“Məni bitirdin...” – Nəsrin hamamda 42 yaşlı Gülşən transparan geyimdə - Fotolar Pərvin çimərlik geyimində - FOTO Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar
Axtar
 
  • / Maqazin / — 23 Avqust 2019

    “Məni bitirdin...” – Nəsrin hamamda

  • / Maqazin / — 13 Avqust 2019

    42 yaşlı Gülşən transparan geyimdə - Fotolar

  • / Maqazin / — 11 Avqust 2019

    Pərvin çimərlik geyimində - FOTO

  • / Maqazin / — 05 Avqust 2019

    Səmra şərab içdi, sonra da... – Açıq-saçıq fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Afaq bu alt paltarında POZA verdi - Fotolar

  • / Maqazin / — 29 İyul 2019

    Rəqsanənin qızından EHTİRASLI rəqs- VİDEO

Əli Əhmədov YAP üzvlərinə müraciət ünvanlayıb:“Daha sıx birləşmək, səfərbər olmaq zamanıdır“

Tarix 05.08.19, 14:12

Font ölçüsü : - / +
bitmap-img6


Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov facebook səhifəsində “Daha sıx birləşmək, səfərbər olmaq zamanıdır” başlıqlı yazı paylaşıb.

AzFakt.com Report-a istinadla  həmin yazını təqdim edir:

Müxalifət maraqlı xarici qüvvələrlə birləşərək və onların tapşırıqları əsasında Azərbaycana qarşı şər, böhtan, yalan üzərində qurulmuş total kampaniyaya başlayıb. Məqsəd ölkəmizin davamlı inkişafı yolunda əngəl yaratmaq, insanların rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin müsbət təsirini azaltmaq, Azərbaycanın imicinin üzərinə kölgə salmaqdan ibarətdir. Mahiyyət etibarilə milli maraqlarımıza zidd olan nə varsa, onu etməyə hazırdırlar və məmnuniyyətlə edirlər. Gücü və təsiri az olsa da, müxalifət tarixdə lənətlənmiş “beşinci kalon” roluna hazır olduğunu da lazımi ünvanlara çatdırıb. Beləliklə də, “müxalifət” adı altında anti-milli qrup formalaşıb, fəaliyyət göstərir. Ortada nə proqramları var, nə strategiyaları, nə ictimai dəstəyi, nə də insanların azacıq olsa da inamını qazanmış liderləri. Görünən qeyri-sağlam siyasi iddiaları, bu iddiaları həyata keçirmək naminə ən çirkin formalara əl atmaq istəyi, milli maraqlarımıza böyük təhlükə olan qüvvələrlə iş birliyinə hazır olmalarıdır. Müxalifətin bütün fəaliyyətinin xaricdə cəmləşməsi, xarici qüvvələrin dəstəyi ilə geniş təbliğat şəbəkəsi yaratması, həmin qüvvələrin səyləri ilə sabitliyi, əmin-amanlığı pozulan ölkələrdə sınaqdan çıxan üsul və metodlardan istifadə etməsi rəqabət mübarizəsində onun siyasi metodlara deyil, digər metodlara istinad etmək niyyətlərindən xəbər verir. Müxalifətin aqressiv, qeyri-konstruktiv qanadına mənsub olan təmsilçilərinin tez-tez zorakılıq çağırışları etməsi, xalqı üsyana səsləyən təbliğatın aparılması buna əyani misaldır. Burada Prezident İlham Əliyevin may ayında Respublika günü münasibətilə toplantıda Azərbaycana qarşı qeyri-sivil təbliğatın aparılması barədə fikirlərini xatırlatmaq yerinə düşərdi. Nəticədə məqsəd və fəaliyyət formalarına görə siyasi təşkilat kimi çıxış etməli olan müxalifət qeyri-siyasi və qeyri-konstruktiv ünsürə çevrilir. Bu gün Azərbaycanda müxalifət dedikdə, çox təəssüf ki, əsasən məhz belə mənzərə və iştirakçılar göz önünə gəlir.

Müxalifətin qeyri-sağlam və qeyri-konstruktiv qüvvəyə transformasiyası səbəbindən bütün milli qüvvələrin birləşib səfərbər olması, dövlətçiliyin və sabitliyin keşiyində dayanması aktuallıq kəsb etməyə başlayıb.

Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi mübarizənin sivil, demokratik formalarının bərqərar olmasında müstəsna xidmətlər göstərib. Bugünkü uğurlarımızın qorunub saxlanması, gələcək uğurlarımızın isə təmin edilməsi naminə həmin ənənələr davam etdirilməli, siyasi mübarizənin çirkin və təhlükəli üsullardan təmizlənməsi, “müxalifət” adı altında anti-milli cəbhənin yaranmasının qarşısının alınması sıralarımızın daha da güclənməsini tələb edir. İnanıram ki, Yeni Azərbaycan Partiyası özünün gücü, səfərbərliyi, qətiyyəti, dövlətə və Prezident İlham Əliyevə sədaqəti ilə bütün anti-milli qüvvələrin qarşısında keçilməz maneə olacaq, onların bütün təxribat cəhdlərinin qarşısını alacaq, yalan, böhtan, şayiə üzərində qurulmuş təbliğatına Azərbaycanın bu gününü əks etdirən, parlaq gələcəyindən xəbər verən reallıqlar əsasında tutarlı cavab verəcək.

Biz doğru yoldayıq. Bu yolda fədakarlığa dəyər və Yeni Azərbaycan Partiyasının bütün fəal üzvlərini, gəncləri yeni fədakarlıqlara səsləyirəm.



Xəbərin oxunma sayı : 508

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda