Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İlham Əliyev və xanımı Zərdabda

Tarix 02.12.16, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.

AzFakt.com-un məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, xəstəxana əsaslı təmir və yenidənqurmadan sonra 125 çarpayılıq tibb müəssisəsi kimi fəaliyyət göstərəcək.

Hazırda xəstəxanada 530 işçi çalışır. Onlardan 57-si həkim, qalanları isə orta tibb işçiləridir.

Müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunan Zərdab Rayon Mərkəzi Xəstəxanasında ətraf rayonlardan gələnlərə də tibbi xidmət göstəriləcək.

Zərdab Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı və xanımı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Xəstəxananın kollektivi adından çıxış edən Esmira Tağıyeva və rayon ictimaiyyəti adından danışan Fiqurə Abbasova göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəkli çəkdirildi.



*   *   *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 2-də Zərdab rayonuna səfərə gəliblər.

AzFakt.com-un məlumatına görə, dövlət başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Zərdab şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoyublar.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.






Xəbərin oxunma sayı : 283




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap