Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İlham Əliyev 2 sərəncam, 4 fərman imzaladı

Tarix 25.05.17, 2:51

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 673-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

AzFakt.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 673-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 83.0.6-cı maddəsinə uyğun olaraq, tikinti layihəsinin ekoloji bölməsinin hazırlanmasının tələb olunduğu halları iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin;

1.3. həmin Məcəllənin 84.1-ci maddəsində qeyd olunmuş texniki şərtlərin və layihə-smeta sənədlərinin “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzləri) vasitəsilə alınması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 23.6-1-ci maddəsinə uyğun olaraq, aidiyyəti təchizat müəssisələri tərəfindən müfəssəl planlarla əhatə olunan ərazilərdə mühəndis-kommunikasiya təminatı sisteminin (vasitələrinin və qurğularının), habelə qoşulma nöqtələrinin tikintisi (quraşdırılması) üçün ərazinin müfəssəl planı üzrə tələb olunan mühəndis təminatı ilə bağlı tədbirlərin həyata keçirilməsini mütəmadi olaraq nəzarətdə saxlasın;

1.7. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 84.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində (birinci halda) “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.1-ci bənddə “47.3-cü,” sözlərindən sonra “75.11-ci maddələrində, 84.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda), ” sözləri əlavə edilsin;

4.2. 4.2-ci bənddə “83.0.5-ci” sözlərindən sonra “83.0.6-cı,” sözləri əlavə edilsin;

4.3. 4.7-1-ci bəndə “75.1-ci maddəsinin birinci cümləsində,” sözlərindən sonra “75.1-1-ci maddənin birinci cümləsində,” sözləri, “75.4-cü maddəsinin birinci cümləsində (birinci halda) və üçüncü cümləsində,” sözlərindən sonra “75.4-1-ci maddəsində” sözləri, “84.1-ci maddəsinin birinci cümləsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin.

***

İlham Əliyev “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 20.10-cu maddəsində nəzərdə tutulmuş daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması qaydaları barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. həmin Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş haqqın məbləği və bu haqqı ödəməkdən azadolmalar barədə təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 20.10-cu və 27-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.2. həmin Qanunun 4.2.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.3. həmin Qanunda nəzərdə tutulmuş daşınar əmlakın yüklülüyünün dövlət reyestrini Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası aparır.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1820) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci və 2-ci hissələrdə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;

1.2. 3-cü hissədə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – Cəmiyyət)” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (bundan sonra – Agentlik )” sözləri ilə əvəz edilsin;

1.3. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. “Güzəştli mənzil” sistemi bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq mənzillərin güzəştlə əldə edilməsi ilə bağlı aşağıdakıları təmin etməlidir:

4.1. mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın mövcudluğunu;

4.2. mənzilləri güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata alınmasını;

4.3. mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan və bu Fərmanın 6.2.1–6.2.4-cü yarımbəndlərində nəzərdə tutulan məlumatların alınmasını;

4.4. mənzilləri güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxslərin Cəmiyyət tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını;

4.5. mənzili güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını.”;

1.4. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

“5. “Güzəştli mənzil” sisteminin təşkilini və inkişafını Agentlik, fəaliyyətinin təmin olunmasını isə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir.”;

1.5. 6-cı hissədə “Rabitə” sözü “Nəqliyyat, Rabitə” sözləri ilə əvəz edilsin;

1.6. 6.2-ci bənddə birinci halda “Cəmiyyətin” sözü “Agentliyin” sözü ilə əvəz edilsin və ikinci halda “Cəmiyyətin” sözü çıxarılsın;

1.7. 8-ci hissə aşağıdakı redaksiyada verilsin:

“8. Müəyyən edilsin ki:

8.1. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş Qaydanın tələbləri həmin Qaydada müəyyən edilmiş şərtlərlə güzəştli qiymətlə satışa çıxarılan, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə vətəndaşların yaşayış sahələrinə ehtiyacının güzəştli qaydada ödənilməsi məqsədi ilə Agentliklə və ya “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilə əsasında çoxmənzilli binalar inşa edərək mənzillərini vətəndaşlara həmin Qaydada müəyyən edilmiş şərtlərlə güzəştli qiymətlə satmaq öhdəliyi götürmüş investorun sərəncamında olan mənzillərə də şamil edilir;

8.2. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş Qaydaya əsasən mənzillərin əvəzləşdirilməsi halları istisna olmaqla, Agentliyin, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə vətəndaşların yaşayış sahələrinə ehtiyacının ödənilməsi məqsədi ilə Agentliklə və ya Cəmiyyətlə bağlanmış müqavilə əsasında çoxmənzilli binalar inşa edərək, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış mənzilləri vətəndaşlara bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş Qaydada müəyyən edilmiş şərtlərlə satmaq öhdəliyi götürmüş investorun sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsinə o şərtlə yol verilir ki, müvafiq müqavilədə mənzilin üç il müddətində özgəninkiləşdirilməsinə, həmin mənzilin kredit hesabına əldə edilməsi üçün ipoteka ilə yüklü edilməsi halları istisna olmaqla, digər öhdəliklərin təminatı məqsədi ilə ipoteka ilə yüklü edilməsinə, habelə üç il müddətində mənzilin icarəyə və ya kirayəyə verilməsinə məhdudiyyət nəzərdə tutulmuş olsun.”.

2. Həmin Fərmanla təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;

2.2. 1.1-ci bənddə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin (onun törəmə və asılı təsərrüfat cəmiyyətlərinin)” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (bundan sonra – Agentlik), “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə vətəndaşların yaşayış sahələrinə ehtiyacının ödənilməsi məqsədi ilə Agentliklə və ya Cəmiyyətlə bağlanmış müqavilə əsasında çoxmənzilli binalar inşa edərək, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış mənzilləri vətəndaşlara bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş Qaydada müəyyən edilmiş şərtlərlə satmaq öhdəliyi götürmüş investorun” sözləri ilə əvəz edilsin;

2.3. 1.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.2.1. cəmiyyət – “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə vətəndaşların yaşayış sahələrinə ehtiyacının ödənilməsi məqsədi ilə Agentliklə və ya Cəmiyyətlə bağlanmış müqavilə əsasında çoxmənzilli binalar inşa edərək, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış mənzilləri vətəndaşlara bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş Qaydada müəyyən edilmiş şərtlərlə satmaq öhdəliyi götürmüş investorlar;”;

2.4. 1.2.2-ci yarımbənddən “cəmiyyətlə” sözü çıxarılsın;

2.5. 1.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.2.3. bina – mənzilləri bu Qaydaya uyğun olaraq güzəştlə əldə edilən çoxmənzilli bina;”;

2.6. 2.4-cü bənddə “birbaşa cəmiyyətə” sözləri “Agentliyə, habelə mənzili əldə etdiyi cəmiyyətə” sözləri ilə əvəz edilsin və “məsələyə” sözündən sonra “Agentlik tərəfindən” sözləri əlavə edilsin;

2.7. 3.2-ci bənddə “onun Müşahidə Şurası” sözləri “Agentlik (onun kollegial orqanı)” sözləri ilə əvəz edilsin;

2.8. 4.1-ci bənddə “cəmiyyətin” sözü “Agentliyin” sözü ilə əvəz edilsin;

2.9. 5.1-ci bənd ləğv edilsin;

2.10. 5.2-ci bənddə “müraciət” sözündən sonra “yalnız gücləndirilmiş elektron imza sertifikatı ilə” sözləri əlavə edilsin;

2.11. 5.3.8-ci yarımbənddə “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”nin 8.2.20-ci yarımbəndinə əsasən, cəmiyyət” sözləri “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri ilə əvəz edilsin;

2.12. 5.5-ci bəndin üçüncü cümləsində və 10.5-ci bənddə “cəmiyyətin” sözü “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri ilə əvəz edilsin.

***

İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 651-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 651-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***
İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 650-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 650-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin", - sərəncamda qeyd edilir.

***

Fərman:

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 641-VQD nömrəli Qanununun tətbiqi haqqında;



Xəbərin oxunma sayı : 250




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap