Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Leyla Yunus AXC-də təfriqəçiliyin əsasını ilk qoyanlardan biri olub” – Qüdrət Həsənquliyev

Tarix 21.07.19, 19:16

Font ölçüsü : - / +
bitmap-img6


Qüdrət Həsənquliyev: “Onun AXC hakimiyyəti dövründə yaxınlıq etdiyi adamların kimliyinə baxsanız onların hamısının agent olduğunu görəcəksiniz”

Əbülfəz bəyin ruhunu incidən Leyla Yunusun QRU-nun (Mərkəzi Kəşfiyyat İdarəsi) agenti olmasını AXC hakimiyyətində çoxları bilsə də, yetərincə peşəkarlıq olmadığından xüsusi xidmət orqanları onu ifşa edib məsuliyyətə cəlb edə bilmədi. Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib BAXCP sədri sözlərinə görə Leyla Yunus həmin dövrdə Müdafiə nazirliyinə işə də agent kimi göndərilmişdi və qəbul olunmuşdu: “Yoxsa adamdan soruşarlar ki, sən tarixçi və Akademiyanın elmi işçisi, bir gün də nə jurnalist, nə də analitik fəaliyyətlə məşğul olmamış adam, sən hara Müdafiə nazirliyinin mətbuat və analitik mərkəzi hara?”

Qüdrət Həsənquliyev Leyla Yunusun AXC-də təfriqəçiliyin əsasını ilk qoyanlardan biri olduğunu vurğulayıb: “Onun AXC hakimiyyəti dövründə yaxınlıq etdiyi adamların kimliyinə baxsanız onların hamısının agent olduğunu görəcəksiniz. İndi də eyni vəziyyət təkrarlanır. Onun bu sərsəmləmələrini yayan xanım da agentdir, özünə Elçibəyçi deyib Rusiyanın Rüstəmi ilə, Qumun əl öpən məzunu ilə, o cümlədən bu əməkdaşlıq edib müdrikcəsinə susan Milli Şura rəhbərləri də. Bu tipli adamlar müttəfiqlərini özləri seçmir. Elçibəyin Heydər Əliyevi hakimiyyətə dəvət etməsinə gəldikdə isə Elçibəyi yanındakı agentlərlə yanaşı, yaxın ətrafında olan çoxları, onu qorxudan satmışdı.Ölkə idarəolunmaz vəziyyətə gəlmişdi. Həmin dövrdə ölkəni fəkakətdən və məhv olmadan yalnız Heydər Əliyev bu agentləri zərərsizləşdirməklə xilas edə bilərdi. Xalqını özündən artıq sevən Elçibəy də bunu bildiyindən onu Bakıya dəvət etdi və Leyla kimi cəsusların arzularını gözündə qoydu.



Xəbərin oxunma sayı : 223




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap