“Qızlar evdə qalıb, məni kim alacaq?“ - Azərbaycanlı rəqqasə Xalq artisti Röyadan yarıçılpaq paylaşım - VİDEO Aygün Kazımovanın qızı göbəyini və sinəsini nümayiş etdirdi - FOTOLAR “İçirəm, içki içmək günah deyil“ - Azərbaycanlı müğənni
Axtar
 
  • / Maqazin / — 30 İyun 2020

    “Qızlar evdə qalıb, məni kim alacaq?“ - Azərbaycanlı rəqqasə

  • / Maqazin / — 16 İyun 2020

    Xalq artisti Röyadan yarıçılpaq paylaşım - VİDEO

  • / Maqazin / — 16 İyun 2020

    Aygün Kazımovanın qızı göbəyini və sinəsini nümayiş etdirdi - FOTOLAR

  • / Maqazin / — 10 İyun 2020

    “İçirəm, içki içmək günah deyil“ - Azərbaycanlı müğənni

  • / Maqazin / — 08 İyun 2020

    “Qarınlı kişilər üçün ürəyim gedir“ - Mina Hüseyn

  • / Maqazin / — 06 İyun 2020

    “Ürəyimdə problemlər yaranıb” - Məleykə Əsədova

İlham Əliyev seçkilərdən danışdı – “Parlament islahatların vacib hissəsi olacaq”

Tarix 22.01.20, 16:29

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev Davosda “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən konfransda çıxış edərkən Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə də toxunub. 

AzFakt.com xəbər verir ki, Prezident növbədənkənar parlament seçkiləri nəticəsində formalaşacaq parlamentin ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi olacağını bildirib. 

“Yaxın aylarda əhaliyə etimad etdikləri şəxsləri seçmək üçün növbədənkənar parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra isə parlament islahatların vacib hissəsi olacaq”, - deyə Prezident vurğulayıb.

Azərbaycanın qonşu ölkələrlə bağlı dostluq siyasəti yürütdüyünü deyən Prezident əlavə edib ki, bununla belə, milli maraqlar hər şeydən üstündür: “Biz siyasi-iqtisadi sahədə ciddi islahatlar aparmağa müvəffəq olduq. Nailiyyətlərimiz Ümumdünya İqtisadi Forumun qiymətləndirilməsi və Davos İqtisadi Forumun işində öz əksini tapıb. İnfrastruktur, yolların keyfiyyəti sahələrində bir çox nailiyyətlər əldə etdik, bu göstərici üzrə dünyada 27-ci yerdəyik”.

İlham Əliyevin Azərbaycan hökumətinin tərkibində baş verən dəyişikliklərə də diqqət çəkib. “Hökumətdə yeni adamlar var. Onlar yüksək səviyyədə təhsil almış və müsir dünyagörüşləri olan gənclərdir. Mən dəfələrlə demişəm ki, 21-ci əsrdə uğur qazanmaq yalnız 20-ci əsrin baxışlarına riayət etmədən mümkündür. Bu səbəbdən, nəinki hökumətdə, həm də prezident Administrasiyasında yeni adamlar lazımdır. Burada da böyük dəyişikliklər baş verib”, – deyə Prezident bildirib. 



Xəbərin oxunma sayı : 1516

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda