, Cemo “qanuni oğru” adını 23 yaşında almasına baxmayaraq, tezliklə Moskvadakı gürcüstanlı kriminal qruplaşmalar arasında hörmət qazanır. Deyilənə görə, Cemonu kriminal dairələrdə cəlbədici edən onun adətən “oğrulara” xas olmayan xarizmasıdır. Onun qardaşı Mamukonun 1995-ci ildə Butırka türməsində qiyam təşkil etməsi Mikeladzelərin hörmətini daha da artırır. Narkotik istifadəçisi kimi həbs edilən Mamuko tezliklə Rusiyanın ən tanınmış Butırka həbsxanasında söz sahibinə çevrilib. Kameralarda sıxlıq olduğundan Mamukonun çağırışı və təşkilatçılığı ilə həbsxanada aclıq qiyamı baş verir. Bu hadisə Rusiyanın kriminal dairələrində, "bratva" da Mikeladzelərə əlavə xal gətirir. Tezliklə Cemo haqqında da milis “svodka”ları artır.

Cemonun adı 2016-cı ilin avqustunda öldürülən Rövşən Canıyevlə (“Lənkəranski”) ilə ilk dəfə 2010-cu ildə birgə çəkilməyə başlayır. Məlumatlara görə, azərbaycanlı avtoritet Vaqif Süleymanovla (“Diplomat Vaqif”) “Rövşən Lənkəranski”nin 2010-cu ilin yazında aralarında konflikt başlayıb. İddialara görə, o vaxt həbsdə olan Vaqiflə Canıyev arasında olan telefon söhbəti gərgin keçib və onlar bir-biri haqda xoşagəlməz sözlər işlədiblər. Hətta söhbət o həddə gərginləşib ki, Canıyev onu vuracağını deyib. V.Süleymanov tezliklə həbsdən buraxılıb və onlar 2010-cu ilin avqustunda münasibətlərinin aydınlaşdırmaq üçün Rublevski yaxınlığında Cemonun böyük qardaşı Mamukonun elit kottecində “sxodka”ya toplaşıblar. “Rövşən Lənkəranski” tərəfdən söhbətə Mikeladze qardaşlarından başqa “qanuni oğru”ların ağır artirelliyası hesab olunan Gela Kardava, Robunzon və Paat Malenkiy iştirak edib. Vaqif Süleymanov isə görüşə “Ded Xasan”ı təmsil edən Vasi Voskreslə gəlib. Belə söhbətlər var ki, Vaqif Canıyevlə aralarında olan problemlə bağlı “Ded” ə xəbər verib və ondan dəstək istəyib. “Ded” də özünün ən yaxın adamı hesab olunan slavyan qruplaşmasının nüfuzlu liderlərindən olan Voskresi söhbətə göndərib.

Məlumatlar var ki, bu “sxodka” məhz Cemo söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı “qanuni oğru”ya iradına Vaqif Süleymanov adekvat cavab verib. Cemo Vaqifi vurmaq istərkən (bəzi mənbələrə görə, “sxodka” da olan digərləri də Vaqifə hücum çəkib ki, bu da oğru qanunlarında düzgün olmayan hərəkət sayılır) özü zərbə alıb. Bu “sxodka” Rusiyanın kriminal dairələrində dərhal ciddi müzakirə mövzusuna çevrilib. Deyilənə görə, nəticədə “Lənkəranski” və Cemo bu hərəkətə görə köhnə “oğru qanunları” ilə yaşayan V.Süleymanovdan üzr istəyiblər. “Barışığa” baxmayaraq, bu “sxodka” uzun müddət nüfuzlu kriminal dairələrin əsas müzakirə mövzusu kimi qalıb. Bir müddət sonra “Ded Xasan” Cemonun Vaqif Süleymanovla bağlı “sxodka”dakı hərəkətini və digər “günahlarını” müzakirəyə çıxarır. 2011-ci ilin iyununda “Ded” Cemonu “qanuni oğru” adından məhrum edir. Gənc yaşında “tac” alan Mikeladze 35 yaşında “Ded”in altına imza atdığı qərarla “qanuni oğru” adından məhrum edilir. Maraqlıdır ki, bu qərarı o, Cemoya hamının iştirakı ilə və deyilənə görə, çox qaba formada telefonda elan edib. “Ded Xasan” Cemoya təklif edib ki, əgər onun bu qərara etirazı varsa, Moskvaya qayıdıb özünü “təmizə çıxara” bilər. “Ded” ona həm də xəbərdarlıq edib ki, “sxodka”da günahları təsdiqlənsə, o, bu söhbətdən “evə sağ getməyə bilər”.
“Lənkəranski” klanı Dubayda məskunlaşanda Cemo da ora yerləşib. “Oğru dünyası”nda ən imkanlılardan hesab olunan Rövşənin xeyirxahlığından Cemo çox yararlanıb.

2014-cü ildə Butırka həbsxanasında Vaqif vaxtilə ona sayğısızlıq edən Cemonu möhkəm döyüb və bununla da onun zədələnmiş avtoriteti “yerlə bir olub”.








Xəbərin oxunma sayı : 1036




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap