Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR

Tarix 10.01.22, 20:05

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osmanın etimadnaməsini qəbul edib.

AzFakt.com xəbər verir ki, səfir Abdelouahab Osman etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edərək beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyev iqtisadi sahədə əlaqələrə toxunaraq bu müstəvidə də fəaliyyətin intensivləşdirilməsinin və ticarət dövriyyəsinin artırılması imkanlarının araşdırılmasının zəruriliyini bildirib. Dövlət başçısı həmçinin insanlar arasında fəal təmasların təşviqinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini qeyd edib. Prezident İlham Əliyev Abdelouahab Osmanın səfirliyi dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə həmişə beynəlxalq hüququn aliliyini və Qoşulmama Hərəkatının təməlini təşkil edən Bandunq prinsiplərini rəhbər tutmuşdur.

Prezident İlham Əliyev 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğal altında qalmasına və Ermənistanın bu ərazilərdə törətdiyi dağıntılara, Azərbaycanın mədəni irsinə qarşı vandalizm əməllərinə toxunaraq regional əməkdaşlığı nəzərdə tutan postmünaqişə dövrünə aid sülh gündəliyinin həyata keçirildiyini bildirib.

Səfir Abdelouahab Osman Əlcəzair Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş edib.

Abdelouahab Osman Əlcəzairin BMT Nizamnaməsinin prinsipləri və məqsədlərinə, o cümlədən ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə hörmət etməyə və daxili işlərə müdaxilə etməməyə tam sadiq olduğunu qeyd etdi. Səfir ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səfir Abdelouahab Osman Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndirdiyini vurğulayıb.

***

Prezident İlham Əliyev yanvarın 10-da Koreya Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Li In-Yonqun etimadnaməsini qəbul edib.

Səfir Li İn-Yonq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu bildirərək, müstəqillik illərində münasibətlərimizin çox uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı Azərbaycanla Koreya Respublikası arasında uzun illər müxtəlif sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirib, siyasi əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Bu baxımdan Koreyanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafına töhfə verdiyini bildirib. Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığa toxunaraq, Koreyanın bir çox şirkətinin ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən infrasktrur və inşaat layihələrində uğurla iştirak etdiklərini vurğulayıb. Dövlət başçısı birgə investisiya sahələrinin, ixrac-idxal əməliyyatlarının artırılmasının, insanlar arasında təmasların genişlənmədirilməsinin əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səfir Li İn-Yonq son 30 il ərzində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında əlaqələrin inkişaf etdiyini vurğluyaraq, iqtisadi əməkdaşlığın və insanlar arasında əlaqələrin ölkələrimizin potensialına uyğun olaraq daha da möhkəmləndirilməsinin vacibliyini bildirib və səfir fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcini qeyd edib.

Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində Koreya şirkətlərinin mümkün iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
 

 

 

 








Xəbərin oxunma sayı : 928




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap