Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

İlham Rəhimovun Böyük Qayıdışının arxasında Putinin hansı planları var?

Tarix 25.04.17, 4:06

Font ölçüsü : - / +
bitmap-img6


Putinin dostu Azərbaycana qayıdır və prezident olmağa iddialıdır.

Azərbaycanda prezident seçkilərinə bir ildən artıq vaxt qalıb. Buna baxmayaraq artıq Kremlin 2018-ci il Azərbaycan seçkiləri ilə bağlı fəaliyyətə keçməsi ilə bağlı ciddi siqnallar alınmaqdadır.

Xatırladaq ki, 2013-cü il seçkilərində Rüsiya Azərbaycan hakimiyyətinə təzyiq etmək məqsədi ilə əslən Gürcüstan vətəndaşı olan azərbaycanlı milyarder Söyün Sadıqovun rəhbərliyi ilə “Milyarderlər İttifaqı” adlanan qurum formalaşdırmışdı və bu quruma Azərbaycan müxalifətinin yaratldığı “Milli Şura” Rusiyada yaşayan bir çox milyarder iş adamlar cəlb olunmuşdu. “Milyarderlər İttifaqı”nda təmsil olunan şəxslər arasında ən diqqət çəkən isimlərdən biri Baş nazirin keçmiş müavini Abbas Abbasov və Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu olaraq tanınan hüquq professoru, milyarder İlham Rəhimov diqqəti cəlb eləmişdi. Doğrudur Abbas Abbasovdan fərqli olaraq İlham Rəhimov “Milyarderlər İttifaqı”ında elə də aktiv iştirak etməsi nəzərə çarpmırdı. Lakin bu aysberqin görünən tərəfiydi və bəzi iddialara görə həmin ərəfədə “Milyarderlər İttifaqı”ının aparıcının motoru məhz İlham Rəhimov olub. Həmin ərəfələrdə ən diqqət çəkən məsələ isə İlham Rəhimovun birdən-birə ikinci xanımı, İlham Rəhimovun əkiz övladlarının anası, müğənni Ruhi ilə qəfildən ayrılaraq Azərbaycan hakimiyyətinə çox yaxın olan, Milli Məclisin deputatı Rəbiyyət Aslanova ilə evlənməsi oldu. Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanovun həmin dövrdə Prezident Adminstrasiyasında aparıcı şəxslərdən biri olması da diqqəti çəkirdi. Kifayət qədər iddialı və siyasi çəkiyə malik olan Elnur Aslanov gənclərlə bağlı siyasətə rəhbərlik etməklə yanaşı Azərbaycan mətbuatında da güclü mövqeyə malik bir şəxs idi.




Təbii ki, həmin dönəmdə İlham Rəhimovun birdən-birə ildırım sürəti ilə bu nikaha getməsi hər kəsin marağına səbəb oldu. Az keçmədən isə yeni evlənən cütlüyün boşanması haqqında xəbərin yayılması ölkə mətbuatında şok effekti yaratdı və qısa bir müddətdən sonra isə Rəbiyyət Aslanovun oğlu, dar çərçivədə özünün prezidentliyə iddasını gizlətməyən Elnur Aslanov vəzifədən azad olundu. Hazırda Elnur Aslanov ölkəni tərk edərək xaricdə yaşayır və ona yaxın olan bütün şəxslər isə vəzifələrdən uzaqlaşdırılıb. Rəbiyyət Aslanova isə 2015-ci il parlament seçkilərindən kənarda saxlanıldı.

Təbii ki, bütün bunları təsadüf olaraq qiymətləndirmək mümkün deyil və bu baş verənlər 2013-cü il prezident seçkiləri ilə, həmçinin “Milyarderlər İttifaqı”ının fəaliyyəti ilə birbaşa bağlıdır. Yəni faktiki olaraq İlham Rəhimov həmin dövrdə Rusiyanın maraqlarına uyğun olaraq Azərbaycanda hakimiyyət dəyişikliyinə çalışdığı görünməkdədir. Hazırda 2018-ci il prezident seçkiləri ərəfəsində isə İlham Rəhimov yenidən qəfil bir hərəkəti ilə mətbuatın diqqətini cəlb etdi.



Bu günlərdə yerli mediamız ölkəmizdə RF Prezidenti Vladimir Putinin dostuluğuna görə məşhrulaşaraq ölkə ictimaiyyəti tərəfindən tanınan İlham Rəhimovun ikinci xanımı və əkiz uşaqlarının anası, müğənni və iş qadını Ruhi ilə münasibətlərini bərpa etdiyi barədə xəbər yaydı. Mövzu ilk baxışdan tanınmışların özəl həyatını əks etdirən, ailə-məişət münaqişəsindən bəhs olunan maqazin xəbəri idi. Belə ki, xəbərdə bildirilirdi ki, keçmiş ədliyyə işçisi, hüquq doktoru və prorektor, Rusiya dövlət başçısı Putinlə dostluğu sayəsində iri biznesmenə çevrilmiş İlham Rəhimov keçmiş həyat yoldaşına – uşaqlarının anasının yanına dönüb. Lakin İlham Rəhimovun son illər mətbuata verdiyi açıqlamaları və Rusiyanın Azərbaycanla bağlı imperiya iddialarından doğan siyasətinə yönəlik addımlarından irəli gələn xəbərləri incələyən diqqətıli müşahidəçi bu böyük qayıdışın arxasında ciddi siyasi məqamların durduğunu sezməyə bilməz.

Bəli, məhz Böyük Qayıdış. Uzun illər Azərbaycanda müxtəlif dövlət vəzifələrində çalışmış, elmi fəaliyyətlə məşğul olmuş və qonşu imperiyanın başçısının sayəsində Rusiyaya köçərək milyarderə çevrilən və bir çox biznesmenlərlə Kreml arasında vasitəçi-makler kimi nüfuz qazanan, bu vasitəçilikdən də külli miqdarda pullar qazanan İlham Rəhimovun Ruhiyə dönüşü ölkəyə, həm dəAzərbaycan siyasətinə böyük qayıdışının anonsudur.

Ona diqqət çəkilməlidir ki, 2016-cı illərin sonunda İlham Rəhimov birdən birə Azərbaycan mətbuatına maraq göstərməyə başladı. Ölkənin ən tanımşı qəzetlərindən birinə maliyyə ayıran Putinin dostu eyni zamanda bir neçə sayt açaraq onları maliyyələşdirməyə başladı.

Diqqət etmisinizsə, son illərdə İlham Rəhimovun ölkə mətbuatındakı təbliğatı aşağıdakı təqdimatlarla aparılır:

– Uğurlu elm adamı;

– Vətənpərvər siyasətçi;

– Xeyriyyəçi;

– Bacarıqlı iş adamı;

– superdövlətin məğlubolunmaz liderinin dostu.

Ona da diqqət yetirilməlidir ki, İlham Rəhimov son bir ildə mətbuat səhifələrində, gah yeni çapdan çıxmış monoqrafiyası ilə bağlı uzun-uzadı müsahibə verir, elmi nailiyyətlərindən söz açır, gah vətənpərvər, ölkəsinin çıxarlarını düşünən, Dağlıq Qarabağ problemi ilə yaşayan və bu mövzuda heç bir güzəşt tanımayan ziyalı, siyasətçi kimi təqdim olunur, gah reklama ehtiyacı olmayan xeyriyyəçi kimi cəmiyyətə sırınır, gah da bacarıqlı iş adamı və Putinin dostu kimi gözə soxulur. İnsafən bütün bu təqdimatların hamısında müəyyən qədər həqiqət payı var. Lakin antiAzərbaycan layihəsi olan məşhur və məşum “Milyaderlər İttifaqı”nın üzvü olmuş adamlarla yaxınlığı barədə bir kəlmə də yazılmır.

Xocalı soyqırımında ermənilərlə bərabər Rusiya hərbçilərinin də məsuliyyət daşıdığı “vətənpərvər siyasətçi”nin, hüquq professorunun dilindən bircə dəfə də olsun eşidilməyib. Ümumiyyətlə, Qarabağ münaqişəsinin yaranmasında və həllinin dalana dirənməsində Rusiyanın oynadığı mənfi rol barədə heç nə eşitməzsiniz. Əksinə, Rusiya tərəfindən əleyhimizə bir addım atılarsa, bizi günahkar bilər. Lap elə bu yaxınlarda Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycanlıları Konqresinin qediyyata alınmaması barədə iddia qaldıranda da. Halbuki bu addımın Rusiya tərəfindən ölkəmizə təzyiq və antiAzərbaycan siyasətinin tərkib hissəsi olduğu hamıya bəlli idi.

O da bəllidir ki, həmin vaxtlarda Rusiya marioneti olan Ermənistan təmas xəttində atəşkəsi iri çaplı ağır silahlardan istifadə edərək mütəmadi pozmağa başlamışdı. Bu təzyiqlər Rusiyanın Azərbaycanla bağlı birinci vitse-prezident təyinatı ilə bağlı arzularının pozulduqdan sonra edilirdi. Bu təpkilər Azərbaycan-İsrail münasibətlərinin yüksələn xəttlə inkişaf etdiyi, ABŞ-la münasibətlərin düzəlməyə başladığı bir vaxtda göstərilirdi.

Və bu məqamda Azərbaycan mediasında uzun müddətdir təbliğatı aparılan İlham Rəhimov qəflətən köhnə xanımının yanına qayıdır. Elə bir vaxtda ki, 2018-ci il prezident seçkilərinə bir ildən bir az artıq müddət qalır. Yəqin rus polittexnoloqlar hesab edib ki, bir il dörd ay İlham Rəhimlinin cəmiyyətin gözünə daha çox girməsi, oturuşması üçün bəs edər. 2013-cü ildə R. İbrahimbəyov kimi uğursuz prezidentliyə namizəd irəli sürən Rusiya indi həmin layihəni başqa formada reallaşdırmaq istəyir.



AzToday.az saytına daxil olan məlumata əsasən bu dəfə Azərbaycanla daha çox əlaqəsi və bağlılığı olan, xeyriyyəçi və intellektual, vətənpərvər ziyalı-siyasətçi kimi ad çıxarmış birisini meydana çıxarılır. 2013-cü ildə qəhrəmanını Rəbiyyət Aslanova ilə nikaha tərik edilərək uğursuzluğa düçar olan Rusiya xüsusi xidməti öz namizədini bu dəfə kütlənin duğrularına hakim kəsiləcək psixoliji dram üzərindən siyasətə atır: Övladları və ailəsi ilə ayrılığa dözə bilməyən vicdanlı ata vətənə qayıdır. Guya ailəsindən ötrü. Cənab Rəhimovun qayıdışından ötrü hazırlanmış əsas təkcə bunlardan ibarət deyil. Onun barəsində dövriyyəyə buraxılmış təqdimatlar, qayıdış üçün düşünülmüş ailə mövzusundan başqa, yeni namizədi qarşılamağa hazırlanmış media bazası da qurulur. İlham Rəhimovu qeyri-rəsmi ödəniş əsasında təbliğ edən media quruluşları onsuz da var idi. Qayıdış ərəfəsində isə sırf Rəhimova bağlı media holdinqin qurulması planlaşdırılır və bu istiqamətdə ilk addım atılıb – bir neçə xəbər saytı açılıb.

Saytımıza daxil olan məlumata görə yeni namizədin komandasında bir vaxtlar Azərbaycan iqtidarında təmsil olunmuş məşhur isimlər də var. Serbiyadakı səfirimiz Eldar Həsənovun, baş nazirin sabiq müavini Abbas Abbasovun da adı yeni namizədin komandasında hallanır. Yeni qurulmuş komanda da əslən Azərbaycandan olan yəhudi iş adamları, Qod Nisanov və Zaxar İlliyevin adlarının olduğu bildirilir. Bu komandaya maddi dəstək Rəhimovun özündən başqa bu iş adamları tərəfindən də veriləcək. Məhz bunun üçün Moskvada yerləşən “Velozavodsk rınok” su qiymətə sözügedən biznes cütlüyünə su qiymətinə satılıb. (Eldar Həsənovun antiAzərbaycan layihəsindəki yeri barədə ətraflı məlumatıları növbəti yazımızda oxucuların diqqətinə cəlb edəcəyik).



İlham Rəhimovu Rusiyanın 2013-cü ildəki namizədi Rüstəm İbrahimbəyovdan üstün edən başqa cəhət də var. Əgər İbrahimbəyov təkcə rusdilli soydaşlarımız tərəfindən tanınırdısa, Rəhimov sadə camaatın da diqqətinə təqdim edilə bilib. Putinin dostunun adı həmçinin Ramil Səfərovun Macarıstandan Bakıya ekstradisiyasında da ciddi şəkildə hallanıb və xalq içində belə bir fikir formalaşdırılıb ki, Ramil Səfərovun Bakıya gətirilməsində əsas rolu məhz Putinin dostu oynayıb. Bundan başqa, o, R. İbrahimbəyov kimi ikili vətəndaşlığı yoxdur və son 10 ili də daimi olmasa da Azərbaycanda yaşamış hesab oluna bilər. Yəni konstitutsiya da onun nazmidəliyinə maneçilik törətmir. Lakin Rusiya bir faktı diqqətdən qaçırıb: Rəhimovun qızlarının miras davası. Əgər bu dava səngiyərsə, demək ki, RF xüsusi xidməti kisənin ağzını açaraq qızları susdurub. Mənbəmizin iddiasına görə, miras prosesində İ. Rəhimovun hüquqlarını tanınmış hüquqşünas dostlarından biri müdafiə edir ki, onun da 2018-ci ildə reallaşdırılması gözlənilən antiAzərbaycan layihısində olduğu bildirilir.

Yazıda adı keçən şəxslərin mövqeylərini dərc etməyə hazırıq.





Xəbərin oxunma sayı : 2338




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap