Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

Azərbaycanda problemi kreditlərin həlli yolları:ekspert hökumətə təkliflər ünvanladı (Təhlil)

Deputatla icra başçısı arasında “30 minlik“ qalmaqal - Adil Əliyevin hansı küçədəki obyektə qapı açdırmaq istədiyi bilindi

“Polis qeyri-qanuni aksiyanın qarşısını alıb” – Prezidentin köməkçisi

Səudiyyə taxtının yeni varisi kim olacaq? – 2 ssenari və 2 mümkün namizəddən biri.... - TƏHLİL

Qars-Naxçıvan dəmiryol xəttinin inşası Ermənistanı qorxuya salıb: “Türkiyə Naxçıvanda əməliyyat meydanı yaradır”

İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanını qəbul edib

Tarix 09.11.18, 12:58

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyonsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzFakt.com-un məlumatına görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə dövlət başçısı Azərbaycan ilə ABŞ arasında möhkəm tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən siyasi, iqtisadi, enerji və müdafiə sahələrini əhatə etdiyini dedi və uzun tarixə malik əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə edib. 

Prezident İlham Əliyev ABŞ-ın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafında rolunu qeyd edib. Dövlət başçısı Əfqanıstanda ölkələrimizin beynəlxalq sülh və sabitliyə töhfə verdiklərini bildirərək Azərbaycanın bu ölkədə sülhməramlı əməliyyatlarda iştirak edən ilk dövlətlərdən biri olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycanın orada iştirak edən əsgərlərinin sayının bu yaxınlarda daha da artırıldığını və Azərbaycanın Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına töhfələrinin, NATO ölkələrinə göstərdiyi nəqliyyat-logistika dəstəyinin NATO üzv dövlətləri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Bu baxımdan dövlət başçısı NATO mənzil-qərargahına son səfərini və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasındakı çıxışını xatırlayaraq orada əməkdaşlığımızın səviyyəsinə böyük önəm verildiyinin şahidi olduğunu qeyd edib. Əfqanıstanla ikitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı qeyd etdi ki, bu münasibətlər böyük önəm daşıyır və ölkəmiz Əfqanıstan hökumətinə müxtəlif sahələrdə öz yardım və dəstəyini göstərir. Bu baxımdan Prezident İlham Əliyev Əfqanıstanda sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfə vermək məqsədilə keçən il ölkəmizin "Asiyanın Qəlbi-İstanbul Prosesi” çərçivəsində yüksək səviyyəli tədbirə ev sahibliyini etdiyini bildirib.

Azərbaycanda nəqliyyat infrastrukturu, o cümlədən avtomobil və dəmir yolları, hava və dəniz limanlarına böyük həcmdə investisiya qoyulduğunu bildirən Prezident İlham Əliyev Azərbaycanın nəinki regionda, daha geniş məkanda ən güclü nəqliyyat infrastrukturuna malik ölkələrdən biri olduğunu deyib.

Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyonsun səfərinin əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını bildirib.

ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyons, ilk növbədə, dövlət başçısına Bayraq Günü münasibətilə öz təbriklərini çatdırıb. O bildirib ki, Azərbaycan ilə ABŞ arasında strateji əlaqələr çox böyük önəm daşıyır. Stefen Lyons Azərbaycanın Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında nəqliyyat sahəsinə böyük dəstək verdiyini və bunun yüksək qiymətləndirildiyini bildirib. O, Əfqanıstanda xidmət etmiş hərbçi kimi Azərbaycanın bu ölkədə yüksək səviyyədə həyata keçirdiyi işlərin şahidi olduğunu deyib.



Xəbərin oxunma sayı : 160

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda