Elgiz Əkbər verilişdən qovuldu - efirdə qalmaqal Dirijor Bərdia Kiyarəs Musiqili Teatrda İrem Derici reanimasiyaya yerləşdirildi Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm”
Axtar
 
  • / Maqazin / — 23 Sentyabr 2017

    Elgiz Əkbər verilişdən qovuldu - efirdə qalmaqal

  • / Maqazin / — 20 Sentyabr 2017

    Dirijor Bərdia Kiyarəs Musiqili Teatrda

  • / Maqazin / — 19 Sentyabr 2017

    İrem Derici reanimasiyaya yerləşdirildi

  • / Maqazin / — 16 Sentyabr 2017

    Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm”

  • / Maqazin / — 14 Sentyabr 2017

    "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi

  • / Maqazin / — 12 Sentyabr 2017

    Müğənni Nüşabə Ələsgərli qəza törədib

İlham Əliyev əsaslı təmir edilən 268 saylı xüsusi məktəbdə

Tarix 11.09.17, 16:57

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

AzərTAc xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbin binasında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, bu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsil alırlar. Məktəb 1927-ci ildən fəaliyyət göstərir. Burada da əsaslı təmir işləri Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının tədbirlər planının icrası ilə əlaqədar aparılıb. Məktəbin ikimərtəbəli binasında 23 sinif otağı var. Burada uşaqlara gündə 2 dəfə yemək verilir. Təhsil müəssisəsinin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Bundan başqa, təhsil ocağının informatika otağı və gimnastika zalı da şagirdlərin ixtiyarına veriləcək. Məktəbin tədris proqramına, ümumilikdə, 900 şagird cəlb edilib.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu cür müəssisələrin müasir səviyyədə yenidən qurulması onu göstərir ki, Azərbaycan dövləti təhsilin inkişafına və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqətlə yanaşır. Bu layihənin həyata keçirilməsi, eyni zamanda, ölkədə bütün sosial təbəqələrə aid vətəndaşların təhsil almaları üçün yaradılan şəraiti aydın nümayiş etdirir.



Xəbərin oxunma sayı : 97

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda