Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Əli Əhmədov müxalifəti hədəfə aldı:“Onlar qarşıdurma yaratmaq istəyirlər”

Tarix 05.02.19, 15:28

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr var. Onlar bundan qıcıqlanırlar, bizim inkişafımızdan məyus olurlar. Müxtəlif formada inkişafın qarşısını almaq üçün tədbirlər görməyə çalışırlar. Bəlkə də bunu normal qəbul etmək olar. Çünki inkişaf edən dövlətə ayrı-ayrı dövlətlərin və yaxud ayrı-ayrı beynəlxalq təşkilatların qıcıqlanması bir qədər başadüşüləndir. Başa düşülməyən isə odur ki, Azərbaycanın daxilində olan və müxalifət adı altında Azərbaycana böhtan atan, reallıqlarını təhrif edən Azərbaycan vətəndaşlarını çaşdırmağa çalışanlar var”.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibi – sədr müavini Əli Əhmədov deyib.

“Azərbaycan müxalifətinin kiçik bir hissəsini təşkil edən və Azərbaycan cəmiyyətinin çox cüzi hissəsini təşkil edən radikal müxalifətə demək istəyirəm ki, Azərbaycanda söz azadlığı təmin edilir və bu azadlıqdan istifadə etmək istəyənlər özlərinə xas olan bu hüquqdan istədikləri şəkildə istifadə edə bilir. Ancaq bu hüquqlardan sui-istifadə edərək Azərbaycanda qarşıdurma yaratmağa çalışan, ölkədəki sabitliyi pozmaq niyətinə düşən qüvvələr də var” – deyə, Ə.Əhmədov qeyd edib.

O bildirib ki, müxalifətin bir hissəsi olan radikal müxalifət mitinq keçirməyi qarşıdurma yaratmaq üçün istifadə edir: “Onlar söz və fikir azadlığından Azərbaycan insanına, Azərbaycan xalqını təhqir etmək üçün istifadə edirlər. Onlar öz siyasi fəaliyyətlərində Azərbaycan üçün mümkün ola biləcək ən pis ssenariləri əsas götürürlər. Azərbaycana düşmən mövqedə duran istənilən xarici qüvvələrlə sinxron fəaliyyət göstərirlər. Bəzi hallarda bir yerdə də fəaliyyyət göstərirlər və onların tapşırıqlarını yerinə yetirirlər. Bu mənada Yeni Azərbaycan Partiyasının sıralarında olan gənclər bu həqiqətləri öz həmyaşıdlarına, dostlarına izah etməyə borcludurlar. Bu partiya üzvü olaraq onların daşıdığı vəzifədir”.

Report



Xəbərin oxunma sayı : 154




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap