Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

Tarix 31.05.18, 22:53

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev mayın 31-də Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Dövlət başçısı Günter Ottinger ilə bundan əvvəl Bakıda və müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılışının önəmini vurğulayaraq, bunun ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd etdi və Cənub Qaz Dəhlizinin reallaşmasında Avropa İttifaqının dəstəyini və Günter Ottingerin verdiyi töhfəni yüksək qiymətləndirib.

Günter Ottinger İlham Əliyevə yeni prezidentlik dövründə fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı münasibətilə təbriklərini çatdırıb.

Günter Ottinger bundan əvvəl prezident İlham Əliyevlə keçirdiyi səmərəli görüşlərini məmnunluq hissi ilə xatırlayıb. Cənub Qaz Dəhlizinin açılışının əhəmiyyətinə toxunan Günter Ottinger bunu çox mühüm hadisə kimi dəyərləndirib, bu dəhlizin Azərbaycanın və regionun Avropa ilə birləşdirilməsi baxımından önəmini qeyd edib. Bildirib ki, Cənub Qaz Dəhlizi qlobal əhəmiyyət daşıyır və bu dəhlizin reallaşması, öz növbəsində, Azərbaycanda və regionda nəqliyyat, kənd təsərrüfatı, İKT və turizm sahələrinin inkişafına təkan verəcək.

Günter Ottinger əminliklə vurğulayıb ki, təmsil etdiyi qurum Azərbaycanın bundan sonra da Avropa İttifaqını dünyanın digər regionları ilə əlaqələndirəcək qlobal və regional layihələrini dəstəkləyəcək.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqların yaxın zamanlarda uğurla başa çatacağına və siyasi, iqtisadi, humanitar, mədəni və bütün digər sahələrdə əməkdaşlığı əhatə edəcəyinə ümidvarlıq ifadə olunub, Cənub Qaz Dəhlizinin reallaşmasında Avropa İttifaqı ilə səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edilib, enerji, investisiya, nəqliyyat dəhlizlərinin yaradılması və inkişafı, ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.(APA)



Xəbərin oxunma sayı : 286




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap