| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli sakinləri ilə görüşdülər - FOTOLAR
Tarix 09.05.26, 20:00 |
|
Mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.
AzFakt.com xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
-İlk növbədə, sizi doğma vətənə qayıtmağınız münasibətilə təbrik edirəm. Şükürbəyli kəndi tamamilə yenidən qurulub. Bildiyiniz kimi, işğal dövründə Ermənistan dövləti bu kəndi tamamilə dağıtmışdı, bir dənə də salamat bina qalmamışdı. Mənim keçmiş köçkünlərlə işğal dövründə çoxsaylı görüşlərim zamanı həmişə deyirdim ki, biz torpaqları azad edəndən sonra bütün şəhərləri, kəndləri quracağıq, onları daha gözəl vəziyyətə gətirəcəyik və bu gün Şükürbəyli kəndinin timsalında bunu görürük. Kənd çox müasirdir, yaşamaq, çalışmaq, təhsil almaq üçün bütün şərait - məktəb, musiqi məktəbi, iki uşaq bağçası, tibb məntəqəsi, əlbəttə, gözəl, yaraşıqlı evlər var ki, burada siz - Şükürbəyli kəndinin sakinləri rahat yaşayasınız.
Uzun illər ərzində bu torpaqlar işğal altında olub. Ermənistan dövləti Azərbaycan xalqının irsini bu ərazidən tamamilə silmək istəmişdir, ancaq buna nail olmamışdır. Baxmayaraq ki, şəhər və kəndlərimiz viran qoyulub, Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməmişdir. Bilirəm ki, siz və bütün keçmiş köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamısınız. Bəziləriniz Biləsuvar rayonunda dövlət xətti ilə verilmiş evlərdə məskunlaşmısınız, bəziləriniz özünüz üçün hansısa şərait qurmusunuz. Amma əlbəttə ki, doğma torpaq, doğma vətən hər şeydən daha əzizdir.
Bu gün çox gözəl bir gündür, tarixi bir gündür, ədalətin təntənəsi günüdür. Biz - bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək aldıq, şəhidlər verərək aldıq, eyni zamanda, bu torpaqları canlandırdıq. İşğal dövründə Ermənistan dövləti Cəbrayıl rayonunda bir daşı daş üstə qoymamışdı. Düzdür, yol çəkmək istəyirdi, amma buna vaxtı çatmadı. Amma bir daşı daş üstə qoymamışdır. Cəbrayıl tamamilə yerlə-yeksan edilmişdir, nə şəhərdə, nə də ki, kəndlərdə bir dənə də salamat bina qalmamışdı, Ağdam kimi. Zəngilanda tək-tük ev qalmışdı, orada qanunsuz məskunlaşma da aparırdılar. Amma Füzuli, Ağdam, Cəbrayıl tamamilə dağıdılmışdır. Evlər söküldü, daşlar talan edildi, müxtəlif yerlərdə bazarlarda satıldı. Biz isə qurub-yaradırıq. İndi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır. İlk növbədə, Cəbrayıl şəhərində, - şəhərin mərkəzi də buradan o qədər də uzaq deyil, - ondan sonra Horovlu kəndində, Cocuq Mərcanlıda. Aprel döyüşlərindən sonra biz o kəndi yenidən qurduq. Ən çox insanlar burada yaşayacaq, hələlik 635 ev. Amma mənə verilən məlumata görə, köçmək, qayıtmaq istəyənlərin sayı daha çoxdur, təqribən 900-dən çoxdur. Ona görə kəndin ikinci mərhələsini də biz nəzərdə tuturuq.
Əlbəttə ki, yaşayışla əlaqədar, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir. Burada da vətəndaşların məşğulluğunu təmin etmək üçün bütün müvafiq göstərişlər verildi - həm mövcud olan dövlət sektorunda iş yerləri təbii ki, təqdim olunur, ondan sonra kənd təsərrüfatı ilə məşğul olmaq üçün, xüsusilə heyvandarlıq və bitkiçiliklə. Bunlardan başqa, Cəbrayıl rayonunda sənaye zonası – “Araz Vadisi” Sənaye Zonası fəaliyyət göstərir, orada da böyük sahəni biz nəzərdə tutmuşuq, 200 hektar sahə ayrılıb. Bu sənaye zonasında indi 20 rezident var, artıq istehsala da başlamışlar. O, daha da böyüyəcək, o da buradan çox da uzaqda deyil. Onu da bildirməliyəm ki, azad edilmiş ərazilərdə biz cəmi iki sənaye zonası nəzərdə tutmuşuq - biri Ağdamda, biri də Cəbrayılda.
Ümumiyyətlə, Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq. Köhnə yolu siz yəqin ki, xatırlayırsınız, sovet vaxtında - işğala qədər çox ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu biz bərpa etdik, amma yeni yol, - indi bilmirəm, siz onu görmüsünüz, yoxsa yox, - Zəngəzur dəhlizinin bir hissəsi olan, ta Ermənistan sərhədinə gedən dördzolaqlı yol. Yəni bunun ondan yuxarı standartları da yoxdur. Ona görə nəqliyyat məsələləri də burada həll olunur və gələcəkdə Cəbrayıl, beynəlxalq nəqliyyat dəhlizi üzərində qurulan şəhər və kəndlər bundan faydalanacaq.
Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir - üç stansiya, ümumi gücü 340 meqavat. Yəni bu gün 340 meqavatla bütün Qarabağı işıqlandırmaq olar. Amma nəzərə alsaq ki, biz artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə salmışıq, təqribən bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq. Yəni bu, ölkə üçün, məşğulluq üçün çox böyük xeyir gətirəcək. Yəni azad edilmiş bütün bu ərazilər ölkəmizin bütün başqa əraziləri ilə bağlanır - yollarla, hava limanları ilə, elektrik və su xətləri ilə. İndi “Xudafərin”, “Qız Qalası” su anbarlarının suyundan da istifadə edəcəyik, orada elektrikdən də istifadə edəcəyik. Beləliklə, bir daha bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda, döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq.
Sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram.
x x x
Sakinlər: Çox sağ olun, cənab Prezident.
Kişi sakin: Möhtərəm Prezident, bu kənddə boya-başa çatan bir adam, burada çalışan bir müəllim kimi bu gün Sizinlə bu görüşümüz bizim üçün tarixi bir hadisədir. Sizin uğurlu siyasətinizin, qəhrəman oğullarımızın şücaəti nəticəsində bu doğma torpaqlarımız bizə qayıtdı. Mən 40 yaşımda buradan çıxmışam, indi 73 yaşım var. Mən Sizinlə fəxr edirəm. Sizin bütün çıxışlarınızı, xarici jurnalistlərə verdiyiniz cavabları - hamısını diqqətlə izləyirik və Sizinlə fəxr edirik. Biz də çalışacağıq ki, Sizin adınızı həmişə ucaldaq.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
Kişi sakin: Mübarizə aparırsınız. Burada da, xaricdə də, başqa ölkələrdə də, istəyənlərin arasında da, istəməyənlərin arasında da mübarizə aparırsınız, dəmir iradənizi nümayiş etdirirsiniz. Sülhün, əmin-amanlığın tərəfində dayanıb bütün xalqlara onu aşılayırsınız. Mübarizə bu gün də var, sabah da. Siz də onun ən ön sıralarında.
Prezident İlham Əliyev: Sizin kimi insanlar, Azərbaycan xalqı mənim arxamda, dövlətin arxasında durduqca bizim də təbii ki, gücümüz artır. Sağ olun, təşəkkür edirəm sizə. Təbrik edirəm.
Sakinlər: Sağ olun.
Qadın sakin: Möhtərəm Prezident, əziz Mehriban xanım. Mən də bir neçə kəlmə demək istəyirəm. Bu gün bizə bu tarixi günü yaşatdığınız üçün, bizi öz torpaqlarımıza qovuşdurduğunuz üçün Sizə ürəkdən cansağlığı, uzun ömür arzulayıram. Mən müəlliməm. Bir məsələni yada salmaq istəyirəm. Bu gün bizim görüşümüz elə bir tarixi günə təsadüf edir ki, Ulu Öndərimizin doğum günü ərəfəsindəyik, onu biz bütün respublika səviyyəsində qeyd edirik. Mən də Ulu Öndərimizi ürəkdən şəxsən çox sevən, hörmət edən bir müəlliməm, tələbə vaxtımdan da sevmişəm. Onun çıxışlarını dinləyəndə həmişə deyirdi ki, biz Qarabağa qayıdacağıq, o gün gələcək. Möhtərəm Prezident, onun qoyduğu o böyük siyasəti Siz elə bir uğurla davam etdirdiniz ki, bu gün Qarabağ artıq bizimdir. Qarabağın bütün bölgələrində artıq quruculuq işləri başlayıb, bütün həyat canlanır, insanlar öz doğma yurdlarına qovuşublar. Buna görə Sizə minnətdarıq, təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun.
Həmin qadın sakin: Mehriban xanım, Siz həmişə köçkünləri, uşaqları, insanları, qadınları dinləmisiniz, yanlarında olmusunuz. Allah Sizə də uzun ömür, cansağlığı versin. Siz bizim Prezidentimizin ən yaxın köməkçisi və silahdaşı, arxasısınız. Sizə də uzun ömür, cansağlığı arzulayıram.
Mehriban Əliyeva: Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm, təbrik edirəm
Qadın sakin: Allah sizə cansağlığı versin.
Prezident İlham Əliyev: Sağ olun, sizə də cansağlığı, uzun ömür arzulayıram. Doğma torpaqda rahat yaşayacaqsınız, inşallah.
Sakinlər: İnşallah.
Qadın sakin: Çalışacağıq ümidinizi doğruldaq həmişə.
Prezident İlham Əliyev: Əminəm ki, belə də olacaq.
x x x
Sonra açarların təqdim edilməsi mərasimi oldu.
x x x
Dəvət olunur, Rüstəmov Yusif İsa oğlu.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Yusif Rüstəmov: Sağ olun, çox sağ olun.
Həsənova Zenfira Famil qızı.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Zenfira Həsənova: Çox sağ olun.
Seyidalıyev İlqar Səməd oğlu.
Prezident İlham Əliyev: Təbrik edirəm.
İlqar Seyidalıyev: Cənab Prezident, çox sağ olun, çox var olun ki, bu gün burada iştirak edirsiniz. Bizim ən əlamətdar günlərimizdən biridir. Yoldaşım da buradadır, bu gün bizim toy günümüzdür.
Prezident İlham Əliyev: Təbrik edirəm!
İlqar Seyidalıyev: 34 il əvvəl bu kənddə, - ikinci ev mənim atamın evidir, - orada çadır qurub toy etmişik. Mən fəxr edirəm ki, Siz bizim toy günümüzdə Mehriban xanımla birgə iştirak etmisiniz.
Prezident İlham Əliyev: Biz gedəndən sonra yəqin ki, qeyd edəcəksiniz.
İlqar Seyidalıyev: Çox sağ olun, çox var olun!
Prezident İlham Əliyev: Təbrik edirəm, sağ olun. Neçənci ildə evlənmisiniz?
İlqar Seyidalıyev: 1992-ci ildə.
Mehriban Əliyeva: Təbrik edirəm sizi.
İlqar Seyidalıyev: Çox sağ olun.
Prezident İlham Əliyev: 1992-ci ildə, işğala bir il qalmış.
İlqar Seyidalıyev: Bəli.
Prezident İlham Əliyev: Sonra haraya köçdünüz işğal dövründə?
İlqar Seyidalıyev: Mən bu zastavanın rəisi idim, öz kəndimizdə hərbçi idim. İşğaldan sonra da xidmətə davam etdim.
Prezident İlham Əliyev: Bəs işğal dövründə harada məskunlaşmışdınız?
İlqar Seyidalıyev: Ailəm İmişlidə, mən də döyüşlərdə.
Babayev Mayis Allahverdi oğlu.
Mayis Babayev: Çox sağ olun, təşəkkür edirəm.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Fətəliyeva Mina Cəlil qızı.
Mina Fətəliyeva: Çox sağ olun, təşəkkür edirəm.
Prezident İlham Əliyev: Təbrik edirəm, siz burada, bu kənddə müəllim olmusunuz?
Mina Fətəliyeva: Bəli, təyinatımla ilk dəfə buraya müəllim gəlmişəm, 1990-cı ildə.
Prezident İlham Əliyev: Özünüz buralısınız, yoxsa?
Mina Fətəliyeva: Yox, mən rayonun özündənəm. Buraya müəllim gəldim.
Prezident İlham Əliyev: Burada müəllim işləmisiniz?
Mina Fətəliyeva: Bəli, müəllim işləmişəm. İndi də təzədən burada, inşallah, pedaqoji fəaliyyəti davam etdirəcəyik.
Prezident İlham Əliyev: Bəli, məktəbdə yəqin ki?
Mina Fətəliyeva: İnşallah.
Prezident İlham Əliyev: Ya burada, ya da ki, Cəbrayıl şəhərində.
Mina Fətəliyeva: Yox, elə burada, kənddə.
Prezident İlham Əliyev: Burada məktəb də çox gözəldir.
Mina Fətəliyeva: Burada davam edəcəyik, inşallah.
Prezident İlham Əliyev: Bəli, mütləq.
Mina Fətəliyeva: Ailə üzvlərimlə şəkil çəkdirə bilərik?
Prezident İlham Əliyev: Bəli, gəlin çəkdirək. Siz harada yaşamısınız işğal dövründə?
Mina Fətəliyeva: İşğal dövründə buradan çıxdıq, getdik İmişliyə.
Kişi sakin: İmişlidə, bir hissəsi də Bakıda.
Prezident İlham Əliyev: Bakıda harada?
Kişi sakin: Yataqxanada, Sabunçu rayonu ərazisində. Özüm də Mərkəzi Seçki Komissiyasında işləmişəm bu ilə qədər. Bu il yaşa görə çıxmışam.
Prezident İlham Əliyev: Bu günlərə qədər yataqxanada? Çətin bir həyat - yataqxanada 30 il yaşamaq.
Mina Fətəliyeva: Otaq balaca.
Prezident İlham Əliyev: Neçə otağınız var idi?
Mina Fətəliyeva: Bir otaq. Şükür Allaha bu günü bizə yaşatdığınız üçün.
Prezident İlham Əliyev: Siz buna layiqsiniz.
Mina Fətəliyeva: Ürəkdən, səmimi-qəlbdən Sizə təşəkkür edirik. Artıq geniş otaqlarımız, mənzilimiz, həyətimiz, torpağımız, Vətənimiz! Çox sağ olun, Sizin sayənizdə.
Ətraflı
Prezident İlham Əliyev: Təmiz hava, gözəl təbiət, əsas da doğma Vətən torpağı.
Mina Fətəliyeva: Çox sağ olun!
Prezident İlham Əliyev: Təbrik edirəm bir daha.
Əhmədov Əliyar Teymur oğlu.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Əliyar Əhmədov: Çox sağ olun, mən də kəndimizin sakinləri adından sizlərə dərin təşəkkürümüzü bildiririk ki, bizi bu doğma yurdumuza qaytardınız.
Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm.
Hüseynova Nuranə Sergey qızı
Prezident İlham Əliyev: Təbrik edirəm.
Nuranə Hüseynova: Çox sağ olun, minnətdaram.
Abbasov Qədir Famil oğlu.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Qədir Abbasov: Çox sağ olun.
Məmmədova Ülviyyə Məmməd qızı.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Ülviyyə Məmmədova: Çox sağ olun.
Kişi sakin: İcazə olar, şəkil çəkdirək?
Prezident İlham Əliyev: Bəli, əlbəttə.
Kişi sakin: Çox sağ olun.
Prezident İlham Əliyev: Təbrik edirəm sizi.
Rəsulov Rəhman Çingiz oğlu.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Rəhman Rəsulov: Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Sən cavansan. Sən də burada doğulmusan, yoxsa?
Rəhman Rəsulov: Bəli, mən 8 yaşımda olanda buradan çıxmışıq. İndi 40 yaşım var, mən də müəllim kimi pedaqoji fəaliyyətimi burada davam etdirmək istəyirəm.
Prezident İlham Əliyev: Harada işləyirdin bu vaxta qədər?
Rəhman Rəsulov: Bu vaxta qədər Biləsuvar ərazisində yerləşən 10 saylı qəsəbədə.
Prezident İlham Əliyev: İndi burada davam edərsən.
Rəhman Rəsulov: İnşallah, çox sağ olun.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Mehriban Əliyeva: Cənab Prezident, Əli ilə bir daha şəkil çəkmək olar? Əvvəl ikisi ilə. Buyurun.
Prezident İlham Əliyev: Əlbəttə.
Mehriban Əliyeva: Təbrik edirəm sizi.
Prezident İlham Əliyev: Gəlin ayrı-ayrılıqda çəkdirək. Sonra da hamımız birlikdə.
Sakin: Şərqin lideri, Şərqin fatehi Nadir şah oldu, Qafqazın da fatehi Sizsiniz.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
x x x
Şəkillər çəkdirilir.
x x x
Prezident İlham Əliyev: Siz harada işləmisiniz?
Qadın sakin: Mən işləməmişəm.
Prezident İlham Əliyev: Yəqin ki, Bakıda yaşamısınız.
Qadın sakin: Bəli.
Prezident İlham Əliyev: Burada, bilirsiniz, elə kəndlər, şəhərlər salınır ki, paytaxtdan da geri qalmayacaq.
Sakinlər: İnşallah, Sizin sayənizdə.
Prezident İlham Əliyev: Əsas odur ki, doğma Vətən torpağıdır. Əlbəttə ki, bu torpaqları canlandırmaq lazımdır.
Kişi sakin: Dəqiqələri sayırdım mən buraya gəlməyə, and olsun Allaha.
Prezident İlham Əliyev: Bir neçə gün bundan əvvəl kənd təsərrüfatı sərgisində idim. Orada da maraqlanırdım, çünki torpaqlar işğaldan azad olunandan sonra birinci göstərişlərdən biri də o idi ki, bu torpaqları biz yenidən əkin dövriyyəsinə qaytaraq. Hər dəfə, hər il əkin-biçin mövsümündən sonra arayış alıram və baxıram taxılçılığın inkişafı nə qədərdir. Ölkə üzrə yaxşı gedir, indi köhnə leksikonla desək, təqribən 35 sentner/hektardan, əslində, 3,5 ton. Maraqlanıram, Qarabağda nə qədərdir, çox az və sual yaranır ki, nə üçün? Çünki burada məsələn, torpaq çox münbitdir, siz də yaxşı bilirsiniz, çox məhsuldardır. Mənə indi izahat verilir ki, özü də xarici mütəxəssislər o cümlədən, ermənilər bu torpağı o qədər əziblər, o qədər qaydasız istismar ediblər ki, bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır. Ona görə də burada necə ki, bizim bütün təbii sərvətlərimizi talayıblar, istismar ediblər, torpağımızı da demək olar ki, böyük dərəcədə bərbad vəziyyətə salıblar. Ona görə indi müasir aqrotexniki tədbirlər, müasir suvarma sistemləri və kənd təsərrüfatının inkişafı ilə bağlı ümumi strategiyamız əsasında bu torpaqları canlandırmaq lazımdır. Çünki siz də yaxşı bilirsiniz ki, Azərbaycanın bir çox bölgələrində çox münbit torpaqlar var, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda. Sovet vaxtında burada üzümçülüyü yəqin ki, xatırlayırsınız.
Sakinlər: Bəli, pambıqçılıq, üzümçülük, ən qabaqcıl kolxoz olub bizimki. 6-7 kənd bizə baxırdı. Sosialist Əməyi Qəhrəmanı Köçəri Babayevin kolxozu idi.
Prezident İlham Əliyev: Burada nə idi o kolxozun ixtisaslaşması?
Sakinlər: Burada üzümçülük, baramaçılıq, maldarlıq məşğul idik. Bizim 1200 baş iribuynuzlu mal-qaramız olub.
Prezident İlham Əliyev: Hamısını bərpa etmək lazımdır.
Sakin: Kolxozun mühasibi idi bu.
Kişi sakin: 12 min baş qoyunumuz olub, toyuğun sayı-hesabı yox idi.
Prezident İlham Əliyev: Siz gərək o səviyyəyə qaldırasınız. Həm siz, həm gənc nəsil. Çünki burada heyvandarlıq da, üzümçülük də olub. Bu bölgədə - Zəngilanda, Qubadlıda tütünçülük də olub, burada necədir bilmirəm.
Sakinlər: Bizdə tütün olmayıb.
Prezident İlham Əliyev: Olmayıb. Maldarlıqla bağlı.
Sakinlər: Maldarlıq bizdə ən yüksək səviyyədə idi. İpək olub - biz ildə 19 ton əvəzinə, 26 ton barama vermişik.
Prezident İlham Əliyev: Camaat da yaxşı dolanırdı.
Sakinlər: Çox, çox, yəni milyoner kolxoz idik biz.
Prezident İlham Əliyev: Gərək siz buranı dövlətin dəstəyi ilə o hala gətirəsiniz.
Kişi sakin: Bizim kolxozumuz çox qabaqcıl kolxoz olub.
Prezident İlham Əliyev: Sonra Sovet İttifaqı dağıldı. Kolxoz qalmışdı, ya dağıldı?
Sakinlər: Yox, dağılmadı, bizdə qaldı. Köçəri Babayev rəhmətə getdi, kolxoz da dağıldı. O, çox işləyən adam olub, 71 yaşında rəhmətə gedib. Mən onunla çox işləmişəm. Yəni o, ölən gününə qədər işlədi. Bir yerə gedəndə bir 12 vərəqli dəftər yazırdı ki, filan işlər görülsün. Çox qayda-qanunla işləyirdi.
Prezident İlham Əliyev: İndi texnologiyalar daha da inkişaf edib. Müasir intensiv bağçılıq texnologiyaları var. Baxın, qonşuluqda yerləşən Ağalı kəndinə. Orada böyük bağ salınıb. İndi mənə məlumat verirlər ki, oradan yığılan meyvələri xaricə də satırlar. Ona görə bağçılıq, üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq dövlətin dəstəyi ilə inkişaf etməlidir.
Kişi sakin: Biz üzümü vaqonla xaricə satırdıq.
Prezident İlham Əliyev: Zavod var idi?
Sakinlər: Şərab zavodu, çox böyük idi. Ən böyük bizdə idi.
Prezident İlham Əliyev: Sisternlərlə göndərilirdi?
Sakinlər: Bəli, sistern gəlib dayanırdı, çənlərdən içinə şərab vurulurdu.
Prezident İlham Əliyev: Yaxın gələcəkdə biz kənd təsərrüfatının inkişafına dair dövlət proqramı qəbul edəcəyik, bu məsələlər orada nəzərdə tutulacaq, o cümlədən dövlət vəsaiti. Əsas odur ki, buraya qayıdan keçmiş köçkünlər gecə-gündüz çalışsınlar, həm öz dolanışıqlarını təmin etsinlər, həm də dövlətə xeyir versinlər.
Kişi sakin: Möhtərəm Prezident, rayonun, səhv etmirəmsə, 28 müəssisəsinin idarəsi burada - bu kənddə idi. Kimya birliyi, kənd təsərrüfatı texnikası stansiyası, kinoprakat.
Prezident İlham Əliyev: Ən böyük kəndlərdən biri idi? Bundan böyüyü var idi?
Sakinlər: Mərcanlı böyük idi. Böyük Mərcanlı, Soltanlı. O, bizdən böyük idi, amma stansiya burada olduğuna görə rayponun anbarı burada idi. Çünki məsələn, başqa yerdə olsa, daşımaq gərək idi.
Kişi sakin: 7-8 rayonun kinoprokat idarəsi burada yerləşirdi.
Prezident İlham Əliyev: Soltanlıda indi yarımstansiya və aqroparklar açılır. Müharibə zamanı Soltanlı uğrunda gedən döyüşlər ən şiddətli döyüşlərdən idi. Orada ermənilər güclü istehkamlar qurmuşdular. Soltanlı uğrunda şəhidlərimiz də olub. Ancaq o kəndi biz azad edəndən sonra daha sürətlə irəli getdik. Orada, yəni bax bu bölgədə, - Arazboyu bölgəsində, - bəlkə də birinci Füzulinin o Qaraxanbəyli kəndi, sonra Mərcanlı idi ki, biz birinci o xətti oradan yarıb keçdik. Sonra ən şiddətli döyüşlər Soltanlıda getmişdi. Bütün bu torpaqlar bizim qəhrəmanlıq simvolumuzdur.
Sakinlər: Bəli. Allah şəhidlərimizə rəhmət eləsin.
Prezident İlham Əliyev: Bunu yaşatmaq, uşaqlara öyrətmək lazımdır. Tərbiyə etmək lazımdır. Bizim qədər, tam, yəni mütləq Qələbə qazanan ikinci ölkə yoxdur. Ən azı son 80 ildə və ondan sonra da olmayıb. Bax bu, qürur mənbəyidir.
Kişi sakin: Dünya da bizi tanıdı.
Prezident İlham Əliyev: Və hörmət etməyə başladı.
Qadın sakin: Möhtərəm Prezident, Şah İsmayıl Xətaidən sonra Azərbaycanı hissə-hissə qoparıb dağıdıblar. Azərbaycanın torpağını geri qaytaran bir ali baş komandanımız, komandanımız, sərkərdəmiz olmayıb. Birinci dəfədir ki, biz əlimizdən alınan torpaqları geri qaytarmışıq.
Kişi sakin: Bəli, son 200 ildə.
Prezident İlham Əliyev: Sağ olun. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.
Sakinlər: Sağ olun.






































Xəbərin oxunma sayı : 1351
Sosial
Xəbərlər
-
Bakıda reabilitasiya mərkəzində qalmaqal - Qadınlar kişilərə işgəncə verirmiş...
-
Stomatologiyada “kreditlə gülümsəmə“ - Diş müalicələri niyə bahalaşır?
-
İlham Əliyev Kral III Çarlza təbrik məktubu göndərdi - MƏTN
-
Çimərlikdə bunları etmək qadağandır! - Nazirlikdən çağırış
-
Emin Əmrullayev məzunlarla “Yallı” oynadı - VİDEO/FOTO
-
Braziliya və Türkiyə milliləri meydana çıxır - Oyun saatları
-
40 min namizəd MİQ imtahanına qoşulur - İmtahan tarixləri açıqlandı
-
Hindistanın Rusiyadan neft almasını ABŞ istəyib - XİN rəhbəri
-
Avtomobilləri ildırım vuran hallarda sürücülər nəyə diqqət etməlidirlər? - VİDEO
-
Bakıda çoxmərtəbəli parkinqlərin sayı niyə azdır? - VİDEO
-
877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?
-
Azərbaycan nefti 6 dollardan çox ucuzlaşdı - 88 dolara satılır
-
“İsrail İran və ABŞ arasında sazişin imzalanmasını pozmağa çalışır” - Əraqçi
-
Bakıda tikinti şirkəti ilə sakinlər arasında narazılıq - VİDEO
-
Azərbaycanın bütün məktəblərində “Son zəng“ çalınır
-
“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
-
Mourinyo istədi, Perez kisənin ağzını açdı - 70 milyona onu ala bilərlər
-
İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq - QƏRAR
-
ABŞ və İran sülh sazişinin yekun mətnini razılaşdırdı - Şahbaz Şərif
-
Bakı-Tbilisi aviabiletlərinin bahalaşmasına səbəb nədir? - VİDEO
-
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
-
Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub - 7 qadın və 16 uşaq
-
Naxçıvan reysləri geri qayıtdı - AZAL səbəbini AÇIQLADI
-
Türkiyədə qanunsuz mərc oyunları: 116 şübhəli saxlanıldı
-
Sosial mediada çox vaxt keçirən yeniyetmələrdə depressiya riski artır - TƏDQİQAT
-
“Atlant” sahibinin yenidən həbsi tələb olundu - Cinayət dosyesi
-
İndiyədək dünya çempionu olmuş ölkələr - SİYAHI
-
Bu rayonlarda ehsan ləğv olunub - SİYAHI
-
“ABŞ ilə razılaşma heç vaxt olmadığı qədər yaxındır” - Əraqçi
-
Torpaq sahəsi aldı, həyatının şokunu yaşadı: “Evi tikdim, gəlib dedi ki, bura mənimdir“ + VİDEO
-
Rüfət Səfərova hökm oxundu - Məhkəmə prosesi
-
“Zərbələrin intensivliyini artıracağıq” - Vladimir Putin
-
Polis çaya düşən azyaşlını xilas etdi - Babası boğuldu
-
Gədəbəyə diametri 11 mm olan dolu düşüb - FAKTİKİ HAVA
-
“Şiş” xəstəliyi ən çox hansı rayonlarda yayılıb? - Siyahı
-
Həftəsonu maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
-
Beyləqanda Milli Qurtuluş Günü qeyd olundu - FOTOLAR
-
Xəstəxanalarda yoxlamalar: 31 nəfər məsuliyyətə cəlb edilib
-
Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı açıqlandı - Rayonlar üzrə siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Kamran Əliyev Nərimanov rayonunda qəbul keçirdi - Fotolar
-
ABŞ dünyanın ən böyük neft ixracatçısına çevrildi - “Reuters”
-
TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır - Rəsmi
-
Rusiyalı oliqarx Paşinyana şərt qoydu: “Hər şeyi edəcəyik“
-
Azərbaycanda zəlzələ oldu: Bu rayonlarda hiss olundu
-
Saxta şirkətlər yaradanlar qandallandı -10-a yaxın şəxs məsuliyyətinə cəlb olundu
-
Xaricdən 12 qəpiyə gətirilən saqqızlar marketlərdə dəfələrlə baha satılır - Siyahı
-
Azərbaycanda yeni cərimələr müəyyənləşir - Parlament təsdiqlədi
-
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
“Torpaq sahələrinin genişləndirilməsi hesabına artım dövrü başa çatır“ - Məcnun Məmmədov
-
Azərbaycanın Portuqaliyada səfirlik açacaq - Milli Məclis təsdiqlədi
-
“Əhalinin rifahı yüksələcək“ - Sahil Babayev
-
Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
-
Aygün Kazımova sirkdə “məclis“ qurub, rep oxudu - Video
-
Dünya okeanında suyun səviyyəsi qalxır - Xəbərdarlıq
-
Məhərrəmlikdə toy etmək olar? - AÇIQLAMA
-
Azərbaycanın dövlət borcu nə qədərdir? - Nazir açıqladı
-
İran Trampı təkzib etdi: “Heç bir mətn təsdiqlənməyib“
-
Mourinyo “Real Madrid”lə müqavilə imzaladı - RƏSMİ
-
Bu xəstəxanadan 240-dan çox saxta göndəriş verilib? - Araşdırma
-
İlham Əliyev Putini təbrik etdi: “Əminəm ki, birgə səylərimiz...“
-
Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO
-
Şəmkirdə kafedə dava: 28 yaşlı şəxsi ürəyindən vurdular
-
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olundu - FOTO
-
Magistraturaya qəbul imtahanında 15 mindən çox şəxs iştirak edəcək - DİM
-
Azərbaycana elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb - Statistika
-
Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü: Dərisi soyuldu - VİDEO
-
Meksika və Cənubi Koreya dünya çempionatına qələbə ilə başladılar - VİDEO
-
Trampdan sensasion açıqlama: “ABŞ və İran müharibəni dayandırdı“
-
Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO
-
“Dost dediyin “cibindədir” - Aysun İsmayılova
-
Azərbaycan millisi FİFA reytinqində gerilədi - Lider dəyişdi
-
PUA ilə vurulan gəmidə sağ qalan Lənkəran sakini açıqlama verdi - VİDEO
-
Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
-
“Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam“ - Tramp
-
Səhiyyədə nə baş verir? - “Medicare” yenidən gündəmdə
-
Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq? - VİDEO
-
İntensiv yağışlar Azərbaycanın qərb bölgəsində fəsadlara səbəb olub - VİDEO
-
Avtoxuliqanlıq etmişdi - Həbs olundu+Video
-
“İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq“ - “Fars“
-
“AzParking“in əsassız cərimə yazdığı iddia edilir - VİDEO
-
Maşından 120 min dollar oğurlayanlar saxlanıldı - VİDEO
-
5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edildi - VİDEO
-
Avropa Putinlə danışacaq lider axtarır - Stubb imtina etdi
-
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
-
Qusarın Laza kəndində sürüşmə oldu - Anbaan görüntüləri
-
Sabahdan Bakıda 2 günlük güclü külək olacaq - XƏBƏRDARLIQ
-
“ABŞ Xarq adasını ələ keçirmək niyyətindədir“ - Donald Tramp
-
Ermənistanda deputat seçilən Həsənov... - Qızı Türkiyə klubunun rəhbərliyindədir
-
İqtisadi Şuranın iclası keçirildi - Qurumlara tapşırıqlar verildi
-
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - Tam siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi - SƏRƏNCAM
-
4 mindən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır - Hikmət Hacıyev
-
“Azəriqaz“ rəhbərinin saxta qəbul oyunu: şikayətin məzmunu, mühasiblərin “qırğını“, yaxud...
-
Piyadaya yol vermədi, 50 manat cərimələndi - Bəs qanun nə deyir?
-
Britaniyanın müdafiə naziri istefa verdi - Səbəbi açıqladı
-
“Yüksəliş“in finalçısına yüksək vəzifə verildi - Bayramovun müavini təyin edildi
-
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
Azərbaycan və İran razılaşdı - Araz çayının su ehtiyatları ilə bağlı
-
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı - FƏTVA
-
Sahib Məmmədov “putyovka”ların qiymətlərini artırıb? - AHİK-də əsassız qaydalar
-
Bakıda film kimi hadisə: Evləndirmək vədi ilə dələduzluq
-
Ermənistanın əvəzinə Türkiyə: Rusiya balıq idxalı üçün alternativ variantlar tapdı
-
Adambaşına düşən həkim sayına görə Nəsimi və Lerik arasında 73 dəfə fərq var - Tam siyahı
-
Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - Xəbərdarlıq
-
Məşhur milyarder “Epşteyn işi“ üzrə ifadə verdi: İlginc etiraflar
-
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
Bakıda sahibkarlar dələduzluğa məruz qalıblar? - İDDİA
-
ATU-nun Tədris Cərrahiyə Klinikasında orqan alveri - Tanınmış həkim həbs olundu
-
Tramp Tehranı hədələdi: “İran darmadağın ediləcək“
-
Qaraçuxur qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb - VİDEO
-
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR
-
Sevda Sanəliyeva kosmetoloqdan şikayətləndi: “Aldanmayın”
-
Ermənistanda zəlzələ oldu - Naxçıvanda hiss edildi
-
TƏBİB-də daha bir dəyişiklik - İcraçı direktor müavini də yola saldı
-
Kənan Doğulu və həyat yoldaşı Beren Saat saxlanılıb - Narkotik əməliyyatı
-
Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər - DETALLAR
-
Aldığı robot tozsoranı geri qaytara bilmir - VİDEO
TOP 10
ARXİV






