Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İlham Əliyev və xanımı yeni qurulan parkda

Tarix 18.04.19, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar.

AzFakt.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şərait barədə dövlətimizin başçısına məlumat veriblər.

Qeyd edilib ki, bu istirahət parkı 1982-ci ildə salınıb. “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ötən ilin martından parkda yenidənqurma işlərinə başlanılıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb və velosiped yolları çəkilib, işıqlandırma işləri görülüb. Bu istirahət məkanında “IDEA” İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman və futbol meydançaları salınıb, trenajorlar quraşdırılıb, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilib.

Sonra dövlət başçısı və birinci xanım burada istirahət edən sakinlərlə görüşüb söhbət etdilər.



Xəbərin oxunma sayı : 211




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap